Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Təhsil Nazirliyində "Bioetika və insan hüquqları: yeni etik çağırışlar" mövzusunda təqdimat oldu

 

 İyunun 10-da Təhsil Nazirliyində "Bioetika və insan hüquqları: yeni etik çağırışlar" mövzusunda təqdimat oldu.

Bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, həmin institutun direktor müavini Vüqar Məmmədov, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, respublikanın bir sıra ali məktəblərindən alimlər, pedaqoqlar və b. iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq bioetika elminin Azərbaycan üçün yeni bir sahə olduğunu söylədi. Bu günlərdə Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının keçirilməsini ölkəmiz üçün mühüm hadisə kimi dəyərləndirən nazir onun təşkilatçılarına minnətdarlığını bildirdi. Təhsil naziri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan belə bir nüfuzlu sessiyanın ölkəmizdə bioetikanın  inkişafına təkan verəcəyinə ümidvar olduğunu söylədi.

Nazir Misir Mərdanov YUNESKO ilə Təhsil Nazirliyi arasında mövcud olan işgüzar əməkdaşlıqdan söz açdı. Sessiya başa çatdıqdan sonra YUNESKO-nun baş direktor müavini, Sosial və Humanitar Sektorun rəhbəri xanım Pilar Alvares-Laso ilə görüşdüyünü, bioetika ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu da diqqətə çatdırdı. Görüş haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən nazir son zamanlar AMEA-nın İnsan Hüquqları İnstitutunun rəhbərliyi və müvafiq sahə ilə məşğul olan əməkdaşları ilə respublikamızda bioetikanın tədrisinin təşkili məsələləri barədə bir çox müzakirələrin aparıldığını diqqətə çatdırdı. Bioetikanın təhsilimizdə geniş yer almasının zəruriliyinə toxunaraq Təhsil Nazirliyinin bu işdə maraqlı olduğunu söylədi. Həmin istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında danışan təhsil naziri dinləniləcək təqdimatı da bu sahədə atılan ilk addım hesab edərək, təqdimatda "Bioetika nədir", "O özündə nəyi ehtiva edir", "Adıçəkilən elm sahəsi nələri əhatə edir" və digər suallara aydınlıq gətiriləcəyinə əmin olduğunu söylədi.

Sonra təhsil  naziri "Bioetika və insan hüquqları: yeni etik çağırışlar" mövzusunda məruzə-təqdimat etmək üçün sözü YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktor müavini, "Tibbi hüquq və Bioetika" İctimai Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru, Ümumdünya və Amerika Tibbi hüquq Assosiasiyalarının üzvü  Vüqar Məmmədova verdi.            

Məruzə-təqdimatında müasir elm sahələrinə aid olan bioetikanın insan hüquqları ilə sıx əlaqəsindən söz açan Vüqar Məmmədov onun qısa şəkildə həyatın etikası adlandırıldığını dedi. Daha sonra qeyd olundu ki, bioetika  insanın təbabət və biologiyadakı, yeni texnologiyalardakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elmdir. Bu elmin əsası  keçən əsrin 70-ci illərində amerikalı həkim V.R.Potter tərəfindən qoyulmuşdur.  V.R.Potterin fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıran Vüqar müəllim sonra YUNESKO-nun Bioetika Proqramı haqqında danışdı. Qeyd olundu ki, YUNESKO-nun Bioetika Proqramı 1993-cü ildə hazırlanıb və 2002-ci ildən təşkilatın əsas prioritetlərindən biridir. Proqram YUNESKO-nun Sosial və humanitar elmlər   sektorunun Elm və texnologiyanın etikası şöbəsi tərəfindən reallaşdırılır. Proqramda 2 məşvərətçi orqan vardır və o, 4  istiqaməti nəzərdə tutur. YUNESKO-nun Bioetika kafedrasının proqramın reallaşdırılması üçün əsas vəzifələrdən birini icra etdiyini deyən Vüqar Məmmədov onun 2 funksiyasından bəhs etdi.

Məruzə-təqdimatda  YUNESKO-nun Bioetika kafedrasının təşkilatın Bioetika Proqramının reallaşdırılması üçün maarifləndirmə sahəsində və tədris proqramında bütün işlərin bioetik prinsiplərə uyğun qurulmasından söz açıldı. Həmin prinsiplərin adları qeyd olunaraq ətraflı şərh olundu. Daha sonra məruzəçi apardıqları situasion təhlil və əhali arasında keçirilən sorğunun nəticələrindən söz açaraq bildirdi ki, müxtəlif sahələrdə çalışan respondentlərin çoxu "Bioetika nədir" sualına cavab verərkən onu tibbi etika ilə eyniləşdirmişlər.

Haradasa bu belədir. Çünki bioetika insan sağlamlığı ilə bağlı bir elmdir. Əsrlər, minilliklər boyu həyat problemləri, xüsusən də insanların həyatı ilə məşğul olan yeganə elm - təbabət sayılıb və yeganə peşə həkimlik peşəsi olub. Lakin artıq zaman və dövr dəyişib. Bu sahədə çoxlu elm və peşələr var. Hazırda bəşəriyyətin qarşısında duran problemləri təkcə həkimlər yox, bioloqlar, filosoflar, ilahiyyatçılar, hüquqşünaslar, psixoloqlar, politoloqlar və digər mütəxəssislər də tədqiq edirlər.

Məruzəçinin fikrincə bioetika tibbi etika ilə qarışdırılmamalıdır. Bioetika tibbi etikanı da əhatə etməklə daha geniş bir sahəsi olan elm kimi qəbul olunmalıdır.

Bioetikanın Azərbaycan üçün aktuallığı məsələsinə toxunan professor bildirdi ki, son illər ölkəmiz dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Azərbaycan regionda  aparıcı bir dövlətdir. Ölkəmizdə yeni texnologiyaların tətbiqi geniş vüsət alıb, tibb və səhiyyəmiz inkişaf edir.

Bioetika elminin bu gün daha dərindən öyrənilməsi, onun tədrisi və bu sahədə insanlar arasında maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyinə toxunan Vüqar Məmmədov YUNESKO-nun MDB ölkələri üzrə 2010-cu il üçün verdiyi analitik icmalından bəhs etdi. Adıçəkilən təşkilatın, eləcə də MDB Dövlətləri Parlamentlərarası Assambleyasının ekspertləri tərəfindən tərtib olunan icmalda MDB məkanında bioetikanın 5 ölkədə - Gürcüstan, Moldova, Tacikistan, Özbəkistan respublikalarında və Rusiya Federasiyasında dövlət təhsil standartlarına daxil olunduğu bildirildi. Adıçəkilən bu və digər ölkələrdə bioetikanın tədrisinin ali tibbi təhsil müəssisələrində diplomaqədər mərhələdəki statusu, həmçinin həmin ölkələrdə  bioetikanın diplomdansonrakı mərhələdəki vəziyyəti ilə bağlı hazırlanmış xüsusi cədvəllər nümayiş olundu, mövcud vəziyyət məruzəçi tərəfindən ətraflı təhlil edildi. "Təhsilin YUNESKO-nun Bioetika üzrə təlim proqramlarına uyğunlaşdırılması istiqamətində əməkdaşlıq haqqında" MDB Dövlətləri Parlamentlərarası Assambleyasının tövsiyələrini diqqətə çatdıran professor burada əksini tapan bioetika üzrə mütəxəssis hazırlığı ilə bağlı məsələlərdən danışdı. 

Məruzə-təqdimatında daha sonra Vüqar müəllim YUNESKO-nun Bioetika kafedrasının  Azərbaycan bürosunun yaradılması, fəaliyyəti və əldə olunan təcrübə barədə danışdı. Fəaliyyət göstərdiyi vaxtdan bu günə qədər bir sıra işlərin, tədbirlərin həyata keçirildiyini qeyd edən məruzəçi bildirdi ki, 2011-ci ilin yanvarından etibarən "Bioetika və Tibbi hüquq" elmi ixtisası və 5616 elmi şifri qeydə alınıb və bu ilin martından AMEA-ya  Bioetika və Tibbi hüquq üzrə doktorantura və dissertantura yerləri verilib. Ötən müddət ərzində beynəlxalq konfransların, konqreslərin, "dəyirmi masa"ların keçirildiyini, bioetika ilə bağlı televiziya verilişlərinin,  2 qrant layihəsinin - "Bioetika və tibbi hüququn Azərbaycanda sürətlə inkişafı" və "Azərbaycanda GMO tərkibli qida məhsullarının dövriyyəsinin risklərinin qiymətləndirilməsi və idarə olunması" - hazırlandığı qeyd olundu. Bundan əlavə, AMEA-nın İnsan Hüquqları İnstitutunda bioetika üzrə YUNESKO-nun baza tədris proqramının Azərbaycan dilinə tərcümə olunması da tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

Vüqar Məmmədov məruzə-təqdimatında görüləcək işlər barədə geniş məlumat verdi. Verilən məlumatdan aydın oldu ki, YUNESKO-nun bioetika üzrə tədris vəsaitlərinin Azərbaycan dilində nəşri və ondan respublikamızın ali və orta məktəblərində, diplomaqədər, diplomdansonrakı təhsildə hüquq, tibb və biologiya, fəlsəfə, dinşünaslıq, sosiologiya, psixologiya, siyasi elmlərin və jurnalistikanın tədrisində istifadəsi nəzərdə tutulur. Bundan başqa, bioetika müəllimləri üçün YUNESKO ilə birgə treninqin təşkili, ali təhsil müəssisələrinin birində YUNESKO-nun bioetika və tibbi hüquq tədrisi üzrə pilot layihənin həyata keçirilməsi, adıçəkilən elmin tədrisinin ali tibb və hüquq təhsilində dövlət standartlarına daxil edilməsi və sair kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

Direktor müavini yeni etik çağırışlar və bioetikanın tədqiqat sahələrini əhatə edən digər məsələlərə də toxundu.

GMO (genetik modifikasiya olunmuş) tərkibli qida məhsulları, tibbi hüquq və bioetika - transplantologiya haqqında fikirləri ətraflı şərh edən məruzəçi bu məsələlərlə bağlı hazırlanmış xüsusi videosüjetləri tədbir iştirakçılarına nümayiş etdirərək öz mülahizələrini söylədi.

Bioetika ilə bağlı bütün məsələlərin tam əhatə olunduğu məruzə-təqdimatında Vüqar müəllim daha sonra yeni etik çağırışlara aid olan Azərbaycanda pasiyent hüquqları, ruhi xəstələr və əlillərin hüquqları, ölüm və evtanaziya və digər aktual sahələrdən ətraflı söz açdı.

Vüqar Məmmədov çıxışının sonunda belə bir mövzuda təqdimatla çıxış etməsinə imkan və şərait yaratdığına görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi.

Təhsil nazirinin müavinləri İradə Hüseynova, Elmar Qasımov, nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov mövzu ilə  bağlı fikir və mülahizələrini söylədilər.

Digər çıxış edənlərdən Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, həmin universitetin dosenti Gülnarə Səfərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Ədalət Fərəcov ali məktəblərdə bioetikanın tədris olunmasının əhəmiyyətindən söz açaraq bunun müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı işinə öz müsbət təsirini göstərəcəyini qeyd etdilər.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva belə bir aktual mövzuda tədbirin təşkilinə və bu sahədə işlərin  həyata keçirilməsində onları dəstəklədiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirərək, rəhbərlik etdiyi institutla Təhsil Nazirliyi arasındakı işgüzar əməkdaşlığın yaranmasını müsbət hal kimi qiymətləndirdi.

Aytən xanım bioetikanı insan hüquqlarının tərkib hissələrindən biri kimi səciyyələndirərək, İnsan Hüquqları İnstitutu üçün yeni istiqamət olan bu sahənin ölkəmizdə maraqla qarşılandığını qeyd etdi. Millət vəkili daha sonra rəhbərlik etdiyi İnsan Hüquqları İnstitutunun fəaliyyəti və  görülən işlər barədə ətraflı məlumat verdi. Genetik modifikasiya olunmuş qida məhsulları, tibbi hüquq və bioetika-transplantologiya haqqında fikirlərini bildirən direktor ölkəmizdə bununla bağlı mövcud vəziyyətdən danışdı.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən tədbiri təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq təqdimatın maraqlı olduğunu söylədi və belə tədbirlərin davamlı olmasını arzuladı. Nazir  bioetika sahəsində Azərbaycanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin lazımlı və əhəmiyyətli olduğunu xüsusi vurğulayaraq, bununla əlaqədar müvafiq inkişaf proqramının hazırlanmasını vacib hesab etdiyini bildirdi. Qeyd olundu ki, bioetikanın tədrisinə ilk addım kimi ali təhsil ocaqlarından başlanılsa da, sonradan bu, bütün təhsil sistemini əhatə edə bilər. Bioetikanı tədris edəcək mütəxəssislərin hazırlığı məsələsinə də toxunan nazir onların əlavə təhsil qaydaları çərçivəsində hazırlanmasını məqsədəuyğun hesab etdi.

Təhsil naziri Misir Mərdanov növbəti tədris ilinə qədər bu məsələlərin həlli ilə əlaqədar görüləcək işləri tədbir iştirakçılarının  diqqətinə çatdırmaqla yanaşı, həmçinin burada səslənən fikirlərə də öz münasibətini bildirdi, bir sıra tövsiyələr verdi. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov