Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - 23

 

"İngilis dilinin intensiv tədrisi" layihəsi: görülmüş işlər, qarşıda duran vəzifələr

 

İyunun 16-da Təhsil Nazirliyində "İngilis dilinin intensiv tədrisi" layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrə dair tədbir keçirildi.

Yığıncaqda Təhsil Nazirliyinin məsul işçiləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, "British Council" təşkilatının nümayəndələri, layihəyə qoşulmuş və qoşulması təklif olunan ümumtəhsil məktəblərinin direktorları, ingilis dili müəllimləri və metodistlər iştirak edirdilər.

Tədbiri açaraq iştirakçıları salamlayan təhsil naziri Misir Mərdanov "British Council"in Təhsil Nazirliyinin etibarlı tərəfdaşı, ən sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri olduğunu bildirdi.

Misir Mərdanov diqqətə çatdırdı ki, Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayan bu qurum Təhsil Nazirliyi ilə birgə ingilis dili müəllimlərinin  təkmilləşdirilməsi layihələrini uğurla həyata keçirmişdir. Həmin layihələrin məqsədi ölkəmizdə ingilis dili müəllimləri üçün tədris sahəsində ən son nailiyyətləri əks etdirən müasir və effektiv ixtisasartırma, təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqi olmuşdur. İndiyədək reallaşdırılan birgə layihələrdən ümumilikdə 2 minədək müəllim, 60 min şagird faydalanmış, layihələr çərçivəsində 300-dək təlim keçirilmiş, 77 nəfər təlimçi hazırlanmış, 23 nəfər "öyrədənlərin öyrədəni" təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə, o cümlədən Böyük Britaniyada səfərdə olmuş, layihələrə cəlb olunmuş müəllimlər tərəfindən təlim materialları və tədris vəsaitləri hazırlanmışdır.

"British Council"in təşəbbüsü ilə 2003-cü ildən Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası - AzETA yaradılmışdır. Təşkilatın Bakıda baş ofisi və 4 regionda - Şəki, Xaçmaz, Mingəçevir və Gəncədə filialları fəaliyyət göstərir. Hazırda bu qurumun 600-dən çox üzvü vardır.

Daha sonra çıxışında müstəqillik qazandıqdan sonra ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlərdən söz açan nazir bildirdi ki, onların aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi xarici dillərin intensiv tədrisi, bunun üçün ünsiyyət əsaslı (kommunikativ) yanaşma metodikasına üstünlük verilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində müasir və effektiv təkmilləşdirmə sisteminin tətbiqi üzrə "British Council"lə birgə layihənin həyata keçirilməsi barədə razılığa gəldi. 2008-2009-cu dərs ilindən bu işin icrası üçün ilkin olaraq Bakı şəhərində lazımi təcrübə və kadr potensialı olan 7 pilot məktəb müəyyənləşdirildi.

İlkin mərhələdə layihənin əhatə etdiyi siniflər və şagirdlərin sayı haqqında ətraflı məlumat verən Misir Mərdanov həmin məktəblərdə dilin intensiv tədrisinə başlanılması üçün həyata keçirilmiş tədbirləri, görülən işləri diqqətə çatdırdı.

Nazir vurğuladı ki, ötən dövrdə həm "British Council"in mütəxəssisləri, həm də dəvət olunmuş beynəlxalq ekspertlər tərəfindən aparılan monitorinqlər şagirdlərin təlim nəticələrinin yüksək olduğunu müəyyənləşdirmişdir. Lakin əsas məsələ ingilis dili tədris edilən bütün ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsidir. Hazırda ölkənin 4526 ümumtəhsil məktəbindən 4 minində, yəni 88,3 faizində xarici dil kimi ingilis dili tədris olunur. Bu vəziyyət, ilk növbədə, onunla bağlıdır ki, ümumilikdə dünyada ingilis dilinə tələbat artmışdır. Eyni zamanda ingilis dili BMT-nin rəsmi dillərindən biridir və beynəlxalq dil kimi bütün dünyada ünsiyyət vasitəsidir. Məhz bu amili nəzərə alaraq növbəti tədris ilindən ingilis dili intensiv tədris edilən məktəblərin sayının 20-yə çatdırılması, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təklifinə əsasən, daha 13 məktəbin layihəyə cəlb olunması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar qarşıda duran bir sıra vəzifələri diqqətə çatdıran təhsil naziri Misir Mərdanov çıxışının sonunda belə çətin və məsuliyyətli işin uğurla həyata keçirilməsində böyük əməyi olan "British Council"in rəhbərliyinə və əməkdaşlarına, layihədə iştirak edən ümumtəhsil məktəblərinin direktorları və ingilis dili müəllimlərinə təşəkkür etdi.

"British Council" təşkilatının Azərbaycan üzrə direktoru Pol  Klementson tədbirdəki çıxışında "İngilis dilinin intensiv tədrisi" layihəsinin reallaşdırılmasında göstərdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi. Rəhbərlik etdiyi təşkilatın əsas fəaliyyət istiqamətlərindən bəhs edən P.Klementson birgə icra edilən layihələrin xalqlarımız arasında səmimi münasibətlərin yaranmasına müsbət təsir göstərdiyini vurğuladı. Beynəlxalq səviyyədə təhsil və biznes sahələrində uğur qazanmaq üçün ingilis dilini bilməyin əhəmiyyəti haqda danışan cənab Klementson artıq ölkəmizdə bu dilin intensiv tədrisi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd etdi.

Sonra "British Council"in proqramlar üzrə meneceri Gülşən Hüseynova "İngilis dilinin intensiv tədrisi" layihəsi haqqında geniş təqdimatla çıxış etdi. Təqdimatda görülmüş işlərin nəticələrinə dair faktları diqqətə çatdıran Gülşən Hüseynova layihə çərçivəsində milli dərsliklərlə yanaşı, Kembric Universitetində nəşr olunan və Azərbaycan üçün məqbul olan dərslik komplektlərindən (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait, CD, audio vəsait, didaktik materiallar) istifadə olunduğunu bildirdi. Təqdimatdan aydın oldu ki, pilot məktəblərin 85 müəlliminin I və VII siniflərdə dərsləri "British Council" trenerləri tərəfindən müşahidə edilmiş, 2011-ci ildə layihənin 4 nəfər aparıcı təlimçisi Böyük Britaniyanın Vorvik Universitetində intensiv təlimlərdə iştirak etmiş, 2011-ci ilin yanvar-fevral aylarında beynəlxalq məsləhətçi Metyu Rurk layihənin monitorinqini aparmışdır və s. Azərbaycanda və digər ölkələrdə ingilis dilinin tədrisinə ayrılan saatları müqayisə edən G.Hüseynova sonda layihənin səmərəliliyinin artırılması ilə bağlı təkliflərini səsləndirdi. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov