Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Yaddaşlardan silinməyəcək dahinin ömür yolu stendlərdə

 

Azərbaycan Müəllimlər İnstitutunda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir 

Azərbaycan xalqının siyasi fikir və dövlətçilik tarixinə nadir düha sahibi kimi daxil olan ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarının qəlbində yaşayan bir şəxsiyyətdir. O, bütün şüurlu həyatını canından artıq sevdiyi vətəninin tərəqqisinə, inkişafına həsr etmişdir. Bütün sahələrə ayrı-ayrılıqda yer ayıran Heydər Əliyev xüsusilə  təhsilə böyük diqqət yetirərək xalqın mədəni-siyasi inkişafına xidmət edəcək yeni-yeni təhsil ocaqlarının təşkilinə qayğı göstərirdi. Bu gün ölkəmizdə Azərbaycan Müəllimlər İnstitutu və onun ayrı-ayrı regionlarda yerləşən filialları da Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli qərarı ilə yaradılmışdır.

Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev Mərkəzi ali məktəbin rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlının təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasının qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq, onun ideyalarının parlaqlığının, əbədiliyinin təmin edilməsi, gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılmışdır. Təməli 2008-ci ildə qoyulmuş Heydər Əliyev Mərkəzi 2009-cu ildə istifadəyə verilmişdir. Yarandığı gündən bu günədək minlərlə qonaq qəbul edən mərkəz öz işini uğurla davam etdirməkdədir.

Eksponatları ulu öndərin həyat və fəaliyyətinin bir çox səhifəsini əks etdirən bu mərkəz müasir üslubda tərtibatı, rəng çalarlarının ahəngi, işıqlandırma sisteminə görə respublikanın ali təhsil müəssisələri arasında bənzəri olmayan bir məkandır. Mərkəzdə Heydər Əliyevin zəngin həyat yolu, onun dövlətçilik və siyasi fəaliyyətini özündə əks etdirən çoxlu kitab, fotoşəkil və başqa sənədlər toplanmışdır. Ulu öndərin möhtəşəm büstü mərkəzə xüsusi  yaraşıq verir.

Mərkəzdə M.Maqomayevin "Azərbaycan" mahnısının sədaları ilə müşayiət olunan ulu öndərin həyatının müxtəlif məqamlarını, Azərbaycanın müstəqilliyi, inkişafı yolundakı, beynəlxalq aləmdə  tanınması istiqamətindəki fəaliyyətini özündə əks etdirən film göstərilir.

Heydər Əliyev Mərkəzi, eyni zamanda tədris ocağıdır. Burada müxtəlif tədbirlər, əlamətdar günlər qeyd olunur. Mərkəzdə institutun tələbələrinə, respublikanın müxtəlif bölgələrindən ixtisasartırma, təkmilləşdirmə və yenidənhazırlanma kurslarına gələn müdavimlərə, eyni zamanda Avropanın bir sıra təşkilat və tədris ocaqlarından  gələn qonaqlara ulu öndərin elm, mədəniyyət və təhsilə, milli mənəvi dəyərlərin qorunması və inkişafına göstərdiyi qayğıdan, iqtisadiyyatın yüksəlişi istiqamətində fəaliyyətindən, onun bu sahədə həyata keçirdiyi böyük tarixi əhəmiyyət kəsb edən layihələrdən, neft strategiyasından, beynəlxalq əlaqələrdən və s. söhbət açılır.

Məlum olduğu kimi, Heydər Əliyev 30 ildən artıq (34 il) Azərbaycana rəhbərlik etmiş, bu müddətdə ölkənin, xalqın taleyində unudulması heç bir zaman mümkün olmayacaq bir iz qoymuşdur. Sovet dövründən bu günədək Heydər Əliyev haqqında saysız-hesabsız kitab yazılmışdır. Bunların arasında akademik Ramiz Mehdiyevin, Hidayət Orucovun tərtib etdikləri "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" adlı çoxcildlik də vardır. Kitabda 1993-cü ildən başlayaraq Heydər Əliyevin  çıxışları, nitqləri, bəyanatları, fərmanları, məktubları, əmrləri, sərəncamları, müsahibələri toplanmışdır.

İkinci stenddə Heydər Əliyevin gənclik illərini əks etdirən, ailəsi ilə birgə olan fotoşəkillərini, eyni zamanda Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə keçirdiyi görüşlərdən olan fotoşəkilləri görmək olar. 

Digər stenddə ulu öndərin ömür-gün yoldaşı, görkəmli alim-oftalmoloq, Azərbaycan EA-nın həqiqi üzvü Zərifə xanım Əliyeva ilə bağlı, qarşı tərəfdə isə Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən kitablar toplanmışdır. "Tale yolları" (Nikolay Zenkoviç), "Şəxsiyyət və zaman" (Elmira Axundova) kimi kitablarda ulu öndərin bioqrafiyası, həyatının maraqlı məqamları, onun haqqında ictimai-siyasi xadimlərin söylədikləri dəyərli fikirlər öz əksini tapmışdır. Həmin kitablar qonaqlarda xüsusi maraq yaradır.

 Mərkəzdə ən zəngin stendlərdən biri iqtisadiyyatla bağlıdır. Burada Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafı, yüksəlişi istiqamətindəki fəaliyyətindən, neft strategiyasından bəhs edən kitablar toplanmışdır. Qeyd etmək lazımdır ki, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın iri sənaye şirkətlərinin iştirakı ilə imzalanmış "Əsrin müqaviləsi" adlı böyük neft müqaviləsi ilə Heydər Əliyev Azərbaycanın səmtini Qərbə çevirdi və Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşmasına start verildi. Ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilmiş, üzümçülük və pambıqçılığın istehsalına görə keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına daxil olmuşdur. Və sirr deyil ki, ilk sənaye müəssisələrinin əksəriyyəti də məhz Heydər Əliyev dönəmində inşa edilmişdir.

Beynəlxalq əlaqələrə həsr olunmuş stenddə ümummilli liderin xarici siyasətlə bağlı fəaliyyətinə həsr olunmuş kitablar toplanmışdır. Qeyd etmək lazımdır ki, Heydər Əliyev hələ 70-80-ci illərdə Azərbaycanın beynəlxalq əlaqələrinin yaradılması sahəsində böyük iş aparırdı. O, mədəniyyət, iqtisadiyyat və siyasətin müxtəlif məsələlərinə dair ümumittifaq və beynəlxalq əhəmiyyətli forumlar, Rusiya və Ukraynanın mədəniyyət günlərinin təşkilini təmin etmiş, bir çox ölkələrin görkəmli siyasi liderləri ilə görüşlər keçirmişdir. Heydər Əliyev Azərbaycanın dünyaya, xüsusilə də Avropanın aparıcı dövlətlərinə inteqrasiyasını təmin etmək məqsədilə, ilk növbədə, ölkənin başqa respublikalarla münasibətlərini normal məcraya salmış, əksər ölkələrlə mehriban münasibətlərin yaradılmasına nail olmuşdur. Məhz ulu öndərin balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın liderinə çevrilmişdir. Artıq Azərbaycan dünya birliyində tanınan, bir sıra beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş bir ölkədir.

Mərkəzdəki stendlərdən biri Azərbaycanla Şərq dünyası arasında olan elmi, mədəni, iqtisadi əlaqələrdən bəhs edən kitablara həsr olunmuşdur. Burada Heydər Əliyevin bir sıra ölkələrə etdiyi səfərlərdən, keçirdiyi görüşlərdən, verdiyi müsahibələrdən, bağladığı sazişlərdən bəhs edən faktlar, eyni zamanda İslam dünyasının tanınmış ictimai-siyasi xadimlərinin ölkəmizlə bağlı olan fikirləri öz əksini tapmışdır.

Heydər Əliyev Mərkəzində Azərbaycan təhsilinə həsr olunmuş stendə nəzər saldıqda ulu öndərin təhsilə göstərdiyi böyük qayğının, müəllim sənətinə verdiyi yüksək qiymətin şahidi oluruq: "Mən bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam". Bu stenddə Heydər Əliyevin uşaqlarla, gənclərlə olan görüşlərini əks etdirən fotoşəkillər sərgilənmişdir. Təhsil və gənclik  ümummilli liderin uzaqgörən siyasətinin bünövrəsini təşkil edir: "Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır". Məhz Heydər Əliyevin hakimiyyəti dövründə minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir.

Digər stenddə ulu öndərin yaradıcısı olduğu Azərbaycan Respublikasının Konstitusiyasının  təhsillə bağlı Təhsil hüququ adlı 42-ci maddəsi, Dövlət himni öz əksini tapmışdır.

Mərkəzdə tanınmış dünya siyasətçilərindən Corc Buş, Eduard Şevardnadze, Jak Şirak və başqalarının ulu öndər haqqında söylədikləri dəyərli fikirləri ("Heydər Əliyevin vəfatından sonra dünya bir qədər balacalaşmışdır". Riçard Armitac) gördükcə bu fenomen şəxsiyyətin dahiliyinin, tarixin yetişdirdiyi nadir insanlardan biri olduğunun bir daha şahidi oluruq.

Heydər Əliyev Mərkəzində ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevlə bağlı stenddə Heydər Əliyevin özündən sonra uzun illər qüvvəsini itirməyəcək bir dövlət mexanizmi qoymuş, özünün formalaşdırdığı xalqı, qurub-yaratdığı dövləti etibarlı əllərə - İlham Əliyevə etibar etməsindən bəhs edilir.

Bununla yanaşı, mərkəzdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın elm, təhsil və mədəniyyətin inkişafında, Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən, onun xeyriyyəçilik fəaliyyətindən bəhs edən kitablar toplanmışdır.

Heydər Əliyev Mərkəzində 3 böyük qapalı şüşə stenddə (6 hissə) xronoloji ardıcıllıq gözlənilməklə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, iki dəyirmi stenddə isə Heydər Əliyevlə bağlı sənədlər (attestat, tərifnamə, diplom, xasiyyətnamə, əmr, sərəncam və b.) sərgilənmişdir. Birinci stenddə onun doğulub boya-başa çatdığı böyük və mehriban ailənin həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər, Azərbaycanın Dövlət Təhlükəsizlik orqanlarında çalışdığı dövrü (1944-1967-ci illər) əks etdirən fotoşəkillər toplanmışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Heydər Əliyev postsovet məkanında dövlət təhlükəsizliyi generalı olan ilk azərbaycanlı idi. İkinci stenddə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi I dövrü (1969-1982-ci illər) əhatə edən fotoşəkillər yerləşdirilmişdir. Bu dövrdə Azərbaycanda həyatın bütün sahələrində misilsiz inkişaf səviyyəsi əldə edilmişdir. O vaxt ulu öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz həmin dövrdə Sovet İttifaqı tərkibində olmasına baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyinin möhkəm təməli qoyulmuşdur. Burada eyni zamanda Heydər Əliyevin Moskvada çalışdığı dövr (1982-1987-ci illər) əks olunmuşdur. O, Moskvada işlədiyi vaxtlarda İttifaq miqyaslı problemlərin həlli ilə məşğul olmaqla yanaşı, həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamışdır. Azərbaycanın yalnız keçmiş sovet məkanında deyil, həm də dünyada tanıdılması üçün var gücü ilə çalışmışdır. Üçüncü stenddə ulu öndərin Azərbaycana rəhbərliyinin II dövründə (1993-2003-cü illər) mədəniyyət işçiləri, incəsənət xadimləri ilə olan görüşlərini əks etdirən fotoşəkillər, qarşı tərəfdə isə Heydər Əliyevin neft strategiyası ilə bağlı tədbirlərdəki fotoşəkillər sərgilənmişdir.

Heydər Əliyev Mərkəzində diqqəti cəlb edən məqamlardan biri də ulu öndərin Azərbaycanda qurduğu, yaratdığı bütün sahələrin (elm, mədəniyyət, təhsil, idman, inşaat, dəmir yolu və s.) bir yerdə əks olunduğu şəkil və Heydər Əliyev ideyalarının əbədiliyi, parlaqlığı rəmzi kimi verilən məşəldir. O məşəl ki,  alovu, nuru əbədiyaşardır və gələcəyimizi işıqlandırır. Gənclərimiz bu işıqda onun ideyalarını görür və həmin ideyalara yiyələnirlər. 

Nigar ASLANOVA,
Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev Mərkəzinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov