Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edildi

 

İyunun 14-də Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, bütün dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını - Milli Qurtuluş Gününü qeyd edirik. Bu, Azərbaycan xalqı üçün çox böyük bir bayram, möhtəşəm bir tarixi hadisədir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışıb, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırıb, doğma vətənini hər yerdə ləyaqətlə təmsil edib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alınıb, "Əsrin müqaviləsi" imzalanıb, Azərbaycan dünyanın ən iri dövlətləri və beynəlxalq qurumları tərəfindən etiraf olunub.

Rektor həmişə dediyi bir fikri bu dəfə də xatırladıb: Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha xoşbəxt olur ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Bu gün ulu öndərimizin qoyub getdiyi ənənələrin, ideyaların ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımız tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır.

Tədbirdə iştirak edən YAP-ın icra katibi Əli Əhmədov və digər rəsmi şəxslər bu günün əhəmiyyətindən, ulu öndərimizin xalqın rifahı, Azərbaycanın gələcəyi üçün yerinə yetirdiyi işlərdən danışıblar.   

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov