Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

"Azərbaycan oğluyam" adlı ədəbi-bədii kompozisiya

 

Kürdəmir rayonunun Dəyirmanlı kənd tam orta məktəbində Qarabağ uğrunda gedən  döyüşlərdə şəhid olmuş artilleriya zabiti Tahir  İslamovun anım gününə həsr olunmuş "Azərbaycan oğluyam" adlı ədəbi-bədii kompozisiya  keçirilib.

Təhsil aldığı Dəyirmanlı kənd tam orta məktəbi indi Tahir Ağakişi oğlu İslamovun adını daşıyır. Hər il may ayında keçirilən bu təntənəli tədbirlər bütün şagird və müəllim kollektivini, qonaqları bir daha o günlərə qaytarır, vətənə bağlayır,  torpaqlarımızın tezliklə qaytarılacağına  əminlik yaradır, şagirdlərdə hərbi vətənpərvərlik hissləri aşılayır.

Öncə şəhidin məktəbdəki abidəsi önünə əklillər və tər gül-çiçək dəstələri qoyulub. Mərasimi giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Xasməmmədova açıb. Əsgər paltarı geyinmiş şagirdlər Azərbaycan bayrağını böyük coşqu və təntənə ilə meydana gətiriblər. Şagirdlərin ifasında Dövlət himni səslənib. Şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı,  IX "a" sinif şagirdi Şəbnəm Mazakova şəhid Tahir İslamovun qısa, lakin şərəfli həyat yolu haqqında məlumat verib. O, Tahirin Odessa  Ali Artilleriya Məktəbində oxuduğu təhsil illərindən, vətənin ağır günlərində oradakı  xidmətini atıb,  Azərbaycan ordusunun zabiti olaraq birbaşa cəbhəyə yollanmasından, Qarabağın ən qaynar nöqtələrindəki xidmətlərindən danışıb. Qeyd edib ki, Tahirin son döyüşü Füzuli rayonunun Cuvarlı kəndində olmuş, 1992-ci il mayın 7-də qrad mərmisinin  çox  yaxında  partlaması nəticəsində  qəhrəmancasına həlak olub.

Göstərdiyi şücaət və igidliklərə görə  ölümündən sonra o, ulu öndər Heydər Əliyevin  fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Aparıcı  Şəbnəm məktəbin digər şəhid məzunları - Mübariz Osmanov, Əsgər Yahyayev, Şaban Yunusov, Teymur İsgəndərov, Qurban  Rəhimov  haqqında da danışıb, onlara tədbir iştirakçıları adından rəhmət diləyib. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əvəz Həsənov, Kürdəmir Rayon Təhsil şöbəsinin müdir müavini Əsgər Hüseynov, rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev, kənd icra nümayəndəsi İlham Mustafayev,  kənd bələdiyyəsinin sədri Niyazi Babayev şəhidliyin uca zirvə olduğunu qeyd edərək Tahir haqqında xoş sözlər deyiblər.

Şagirdlərin ifasında Tahirə və digər şəhidlərimizə həsr olunmuş şeirlər, əsgər mahnıları səsləndirilib.

Mərasimin sonunda qəhrəmanın anası Elmira İslamova qonaqlara və tədbirin iştirakçılarına öz dərin təşəkkürünü bildirib. Sonra tədbir iştirakçıları Tahir İslamovun döyüş yolunu əks etdirən şəhidlər muzeyində olublar.

Tədbirin sonunda şəhidin xatirəsinə həsr olunmuş məktəblərarası voleybol turniri keçirilib. Mərasim  iştirakçıları və müəllimlərin bir qrupu Tahir İslamovun  doğulub boya-başa çatdığı evdə olub, əzizləri, doğmaları ilə görüşüblər.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov