Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Dərs ilini uğurla başa vururuq

 

İşlədiyim 286 nömrəli məktəb paytaxtın ən iri ümumtəhsil müəssisələrindən olmasına baxmayaraq, son illərədək özünün təhsil göstəriciləri ilə o qədər də fərqlənmirdi. Lakin artıq bir neçə ildir ki, 286 nömrəli məktəbin fəaliyyətində köklü dəyişiklik olmuşdur. Məktəbimizin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Mübariz Vəliyevin rəhbərliyi altında məktəbin idarə olunmasının demokratikləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir və onlar indi də davam etdirilməkdədir.

2008-2009-cu tədris ilində məktəbdə əsaslı təmir işləri aparılmış, məktəbdaxili su və kanalizasiya sistemi yenisi ilə əvəzlənmiş, elektrik sistemi tam dəyişdirilmişdir. Sinif otaqları təmir olunmuş, xüsusi tərtibata malik, hər cür avadanlıqla təmin olunmuş akt zalı, kitabxana, kompüter və fənn kabinetləri yaradılmışdır.

Məktəbimizdə təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə prosesinin diferensiallaşdırılması, fərdiləşdirilməsi prinsiplərini, müasir təlim forma və üsullarını tətbiq etməklə fərqlənən, əsl vətəndaşlıq mövqeyində duran, şagirdlərə vətəndaşlıq ruhu aşılayan müəllimlər çoxdur. Onlardan təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Qurbanovanı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Gültəkin Ağaverdiyevanı, tarix elmləri üzrə fəlsəfə doktoru Qalina Əlibəylini, filologiya elmləri üzrə fəlsəfə doktoru Arzu Hüseynovanı, kimya müəllimi Pərvanə Ağazadəni, riyaziyyat müəllimi Gülxar Bağbanlını, tarix müəllimi Təranə Salahovanı, ibtidai sinif müəllimləri Ofelya Məmmədovanı, Almaz Əsgərovanı, Rahilə Allahverdiyevanı, Səlbinaz Nuriyevanı, Sevinc Əliyevanı və b. misal göstərmək olar.

2009-2010-cu tədris ilində məktəbimizin müəllimlərindən Naibə Ələkbərova "Əməkdar müəllim" fəxri adına layiq görülüb, Gülnarə Əliyeva isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Sevinc Əliyeva isə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla mükafatlandırılıb. Həmin tədris ilində məktəbimizin özü də böyük uğur qazanaraq möhtərəm Prezidentimizin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Ötən il məktəbimizi bitirən 173 məzundan 88-i ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 11-i qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır. Məzunlarımızdan hazırda Azərbaycan Tibb Universitetində oxuyan Eldəniz Yunusov və İlahə Fərəcli Prezident təqaüdçüləridir. Məktəbimiz təhsilin keyfiyyət və səviyyəsinin yüksəldilməsi sahəsində qazandığı nailiyyətlərə, o cümlədən məzunların ali məktəblərə qəbulunda ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə görə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif olunub.

Məktəbimizdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, bu məqsədlə tez-tez müxtəlif mövzularda tədbirlər keçirilir. Görkəmli alimlər, sənətkarlar, yazıçı və şairlərlə  görüşlər, müsabiqələr, disputlar şagirdlərin dünyagörüşünü genişləndirməyə xidmət etməklə yanaşı, onlarda sərbəst fikir söyləmək, müstəqil öyrənmək bacarıqları yaradır, müsbət əxlaqi keyfiyyətlər aşılayır.

Məktəbimizdə buraxılış imtahanlarına geniş hazırlıq işləri görülüb. İnanırıq ki, məzunlarımızın hamısı mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanını uğurla verərək attestat alacaq. 

Gülmirə  ƏLİYEVA,
Bakıdakı 286 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov