Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - 23

 

Rusiya universitetlərinin reytinq cədvəli açıqlanıb

 

Rusiya Federasiyasında artıq 2 ildir ki, ali məktəblərin reytinqi açıqlanır. Ölkənin nüfuzlu xəbər agentliklərindən hesab olunan "İnterfaks" agentliyi və "Exo Moskvı" radiostansiyası 2 ildir ki, davamlı olaraq Rusiyanın ali məktəblərinin reytinqini təşkil edirlər. Ötən ilki reytinq ali məktəbləri 2 kateqoriya üzrə - klassik və hüquq universitetləri və digər kateqoriyalardan 50 ali təhsil ocağı üzrə təhlil edib.

Cari ildə tədqiq olunan obyektlərin tərkibi genişləndirilib. Klassik universitetlərdən başqa reytinqə milli tədqiqat universitetləri (həm tədqiqat, həm də təhsil müəssisəsi hesab olunanlar) də cəlb olunub. Bütövlükdə bu qəbildən olan universitetlər sırasına 29 elmi tədqiqat universiteti daxil olub. Ötən il RF-də "Müəllim ili" olduğundan pedaqoji, humanitar, linqvistik  ali məktəblərin reytinqi də tərtib olunub. 2011-ci ilin reytinq cədvəli 104 universitet və 71 pedaqoji ali məktəbi əhatə edir. Reytinq cədvəli tərtib olunarkən universitetlərin innovasiya və tədqiqatçılıq fəaliyyətinə xüsusi diqqət yetirilib. Metodoloji kriteriya kimi "İnnovasiya və elmi işlərin kommersiyalaşdırılması" əsas götürülüb. Reytinq cədvəlinə əsasən ilk beşliyə aşağıdakı universitetlər daxildir: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Moskva Fizika Texnika İnstitutu (elmi tədqiqat statuslu), Rusiya Xalqlar Dostluğu Universiteti, Novosibirsk və Tomsk Dövlət universitetləri (5-6-cı yerləri bölüşürlər). Reytinq cədvəlinin tərtib olunması metodologiyasında dəyişikliklərdən sonra ilk onluğa Bauman və Sankt-Peterburq Politexnik, Sibir Federal universitetləri də daxil olublar.

Ali məktəblərin reytinqi abituriyentlər  və onların valideynləri üçün əhəmiyyət kəsb edir. Reytinq bu və ya digər universitetin nə dərəcədə keyfiyyətli  təhsil verməsini göstərir. Nüfuz cədvəli həm də işəgötürənlər üçün də kadrların seçimində oriyentir hesab oluna bilər. Ali məktəblərin özləri də reytinq cədvəlinin açıqlanmasında maraqlıdırlar. Bu, onlara öz işlərini daha yaxşı qurmağa və fəaliyyətlərinin keyfiyyətini yüksəltməyə imkan verir.

 RF-də hesab edirlər ki, reytinq cədvəli milli təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə xidmət edir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov