Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti
2011-2012-ci  tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil (II təhsil) almaq üçün qəbul elan edir:

 

1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan dilindədir

2. Xarici dil (ingilis, fransız) müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

3. Tarix müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan və rus dillərindədir

4. Tarix və coğrafiya müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

5. Kimya müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

6. Kimya və biologiya müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

7. Biologiya müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan və rus dillərindədir

8. Riyaziyyat müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan və rus dillərindədir

9. Riyaziyyat və informatika müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

10. İnformatika müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

11. Fizika müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

12. Təhsildə sosial-psixoloji xidmət (əyani), təhsil Azərbaycan dilindədir

13. Korreksiyaedici təlim  (əyani), təhsil Azərbaycan dilindədir),

14. Məktəbəqədər təlim və tərbiyə  (əyani və qiyabi), təhsil Azərbaycan dilindədir

15. İbtidai sinif  müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan və rus  dillərindədir

16. Coğrafiya müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan dilindədir

17. Musiqi müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

18. Təsviri incəsənət  müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir

19. Texnologiya  müəllimliyi (əyani və qiyabi), təhsil Azərbaycan dilindədir

20. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani), təhsil Azərbaycan dilindədir 

21. Menecment (təhsilin təşkili və idarə olunması) (əyani), təhsil Azərbaycan  dilindədir

22. Ekologiya (əyani), təhsil Azərbaycan dilindədir 

Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.

Təkrar  ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər : 

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarış (diploma əlavə) (saatların miqdarı göstərilməklə);

- əmək kitabçasının surəti;     

- işlədiyi müəssisə, təşkilat və idarələrdən göndərilənlər üçün göndəriş, zəmanət;

- 3x4 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş );

- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Sənədlər 2011-ci ilin avqustun 20-dən  sentyabrın 5-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 13.00-dək ADPU-nun əsas binasında (II mərtəbə, tədris-metodika şöbəsi, otaq 208) qəbul edilir.

Təkrar ali təhsil (II təhsil) almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə təkrar təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci aldığı təhsilin təkrar ali  təhsil ixtisasına uyğunluğundan asılı olaraq qəbul olunduğu kurs müəyyənləşdirilir.

Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil (II təhsil) almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.  

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov  küçəsi, 34

Telefon:   (+994 12) 493-15-96

 

REKTORLUQ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov