Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - 24

 

Təhsil sahəsində əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub

 

İyunun 17-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının elm və təhsil naziri Dmitri Şaşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Azərbaycan və gürcü xalqlarının dostluğundan, iki ölkə arasındakı əlaqələrdən söz açan nazir təhsil sahəsində mövcud olan əməkdaşlığın inkişaf istiqamətlərindən bəhs edib.

Təhsil naziri Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklərin hazırlanması məsələsinə toxunub və azərbaycanlı mütəxəssislərin bu işdə yaxından iştirak etməsi təklifini irəli sürüb. Eyni zamanda Misir Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərində aparılan əsaslı təmir və tikinti işlərinə köməklik göstərilməsinin lazım olduğunu qeyd edib.

Nazir qonaqların bir neçə təhsil müəssisəsinə baş çəkməsini tövsiyə edib, onların ölkəmizin təhsil sistemi ilə yaxından tanış olmasının əhəmiyyətini vurğulayıb.

Gürcüstan Respublikasının elm və təhsil naziri Dmitri Şaşkin Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. İki ölkə arasındakı dostluq əlaqələrindən və səmərəli əməkdaşlıqdan söz açan qonaq Gürcüstandakı Azərbaycan məktəblərinin maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədilə görülən işlərdən danışıb. Qonaq Gürcüstanda bu il I-VI, gələn tədris ilində isə VII-XI siniflər üçün Azərbaycan dilində dərsliklərin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib. Elm və təhsil naziri ölkəsindəki Azərbaycan məktəblərini bitirmiş məzunların Gürcüstanın ali məktəblərində təhsil alması üçün yaradılmış şəraitdən, müəyyən kvota və imtiyazlardan söz açıb. Dmitri Şaşkin həmçinin Gürcüstanın təhsil sistemi, orta təhsilin inkişafı üzrə aparılan islahatlar haqqında məlumat verib və qarşıda duran məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb.

Görüşdə Gürcüstanda yerləşən Azərbaycan məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, gələcəkdə birgə fənn olimpiadalarının təşkil olunması, ölkəmizdə gürcü dilinin, Gürcüstanda isə Azərbaycan dilinin tədrisi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Təhsil naziri Misir Mərdanov Gürcüstanda Azərbaycan, Azərbaycanda isə gürcü tarixi və coğrafiyasına dair vəsaitin hazırlanması, orta məktəblərdə fakültativ kursların təşkil olunması ilə bağlı təkliflərini irəli sürüb.

Gürcüstanın elm və təhsil naziri isə öz növbəsində verilən təkliflərə münasibətini açıqlayıb, bu məsələlərə dair lazımi addımlar atmağa hazır olduqlarını və bununla bağlı komissiya yaradılacağını bildirib.

Görüşdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov