Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

"Elektron təhsil" Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldılar

 

İyunun 18-də Təhsil Nazirliyində "Elektron təhsil" Respublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, Təşkilat Komitəsi və münsiflər heyətinin üzvləri, müsabiqəni dəstəkləyən şirkət və qurumların, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, bir sıra rayon təhsil şöbələrinin və təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbələr, şagirdlər və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbirdə öncə "Elektron təhsil" müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. Növbəti tədris ilinin başa çatması münasibəti ilə bütövlükdə təhsil işçilərini, müəllimləri və salonda əyləşən insanları təbrik edən təhsil naziri  ilin uğurla başa çatmasında əməyi olanların hamısına təşəkkürünü bildirdi. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən ötən müddət ərzində İKT ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini dedi və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlisi olduğunu vurğuladı. Nazir müsabiqənin keçirilməsində yaxından iştirak edən bütün təşkilat və şirkətlərə Azərbaycanın təhsil ictimaiyyəti adından təşəkkürünü bildirdi.

Daha sonra təhsil naziri "Elektron təhsil" Respublika müsabiqəsinin əhəmiyyətindən danışdı, onun keçirilməsinin qayda və şərtləri barədə məlumat verərək bildirdi ki, bu müsabiqə 5 nominasiya, 2 istiqamətdə həyata keçirilir. Müsabiqə iştirakçılarına qeydiyyatdan keçmək üçün 45 gün vaxt verilib və 1621 nəfər qeydiyyatdan keçib. Onlardan 781-i müəllim, 193-ü ali məktəb tələbəsi, 564-ü şagird, 48-i valideyn və 35 nəfəri digər insanlar olub. Bu il müsabiqəyə 788 layihə təqdim olunub. Onlardan 601-i müsabiqəyə buraxılıb və həmin layihədən 98-i nominant seçilib.

Müsabiqədə 500 nəfər iştirakçı təmsil olunub. Bəzən bir nəfər 2-3 nominasiyada iştirak edib. Müsabiqədə "Elektron tədris resursları" adlanan birinci istiqamət üzrə 531 və "Təhsildə İnternet texnologiyaları" adlanan ikinci istiqamət üzrə 70 nəfər iştirak edib. Onlardan birinci istiqamət üzə 30, 22, 32,  ikinci istiqamət üzrə 7, 7, 14 nominant yeri müəyyən olunub. Bütün bu işlər barədə ətraflı məlumat verən təhsil naziri Misir Mərdanov çıxışının sonunda ayrı-ayrı nominasiyalar üzrə qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər və şəxsi həyatlarında uğurlar arzuladı.

Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevə verildi. O qeyd etdi ki, bu gün təhsil ictimaiyyətinin həyatında çox böyük önəmli hadisələr baş verir. Ölkədə informasiya cəmiyyətinin formalaşmasının əsas məsələlərindən biri təhsilin informasiyalaşdırılmasıdır. Bu barədə ətraflı danışan natiq bildirdi ki, elm və təhsilin bu istiqamətdə inteqrasiya prosesi gedir.

Sonda Rasim müəllim Təhsil Nazirliyində bu işi təşkil edənləri və qalibləri təbrik etdi.

Daha sonra mükafatların təqdim olunması mərasimi keçirildi. 5 nominasiyanın hər biri üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar və xüsusi mükafatlar təqdim olundu. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov