Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - 24

 

Türkiyədə IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilir

 

Bu günlərdə qardaş Türkiyədə "Gəlin, tanış olaq" devizi ilə IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilir. Olimpiadanın məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir.

Diqqətəlayiq haldır ki, 2003-cü ildən başlayaraq ənənəvi şəkildə keçirilən bu olimpiadalara maraq ildən-ilə artır. Bunu olimpiadada iştirak edən dövlətlərin sayı da sübut edir. Belə ki, əgər 2003-cü ildə keçirilən ilk türk dili olimpiadasına 17 ölkə qatılmışdısa, sayca 9-cu olan builki yarışmada 130 ölkədən nümayəndələr iştirak edir.

Açılışı iyunun 15-də olmuş olimpiada 9 nominasiya üzrə yarışları -mahnı, şeir, şərqi, tanıtım stendləri və s. müsabiqələri əhatə edir. Olimpiada çərçivəsində tədbirlər Türkiyənin paytaxtı Ankara ilə yanaşı ölkənin 34 şəhərində də keçirilir. İyunun 30-dək davam edəcək olimpiada tədbirlərində dünyanın müxtəlif ölkələrindən gəlmiş məktəblilər olimpiada proqramına uyğun olaraq konsertlər verir, türkcə şeirlər, mahnılar oxuyur, milli rəqslərini ifa edirlər.

IX Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi Azərbaycanda fəaliyyət göstərən türk liseylərinindən və digər ümumtəhsil müəssisələrindən seçilmiş 45 məktəbli təmsil edir. Yeri gəlmişkən qeyd edək ki, bu göstəriciyə görə biz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədəyik. Ümumiyyətlə, Azərbaycan məktəbliləri bu beynəlxalq yarışmalarda həmişə öz fəallıqları ilə fərqlənmiş, müxtəlif nominasiyalar üzrə olimpiada medallarına sahib olmuşlar.

Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edəcək məktəblilərin seçimi də Təhsil Nazirliyinin köməyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılıb. Şirkətin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizin verdiyi məlumata görə, seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında 3 mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilmiş "Ana dilini sevək, sevdirək"  yarışmasında fərqlənənlər iştirak edirlər.

İyunun 18-20-də Ankaranın məşhur "Altunpark" istirahət guşəsində olimpiada çərçivəsində iştirakçı 130 ölkənin tanıtım stendləri sərgiləndi. Böyük ərazidə yerləşdirilən stendlərdə hər bir ölkənin mədəniyyətini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar - şəkillər, maketlər nümayiş olunurdu. 3 gün ərzində 100 mindən çox adam tanıtım stendləri ilə tanış olub, onların vasitəsi ilə iştirakçı ölkələrin mədəniyyəti haqqında məlumat ala bildilər.

Sevindirici haldır ki, Azərbaycan bu müsabiqədə Türkiyədən sonra ən böyük stendlə təmsil olunurdu. Öz gözəlliyi və eksponatlarının zənginliyi ilə digərlərindən fərqlənən stendimizdə ümummilli liderimiz Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin şəkilləri, Bakının böyük panoramı, Bayraq meydanı, Neft daşlarının, Nizami Gəncəvinin məqbərəsinin, Mömünə Xatın türbəsinin, Quba xalçasının, qazıntılar zamanı tapılmış qədim məişət əşyalarının, digər çoxlu sayda maddi-mədəniyyət abidələrinin fotoları, milli geyimlərimiz, İçərişəhərin, Qubanın Xınalıq kəndinin maketləri və s. eksponatlar nümayiş olunur, tamaşaçılara milli şirniyyat məhsullarımızdan nümunələr təklif edilirdi.

Stendlə tanış olanlara Azərbaycan bayrağı və ölkəmiz haqqında məlumatlar əks olunmuş bukletlər verilirdi. Milli nemətlərimizi dadmaq üçünsə stendin qarşısında növbələr yaranmışdı. Stendə baxan insanlar həm də canlı olaraq Azərbaycan musiqisini dinləyir, rəqslərə tamaşa edirdilər.

İyunun 19-da Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, habelə ölkəmizdən təşrif gətirmiş ziyalılardan, təhsil və KİV işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan stendi ilə tanış oldular, şagirdlərin çıxışlarına tamaşa etdilər. Stendi yüksək qiymətləndirən səfir, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu nəzərə alaraq stenddə nümayiş olunan eksponatların bu baxımdan böyük maraq doğurduğunu söylədi.

Elə həmin gün azərbaycanlı şagirdlər parkda qurulmuş böyük səhnədə maraqlı konsert proqramı ilə çıxış etdilər. 8 min tamaşaçının izlədiyi konsert böyük müvəffəqiyyətlə keçdi. Şagirdlərimizin Azərbaycan və türk dillərində oxuduqları mahnılar, şərqilər, söylədikləri şeirlər onların doğma ana dili ilə yanaşı türk dilini də dərin məhəbbətlə sevdiklərini və öyrəndiklərini bir daha nümayiş etdirdi. Şagirdlərimizin çıxışlarını meydana toplaşmış və əllərində Azərbaycan bayraqları tutmuş tamaşaçılar alqışlarla qarşıladılar.

Sonda onu da qeyd edək ki, iyunun 25-də olimpiadanın müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrinin qaliblərinin mükafatlandırılması, iyunun 30-da isə bağlanış mərasimləri keçiriləcək. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov