Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Alimlərimizin yeni ixtiraları :

Neft-Kimya Prosesləri İnstitutunun elmi nailiyyətləri

 

İnstitutun əsası 1929-cu ildə qoyulub, V.V.Kuybışev adına Neft Emalı üzrə Elmi-Tədqiqat İnstitutunun elmi potensialı əsasında yaradılıb və 1959-cu ildə Azərbaycan MEA-nın nəzdində Neft-Kimya Prosesləri İnstitutu adlandırılıb.

İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycan neftinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması və s. ibarətdir.

Bu institutun son beş ildə əldə etdiyi nailiyyətləri çoxdur. Bununla belə institutun alimləri tərəfindən Azərbaycanın perspektiv neft yataqları tədqiq olunub, onların perspektiv və dizel yanacaqlarının, avtomobil benzinlərinin və sürtgü yağlarının alınmasını təmin edən səmərəli emal texnologiyalarının elmi əsasları işlənib hazırlanıb.

Eyni zamanda institutun apardığı elmi araşdırmalar nəticəsində metallik alüminium və haloid alkilləri əsasında kompleks katalizatorların yeni modifikasiyaları yaradılmış, onlardan istifadə etməklə naftalinin, toluol-ksilol fraksiyasının, benzolun, etilbenzolun və s. faydalı məhsulların alınmasını təmin edən piroliz prosesinin maye məhsullarının emalının kompleks sxemi işlənib hazırlanıb və Sumqayıt "SK" zavodunda tətbiq edilib.

Yerli xammal əsasında neftçıxarmada və neft emalında istifadə olunan yeni reagentlər və ximikatların (inhibitor, deemulqator, köpük əmələgətiricilər, həlledicilər və s.) alınma texnologiyaları yaradılıb və sənayedə tətbiq olunub.

Hazırda institutun əməkdaşları tərəfindən neft kimyası və neft emalı prosesləri üçün ekoloji təmiz ion mayeləri texnologiyasının yaradılması istiqamətində tədqiqatlar aparılır.

Neft fraksiyalarının aromatik karbohidrogenlərdən təmizlənməsi üçün yeni termotrop ion-maye tərkibli ekstragent sistemləri aşkar  edilib. Eyni zamanda neft, qaz emalı və neft-kimya sənayesinin inkişaf konsepsiyası tərtib edilib.

Bütün bu elmi nailiyyətlərə görə 2005-ci ildə institut İslam İnkişaf Bankının diplom və mükafatını alıb, 2002-2005-ci illər ərzində isə institutun 5 əməkdaşı respublikanın "Şöhrət" ordeninə, 1 nəfər "Tərəqqi" medalına və 2 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onu da qeyd edək ki, akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun müəllifliyi ilə 100-dən çox monoqrafiya və bir neçə min məqalə xarici və respublika mətbuatı səhifələrində dərc olunub. Bu gün institut əldə etdiyi nailiyyətlər sayəsində 1000-dən çox müəlliflik şəhadətnaməsi, patent və lisenziya sahibidir.

AMEA NKPİ-nin son illərdə sahib olduğu patentlərdən nümunə kimi aşağıdakıları göstərmək olar:

- Katalitik krekinqin qaz fraksiyalarının emalı üsulu.

- Quru, tozvari superplastifikatorun alınma üsulu.

- Etilen (SO) polimerləşməsi üçün təkmərkəzli katalizatorun alınma üsulu.

- Dizel yanacağının alınma üsulu.

- Nanokarbonun alınma üsulu.

- Yağ fraksiyasının ion mayesilə selektiv təmizlənməsi üsulu.

- Bioloji aktiv ağ naftalan yağı və s.

Hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov