Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Altıyaşlılar bağçalarına "əlvida" dedilər

 

Bakının Xətai rayonundakı 240 nömrəli körpələr evi-uşaq bağçası bu il 33 yetirməsini məktəbə yola salır. Bu münasibətlə iyunun 10-da burada "Əlvida, bağça" mərasimi keçirildi. Məktəbəqədər təhsil pilləsini başa vuranların son tədbirində onların valideynləri ilə yanaşı, qonaqlar - Təhsil Nazirliyindən Nigar Zeynalova, Təhsil Problemləri İnstitutunun əməkdaşı Laləzar Cəfərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti Tamilla Useynova, 55, 245, 222, 235 nömrəli körpələr evləri-uşaq bağçalarının müdirləri Zərifə Bəşirova, Roza Əliheydərova, Aygün İsgəndərova, Səlahət Musayeva, 264 nömrəli məktəbin direktor müavini Məhminə Rüstəmova və b. iştirak edirdilər.

Yeri gəlmişkən qeyd edək ki, bağçalarda keçirilən "məzun" tədbirləri artıq çoxdan hesabat xarakteri alıb. Bayram mərasimləri elə təşkil olunur ki, uşaqların məktəb  təliminə necə hazırlanmaları onların tədbirdəki çıxışlarından məlum olsun. Buna görə də bayram tədbirinin proqramına nitq inkişafı, sadə hesablama  bacarığı, ətraf aləmlə tanışlıq, rəsm, musiqi və s. ilə bağlı nömrələr salınır.

240 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunun tərbiyəçiləri İradə Nəcəfova, Afət İbrahimova, tərbiyəçi köməkçisi Mərziyə Mustafayeva, bağçanın musiqi rəhbəri Günay İsrafilova da bayram tədbirinin ssenarisini tərtib edərkən həmin prinsipi əsas götürmüş və maraqlı proqram hazırlamışdılar. Ona görə də uşaqlar tədbir boyu öz çıxışları - söylədikləri şeirlər, ifa etdikləri mahnı və rəqslər, göstərdikləri tamaşalarla məktəb təliminə hazır olduqlarını nümayiş etdirdilər.

Onu da qeyd edək ki, bağçanın məzun olmağa hazırlaşan körpələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu ilin aprel-may aylarında məktəbəqədər təhsil müəssisələrinin yetirmələri arasında keçirdiyi "Bilik, bacarıq və qabiliyyət" müsabiqəsində fəal iştirak etmişlər. Nulüfər Tağıyeva "Nitq inkişafı" nominasiyası üzrə müsabiqədə 3-cü olmuş, Nuray Həsənli isə "Musiqi" nominasiyasında IV yeri tutmuşdur. Onların hər ikisi və "Rəsm" nominasiyası üzrə həvəsləndirici yerə layiq görülmüş Məhərrəm Mirzəyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşlar. Müsabiqənin rayon mərhələsində isə 11 uşaq I, II, III yerləri tutaraq bağçanın rəhbərliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırılmışdır. Bayram tədbirini rövnəqləndirən də əsasən onların çıxışları oldu.

Bağçanın al-əlvan bəzənmiş musiqi zalında keçirilən tədbir "Azərbaycan" mahnısının sədaları altında başlandı. Əllərində kiçik bayraqlar və gül dəstələri tutmuş uşaqlar zala daxil olaraq "Sizə salam gətirmişəm" mahnısı ilə tədbir iştirakçılarını salamladılar. Sonra 3 uşaq irəli çıxıb artıq bağça ilə vidalaşma anının çatdığını, bir azdan məktəbə gedəcəklərini bildirdilər və bu münasibətlə tərbiyəçilərini, valideynlərini təbrik etdilər. Uşaqlardan ibarət xor "Ay ana, məni məktəbə yazdırsana" mahnısını ifa etdi.

Bağçanın müdiri Sədaqət Rəhimova, tərbiyəçilər körpə fidanlara təbriklərini yetirdilər, onların valideynlərinə gözaydınlığı verdilər. Jalə, Oqtay, Nuray, Ayxan "Müəllim" şeirini söylədilər. Afina şeirlə kiçik qrup adından məktəbə gedənlərə uğurlar arzuladı. Uşaqlar "Vals" oynadılar. Mətin, Məhərrəm və Riyad "Məktəb" şeirini söylədikdən sonra "Məktəbə gedəcəyik" mahnısı ifa olundu.

Aparıcı nömrələri elan etdikcə uşaqlar iki-bir, üç-bir irəli çıxıb məharətlərini göstərdilər. Uşaqlar çıxışlarını "Əlvida, bağça" şeiri və "Əziz bağça" mahnısı ilə başa çatdırdılar.

Sonra müsabiqə qaliblərinə fəxri fərmanlar, diplomlar, hədiyyələr verildi.

Qonaqlar söz alaraq uşaqları təbrik etdilər, onların çıxışlarından razı qaldıqlarını, məktəb təliminə yaxşı hazırlaşdıqlarını qeyd etdilər.

 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov