Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

01 İyul 2011 - �25

 

Bakıda ilk dəfə orta məktəb məzunlarına həsr olunmuş möhtəşəm tədbir keçirildi

 

İyunun 30-da paytaxtımızdakı "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun - 2011" tədbiri keçirildi. Tədbirdə Bakı şəhəri ümumtəhsil orta məktəblərinin 11-ci siniflərini bu il bitirmiş ən nümunəvi, istedadlı, müxtəlif sahələr üzrə yarış və müsabiqələrin qalibləri olan 650 məzun iştirak edirdi. Məzunların bayram sevinclərini bölüşmək üçün tədbirə Təhsil Nazirliyindən, digər dövlət qurumlarından nümayəndələr, millət vəkilləri, tanınmış ziyalılar, təhsil müəssisələrinin rəhbərləri, KİV təmsilçiləri dəvət olunmuşdular.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, respublikanın əməkdar müəllimi Nailə Rzaquliyeva  on bir illik məktəb mühitindən müstəqil həyata ilk addımlarını atan gəncləri təbrik etdi.

Çıxışında təhsilin cəmiyyət həyatının ən önəmli sahələrindən biri, millətin gələcəyini təmin edən başlıca amil olduğunu söyləyən N.Rzaquliyeva ölkəmizin tərəqqisinin məhz cəmiyyətin gələcək qurucuları olan gənclərdən asılı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyev həmişə Azərbaycan gəncləri ilə fəxr edirdi. O, gənclərə müraciətlə deyirdi: "Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl,  göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz...".

N.Rzaquliyeva "Biz maddi kapitalı insan kapitalına çevirməliyik" deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini, ona xüsusi qayğı və diqqət göstərdiyini, gənclərin savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərimizi qiymətləndirməyi və qorumağı bacaran vətəndaşlar kimi yetişməsini təhsil işçiləri qarşısında əsas vəzifə kimi qoyduğunu qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan təhsili, onun tərkib və avanqard hissəsi olan Bakı təhsili sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır. Gündən-günə inkişaf edən təhsil infrastrukturu, əlverişli maddi-texniki baza, yüksək səviyyəli müəllim potensialı bu uğurların qazanılmasına imkan yaradır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə keçirilən tədbirlər, müsabiqələr və sərgilər istedadlı gənclərin yetişməsində, püxtələşməsində mühüm rol oynayır.

Sonra N.Rzaquliyeva Bakı təhsilinin uğurlarından söz açdı. Bildirdi ki, son 4 ilin nəticələrinin müqayisəsi ali məktəblərə tələbə qəbulunda Bakı abituriyentlərinin qəbul faizinin durmadan yüksəldiyini göstərir. Belə ki, bu göstərici 2006-cı ildəki 35 faizə qarşı 2010-cu ildə 45 faiz olmuş, məzunlarımızın orta balı 232-dən 264-ə yüksəlmişdir. 2010-cu ildə 2 məzunumuz 700, hər 15 abituriyentdən biri 600-dən, hər 4 abituriyentdən biri isə 500-dən yuxarı bal toplamışdır. Fənn  olimpiadalarının respublika turunda qalib gələn şagirdlərimizin sayı 2006-cı ildə 48 nəfər olduğu halda, 2011-ci ildə 108 nəfər olmuşdur. İnanırıq ki, 2011-ci il məzunları bundan da böyük uğurlar qazanacaqdır.

N.Rzaquliyeva təhsilimizin hamisi, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizə diqqət və qayğısını da xüsusi vurğulayaraq bütün bunların təhsil işçilərini daha böyük uğurlar qazanmağa ruhlandırdığını söylədi. Bildirdi ki, məhz bu diqqət və qayğı nəticəsində həyata keçirilən təhsil islahatı öz ilkin nəticələrini göstərir. Azərbaycan təhsili sürətlə dünya təhsil sisteminə inteqrasiya olunur. Bizim məzunlarımızın sorağı indi dünyanın ən nüfuzlu universitetlərindən gəlir. Bu gün belə gənclərimizin sayı 10000-dən çoxdur.

Bu günlərdə daha bir xoş xəbərin onları sevindirdiyini deyən N.Rzaquliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2011-ci il tarixli sərəncamları ilə Bakı şəhərinin 22 məktəbinin "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, 49 müəllimin isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi elan edildiyini diqqətə çatdırdı, bu yüksək nəticələrin əldə edilməsində məzunların da payı olduğunu vurğuladı, təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Bakı təhsilinin rəhbəri üzünü məzunlara tutaraq dedi:

"Bu gün cənab Prezidentin qeyd etdiyi insan kapitalı sizlərsiniz, sizlərin təhsildə qazandığı uğurlardır. Lakin sizin bundan sonra qazanacağınız uğurlar, həyatda tutacağınız mövqe çox önəmlidir. Çünki o uğurlar sonda millətin gələcəyinə xidmət edəcəkdir. 11 illik məktəb həyatında qazandığınız bilik və bacarıqları daha da inkişaf etdirmək, elmin və həyatın müxtəlif sahələrində özünü təsdiq etmək sizin qarşınızda duran ən böyük məqsəd olmalıdır.

Biz inanırıq ki, siz Azərbaycanın layiqli vətəndaşı kimi harada olmağınızdan asılı olmayaraq Vətəni ləyaqətlə təmsil edəcək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və Qarabağın işğaldan azad olunması uğrunda fəal mübarizlər olacaqsınız".

Sonra ümummilli lider Heydər Əliyevin və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən viteomaterial nümayiş olundu.

Tədbirdə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın məzunlara təbriki oxundu. Təbrikdə qeyd edilir ki, gənclər siyasəti hər bir dövlətin siyasətinin ən mühüm tərkib hissələrindən biridir. Bu siyasətin qayəsi ölkənin parlaq gələcəyinin təmin edilməsidir. Onun uğurla həyata keçirilməsi isə siz məzunlardan - bu gün həyata təzəcə qədəm qoyan oğlan və qızlardan asılıdır... Qarşıda sizi təkcə universitet divarları arasında deyil, həyatda da ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr və yeni uğurlar gözləyir. Siz artıq özünüzə peşə seçmək ərəfəsindəsiniz. Hansı sahəni seçmənizdən asılı olmayaraq yüksək səviyyəli mütəxəssis olmaq əsasdır. Çünki müasir dünyada cəmiyyəti yalnız fundamental bilik və bacarığı olanlar irəli aparır.

Sonra meydan istedadlı uşaq və gənclərə verildi. Onlar maraqlı konsert proqramı ilə çıxış etdilər.

Tədbirdə bu il Bakı şəhərinin orta məktəblərini əla təhsillə və nümunəvi davranışla bitirən 29 məzuna qızıl və gümüş medallar təqdim olundu.

Buraxılış gecəsində təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək müstəqil ölkəmizin təhsil tarixində  ilk dəfə qızıl və gümüş medallara layiq görülən məzunları təbrik etdilər, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzuladılar.

 Məzunlar onların əməyinə verilən böyük qiymətə görə təşəkkürlərini bildirdilər, ölkəmizdə yaradılan əlverişli təhsil şəraitindən səmərəli istifadənin vacibliyini qeyd etdilər. Dövlətin təhsilə diqqət və qayğısının gənclər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını bildirən məzunlar göstərilən etimadı doğruldacaqlarını vurğuladılar.

 "Məzun - 2011" tədbiri geniş konsert proqramı və disko-əyləncə ilə davam etdi. 

Yusif ƏLİYEV 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov