Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

01 İyul 2011 - �25

 

Bakı Dövlət Universitetində möhtəşəm "Məzun günü"

 

İyunun 29-da Bakı Dövlət Universitetində "Məzun günü" keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq deyib ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz.

Bu il universitetin 4500-dək məzununu yola saldığını bildirən rektor, onlardan 700 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü xüsusilə vurğulayıb. Sonra 17 fakültənin hər birindən iki nəfərə fərqlənmə diplomu təqdim edilib. Diplomları rektor Abel Məhərrəmov, təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov təqdim ediblər.

Sonra rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanladığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub.

Tədbir konsert proqramı ilə davam edib. Məzunları Röya Ayxan, Nura, Brilliant Dadaşova, Elnur, Xəyyam, Kamil, Xatirə, Eldəniz və "Eurovision - 2011" mahnı müsabiqəsinin qalibləri Nigar və Eldar təbrik ediblər.

Tədbirin rəsmi hissəsinin aparıcıları isə jurnalistika və sosial elmlər və psixologiya fakültələrinin məzunları - Məryəm Mehdiyeva və Fuad Bayramov olublar.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov