Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

01 İyul 2011 - �25

 

Məzunlar universitetin adını doğruldacaqlarına söz verdilər

 

Lənkəran Dövlət Universitetində "Məzun günü" keçirilib. "Məzun-2011" adı ilə keçirilən tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq ali məktəbi bitirmələri münasibətilə məzunları təbrik edib. Bildirib ki, bu il universiteti 22 ixtisas üzrə 373 nəfər bitirir, bunun 58 nəfəri magistrantdır. Rektor həmçinin qeyd edib ki, 2010-2011-ci tədris ilində universitetdə 1479 tələbə təhsil alıb, tədrisin keyfiyyəti əvvəlki illərə nisbətən artıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev rayon rəhbərliyinin təbrikini gənclərə çatdırdı, ölkənin hər yerində savadlı, işgüzar gənc kadrlara ehtiyac olduğunu söylədi və əmin olduğunu bildirdi ki, məzunlar etimadı şərəflə doğruldacaqlar.

Universitetin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı məzunlara müraciət edərək onlara dərs demiş müəllimləri, doğma ali məktəbi unutmamağa çağırdı.

Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov məzunları müstəqil Azərbaycanın qurucuları adlandırdı və qeyd etdi ki, onlar ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə doğruldacaqlar. 

Valideynlər adından çıxış edən Heybət Mirzəyev məzunların sevincindən ona da pay düşdüyünü, bir övladının bu ali məktəbi bitirdiyini bildirdi.

Məzunlar adından Şəfa Bağırova və Seymur Murtuzayev çıxış edərək fəaliyyət göstərəcəkləri yerlərdə doğma təhsil ocağının, müəllimlərinin adını həmişə uca tutacaqlarını vurğuladılar.

Sonra magistr və bakalavr pilləsini fərqlənmə ilə bitirmiş məzunlara diplomlar, universitetin ictimai həyatında, respublika və beynəlxalq müsabiqələrdə, həmçinin idman yarışlarında fəal iştirak edənlərin bir qrupuna fəxri fərmanlar verildi.

Sonda tələbələrin bədii yaradıcılıq qruplarının çıxışı oldu. 

Hacı Etibar ƏHƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov