Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

01 İyul 2011 - �25

 

Məktəblilərimiz daha bir beynəlxalq müsabiqədə iştirak edəcəklər

 

Azərbaycan "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (Intel ISEF) qoşuldu. Sözügedən forum şagirdlər arasında keçirilən dünyanın ən genişmiqyaslı elmi müsabiqəsidir. Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir.

Intel ISEF zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, onlara sual vermək və qarşılarında açılan perspektivlər haqqında daha geniş məlumat almaq imkanı əldə edirlər. Intel ISEF müsabiqəsinin 20-dən çox qalibi sonralar Nobel, 3-ü isə riyaziyyat sahəsində ali mükafat olan Filds mükafatları laureatları olmuşlar.

Bu il ölkəmiz 2012-ci ildə keçiriləcək müsabiqəyə qoşulmağa hazırlıq məqsədilə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində milli səviyyədə şagirdlər arasında müsabiqə keçirməyi planlaşdırır. Müsabiqə ilə yaxından tanış olmaq üçün Azərbaycan nümayəndə heyəti cari ilin may ayında Los-Ancelesdə keçirilmiş ümumdünya forumunda iştirak etmişdir. Nümayəndə heyətinə Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və "Mədəd" təşkilatının nümayəndəsi Ülkər Babayeva daxil idi.

Intel ISEF-in bütün iştirakçıları yerli, regional və milli səviyyələrdə keçirilən regional müsabiqələr zamanı seçilirlər. Hər bir regional müsabiqə "İntel"in ümumdünya elmi-texniki müsabiqəsinə iki fərdi və bir komanda layihəsini təqdim edə bilər.

1950-ci ildə Amerika ictimaiyyətinin gücü hesabına təşkil olunan ISEF 13-18 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuş bu tipli yeganə beynəlxalq tədbirdir. Münsiflər heyətinin tərkibinə daxil olan hakimlər ABŞ-ın aparıcı institutlarının (Elektrik və Elektronika Mühəndisləri İnstitutu (İEEE), Hesablama Maşınları Assosiasiyasının (ACM)) professor və əməkdaşlarıdır.

Intel ISEF müsabiqəsinin mükafat fondu 4 milyon ABŞ dollarından çoxdur. Bu vəsait mükafat və təqaüd şəklində bölüşdürülür.  

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov