Son illər
respublikamızda yeni məktəblərin tikintisi
sürətlə davam etdirilir. Xaçmaz Rayon Təhsil
Şöbəsindən aldığımız məlumata görə, rayonun
Gödəkli və Şimali məktəblərində yeni məktəb
binaları tikilir.
Təhsil
Nazirliyinin vəsaiti hesabına inşa olunan 220
yerlik ikimərtəbəli Gödəkli tam orta məktəbində
geniş sinif otaqları, fizika və kimya
laboratoriyaları, kitabxana, kompüter otağı,
bufet, akt və idman zalları müəllim və
şagirdlərin ixtiyarına veriləcək. Təhsil
ocağında müasir istilik sisteminin
quraşdırılması, su xətti və transformator
yenilənməsi, məktəbin həyətində yeni idman
meydançasının tikintisi, ağac və gül kollarının
əkilməsi nəzərdə tutulub. Tikinti "Rabitə
İnşaat" MMC tərəfindən həyata keçirilir.
Bu günlərdə
rayonun Şimali kəndində Heydər Əliyev Fondunun
vəsaiti hesabına birmərtəbəli 100 yerlik ümumi
orta məktəb binasının təməli qoyulub.
Niyazi RƏHİMOV |
|