Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - �26

 

Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi keçirildi

 

Təhsil naziri Misir Mərdanov Cəmiyyətin prezidenti seçildi 

İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi keçirildi.

Konqres iyulun 1-də Novxanıdakı "Aqua Park" istirahət mərkəzində öz işinə başladı. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər, məzarı önünə əklil qoydular. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə tər çiçək dəstələri düzdülər.

Şəhidlər xiyabanında ölkəmizin azadlığı, bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi də yad olunaraq ruhlarına dualar oxundu.

Konqresin "Aqua Park" istirahət mərkəzinin geniş holunda keçirilən plenar iclasını Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq iştirakçıları Azərbaycan riyaziyyatçıları adından salamladı, onlara uğurlu gələcəyə yönəlmiş əməkdaşlıq arzu etdi. Bu gün cəmiyyətimizin fundamental və dəqiq elmlərə böyük ehtiyacı olduğunu deyən təhsil naziri bu baxımdan belə bir konqresin keçirilməsinə çox böyük əhəmiyyət verdiklərini vurğuladı.

Nümayəndələri konqresdə iştirak edən ölkələr arasında Sovetlər Birliyi dönəmində sıx əlaqələr olduğunu, lakin sonralar bu əlaqələrin zəiflədiyini bildirən Misir Mərdanov müstəqillik əldə olunduqdan sonra bu əlaqələr üçün optimal mühit yarandığını, bugünkü forumun həmin əməkdaşlığın daha yüksək səviyyədə bərpasına gətirib çıxaracağına, Azərbaycanın və türk dilində danışan millətlərin tarixində qalan bir hadisə olacağına inandığını söylədi. Təhsil naziri Misir Mərdanov konqresə qatılmış ölkələr haqqında məlumat verərək bildirdi ki, beynəlxalq forumda Türkiyə, Rusiya, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstandan - ümumilikdə 20 ölkədən riyaziyyatçı alimlər iştirak edir. Konqresə xarici ölkələrdən qatılan 300-dək iştirakçı arasında ən böyük nümayəndə heyətinin Qazaxıstandan  olduğunu diqqətə çatdıran Misir Mərdanov bu ölkənin elm və təhsil naziri Bakhtican Cumaqulovun rəhbərliyi altında 100-dək riyaziyyatçının konqresdə iştirak etdiyini bildirdi və belə çoxsaylı nümayəndə heyəti ilə gəldiyinə görə qazaxıstanlı həmkarına minnətdarlığını ifadə etdi.

Təhsil naziri qardaş Türkiyənin, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Rusiyanın və bir sıra digər ölkələrin də forumda nüfuzlu heyətlə təmsil olunduqlarını diqqətə çatdırdı. Azərbaycan MEA-nın Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konqresdə hər üç qurumdan nümayəndələrin də iştirak etdiyini bildirdi.

Təhsil naziri Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyətində son iki il ərzində ona rəhbərlik edən Qazaxıstan Respublikasının elm və təhsil naziri cənab B.Cumaqulovun xidmətlərini xüsusi qeyd etdi və qurumun IV Konqresinin Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin daha bir sübutu kimi dəyərləndirdi.

Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Qazaxıstan Respublikasının elm və təhsil naziri B.Cumaqulov son iki ildə rəhbəri olduğu qurumun fəaliyyəti, ona üzv ölkələrdə aparılan fundamental elmi-tədqiqat işlərinin əsas istiqamətləri haqqında geniş məruzə etdi.

Məruzəsinə zala toplanmış tarixi kökləri bir olan qardaş xalqların nümayəndələrini, görkəmli riyaziyyatçıları, elm xadimlərini salamlamağın onun üçün xoş olduğunu bildirməklə başlayan B.Cumaqulov öncə forumun, bütövlükdə TDRC-nin qarşıya qoyduğu məqsədlərin aktuallığını qeyd etdi. Bildirdi ki, müasir dünyada elmi nailiyyətlərin əsasının müxtəlif ölkələrin alimlərinin inteqrasiyasının təşkil etməsi bu gün aksiomdur. Müasir dövr genişmiqyaslı və dərin elmi problemlər qarşıya qoyur ki, onları da ancaq müxtəlif ölkələrin alimlərinin birgə səyi ilə həll etmək olar. Riyaziyyat Cəmiyyətinin də məqsədi bütün dünya üzrə türk dünyası riyaziyyatçı alimlərinin inteqrasiyasına nail olmaqdır. Ona görə də o, belə inteqrasiyanın fəaliyyətdə olan modelinə çevrilməli, bizim ölkələrin aparıcı alimlərinin nailiyyətlərini toplayan əsas həlqə olmalıdır. Biz qarşılıqlı elmi fəaliyyət, elmi işlər və ən genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli məkan yaratmalıyıq.

Bizim üçün alimlərimizə aparıcı elmi mərkəzlərlə əlaqələr yaratmaq və möhkəmləndirməkdə kömək etmək, ən aktual elmi məsələlər qoymaq və həll etmək əsas məsələdir.

IV Konqresin Bakıda keçirilməsini təqdirəlayiq hal hesab edən məruzəçi Şərqlə Qərb, Şimalla Cənub arasında yol ayrıcında yerləşən Azərbaycanın İslam və Avropa mədəniyyətlərini birləşdirən yer olduğunu, son illər burada çox əhəmiyyətli beynəlxalq forumların keçirildiyini, ölkə Prezidenti cənab İlham Əliyevin türkdilli dövlətlərin birliyi məsələsinə böyük diqqət yetirdiyini qeyd etdi və türkdilli ölkələrin ümumdünya riyaziyyat Cəmiyyətinin fəaliyyətini dəstəklədiyinə görə ölkəmizin Prezidentinə minnətdarlığını bildirdi.

B.Cumaqulov qeyd etdi ki, türk dünyası riyaziyyatçılarının konqresinin ənənəvi və müntəzəm keçirilməsi çox fərəhli haldır. Bu, əlaqələrin möhkəmlənməsinə aydın sübutdur. Əgər ilk və ikinci konqreslər arasında 9 il vaxt keçmişdisə, son iki konqres demək olar ki, iki ildən bir keçirilmişdir. Bizim işimizdəki belə müntəzəmlik, şübhəsiz, türkdilli ölkələrin alimləri arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığın uğurlu inkişafına yardım edəcək.

Sonra məruzəçi ötən dövr ərzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin işi üzərində qısa dayandı. Təşkilati planda nəticələrdən söz açaraq türkdilli mütəxəssislər tərəfindən təqdim olunmuş elmi məktəb və riyaziyyatın, tətbiqi riyaziyyatın və informatikanın daha çox inkişaf etmiş istiqamətləri siyahısının müəyyənləşdirildiyini, Qazaxıstan, Azərbaycan və Qırğızıstanda riyaziyyatçılar cəmiyyətinin yaradılması üzrə təşkilati tədbirlərin başa çatdığını, "TWMS Journal Pure and  Applied Mathematics" jurnalının redaksiya heyətinin yaradıldığını və 2010-cu ildən jurnalın buraxılmasına başlandığını, Türkiyənin İşık Universiteti yanında "TWMS  Applied and Engineerinq Mathematics" jurnalının təsis olunması üzrə işlərin görüldüyünü, birinci nömrəsinin çap olunduğunu, Qazaxıstanda İran, Türkiyə, Türkmənistan, Tacikistan, Qazaxıstandan olan məktəblilərin iştirakı ilə "İpək yolu" adlı iki riyaziyyat olimpiadasının keçirildiyini diqqətə çatdırdı və bunların birgə işlərin intensivləşdirilməsi üçün pis başlanğıc olmadığını dedi.

B.Cumaqulov qarşılıqlı fəaliyyətin genişləndirilməsi və riyazi tədqiqatların səviyyəsinin yüksəldilməsi üçün kifayət qədər potensialın mövcud olduğunu söyləyib, buna misal olaraq son illər Qazaxıstanda görülmüş işlər və əldə olunmuş uğurları, Qazaxıstan riyaziyyatçılarının elmi   nailiyyətlərini   diqqətə   çatdırdı.

Məruzədə habelə Qırğızıstan, Özbəkistan, Türkiyə riyaziyyatçılarının son illər əldə etdikləri uğurlar da sadalandı. Azərbaycan alimləri tərəfindən müasir riyaziyyatın əsas istiqamətlərinin müvəffəqiyyətlə işləndiyi bildirildi.

B.Cumaqulov daha sonra konqresdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə tövsiyələrin işlənib hazırlanmalı olduğunu deyərək bununla bağlı təkliflərini səsləndirdi.

Bu məqsədlə öncə Türk Dünyası Riyaziyyatçılarına Dəstək Fondunun təsis olunmasını təklif edən Qazaxıstanın elm və təhsil naziri fondun məqsədi və vəzifələri barədə mülahizələrini də söylədi. Qeyd etdi ki, fondun əsas məqsədinə türkdilli ölkələrin görkəmli alimlərinə və istedadlı elmi gəncliyə maddi və mənəvi yardım, ictimaiyyətin nəzərində riyaziyyatın nüfuzunun qaldırılması, türk dünyasının riyaziyyat ictimaiyyəti ilə iri biznes təmsilçiləri arasında səmərəli əməkdaşlığın yoluna qoyulması və s. daxildir.

Bu gün dünyada riyaziyyata marağın azalması tendensiyasının müşahidə olunduğunu deyən məruzəçi buna görə də riyaziyyatın populyarlaşdırılması, yeni qüvvələrin cəlb olunması və onların nəzəri səviyyəsinin yüksəldilməsi üzrə işlərin gücləndirilməsini həyati zərurət saydı.

B.Cumaqulov təklif etdi ki, xüsusi medal təsis olunsun və Riyaziyyat Cəmiyyətinin hər konqresində iki riyaziyyatçı onların yüksək xidmətlərinin dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınması əlaməti olaraq həmin medalla təltif olunsun.

Medalla yanaşı təltif olunanlara TDRC Dəstək Fondundan 10000 dollar məbləğində mükafat verilsin. O, belə mükafatın riyaziyyat aləmində nüfuzlu olacağına inandığını söylədi.

Məruzəçi konqreslərin keçirilməsi müddətinə də toxunaraq forumun, habelə Riyaziyyat Cəmiyyətinin prezidenti kimi onun ünvanına bununla bağlı müxtəlif ölkələrdən çoxlu təkliflər daxil olduğunu söylədi və onların təhlili əsasında təklif etdi ki, TDRC-nin konqresləri üç ildən bir keçirilsin. Konqreslərarası dövrdə isə ildə bir dəfə İdarə Heyətinin iclasları çağırılsın.

Hər konqresdə Cəmiyyətin yeni prezidenti seçilsin ki, bütün ölkələr növbə ilə bu vəzifədə təmsil olunsunlar. Əvvəllər seçilmiş prezidentlərə isə Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti statusu verilsin və onlar zaman keçdikcə Cəmiyyətin Ali Məsləhət Şurasını təşkil etsinlər. B.Cumaqulov bu təklifin müzakirə edilməsini və konqres iştirakçıları tərəfindən müdafiə olunarsa TDRC-nin nizamnaməsinə daxil edilməsini məqsədəuyğun saydı.

Daha sonra məruzədə Cəmiyyətin bundan sonrakı fəaliyyətinin bəzi istiqamətləri haqqında fikirlər səsləndirildi. Qeyd olundu ki, stajorlar və tələbələrin müntəzəm mübadiləsinin, birgə elm və təhsil qrantlarında iştirakın qaydaya salınması zəruridir.

Məruzəçi tələbələrin səmərəli  mübadiləsinə kömək üçün üzv ölkələrin təhsil müəssisələrində riyaziyyat fənləri üzrə tədris proqramlarının vahid informasiya bazasının yaradılmasını, türkdilli ölkələrin aparıcı riyaziyyatçılarının qardaş universitetlərində mühazirə oxumaq üçün dəvət olunması praktikasının müntəzəm əsaslar üzərində qurulmasını zəruri saydı.

B.Cumaqulov məruzəsinin sonunda forumun belə yüksək səviyyədə keçirilməsinin böyük təşkilati iş tələb etdiyini vurğulayıb, bu işin öhdəsindən layiqincə gəldiyinə görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Təşkilat Komitəsinə minnətdarlığını bildirdi.

Konqresin plenar iclasında TDRC-nin fəxri prezidenti Hilmi Hacısalihoğlu, Türkiyə Respublikası Firat Universitetinin rektoru Feyzi Bingöl, Latviya Respublikasının Liepiya Universitetinin rektoru Yanis Rimşans, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki Amanbek Jaynakov, konqresin Beynəlxalq Proqram Komitəsinin sədri, akademik Fikrət Əliyev, Rusiya EA-nın akademiki R.Niqmatulin çıxış edərək konqresin əhəmiyyətini qeyd etdilər və işinə uğurlar arzuladılar.

Həmin gün konqres öz işini 10 bölmədə davam etdirdi.

***

İyulun 2-də Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi öz işini davam etdirdi. Həmin gün keçirilən plenar iclasda Cəmiyyətin yeni prezidenti və rəhbər orqanlarının seçkisi oldu və hesabat məruzəsində irəli sürülən təkliflər müzakirə olunaraq qəbul edildi.

İclası TDRC-nin prezidenti, Qazaxıstan Respublikasının elm və təhsil naziri Bakhtican Cumaqulov açaraq konqresin işində tanınmış alimlərin və bir sıra elmi qurumların rəhbərlərinin iştirak etdiyini, onun işinin uğurla getdiyini söylədi və iştirakçıları gündəliklə tanış etdi.

Təklifləri səsləndirmək üçün söz konqresin Beynəlxalq Proqram Komitəsinin sədri, professor Fikrət Əliyevə verildi. F.Əliyev hesabat məruzəsində irəli sürülmüş Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Elmə Dəstək Fondunun yaradılması haqqında təklifin dəstəkləndiyini, onun əsas məqsədinin riyaziyyatın nüfuzunu qaldırmaq, gənc riyaziyyatçılara dəstək, səmərəli əməkdaşlığa kömək göstərmək olduğunu söylədi. Təklif səsə qoyularaq qəbul olundu. B.Cumaqulovun təklifi ilə Fikrət Əliyev Fondun prezidenti seçildi. Ona hər iri ölkədən bir nəfər nümayəndə hesabı ilə 7 nəfərdən az olmamaqla Fondun İdarə Heyətinin tərkibini formalaşdırmaq tapşırıldı.

B.Cumaqulov Fondun təsisi münasibəti ilə konqres iştirakçılarını təbrik etdi, onun işlək və güclü  quruma çevriləcəyinə inandığını söylədi.

İkinci - aldığı elmi nəticələri ilə riyaziyyat ictimaiyyətinin hörmətini qazanmış iki riyaziyyatçı alimə veriləcək mükafatların, o cümlədən medalın təsis olunması təklifi də müzakirə olunaraq səsə qoyuldu və qəbul olundu. Mükafatın 3 ildən bir keçiriləcək konqres zamanı, 1-nin türkdilli riyaziyyat aliminə, 2-ni də qeyri ölkələrdən olan böyük uğur qazanmış riyaziyyatçıya verilməsi qərara alındı. Müvafiq komissiyanın yaradılması, ona ən nüfuzlu alimlərdən birinin rəhbərlik etməsi barədə də qərar qəbul olundu.

B.Cumaqulovun konqresin 2 ildən bir yığışması tez olduğu üçün 3 ildən bir keçirilməsi barədəki təklifi də səsə qoyularaq yekdilliklə qəbul olundu. Konqreslərarası dövrdə İdarə Heyətinin iclaslarının, lokal konfrans və seminarların keçirilməsi nəzərdə tutuldu. Növbəti V Konqresin 2014-cü ildə Qırğızıstanda - İssık Kulda keçirilməsi qərara alındı.

Tədris proqramlarının informasiya bazasının, tələbə, təcrübə mübadiləsini, başqa ölkələrdən mühazirə oxumaq üçün müəllim dəvət etmək mexanizminin yaradılması barədə təkliflər də iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olundu.

Sonra Cəmiyyətin prezidentinin seçkisi oldu. Cəmiyyətdə onun konqresinin keçirildiyi ölkənin nümayəndəsinin konqreslərarası müddətdə prezident seçilməsi qaydası qoyulduğundan növbəti prezident IV Konqresin keçirildiyi Azərbaycandan olmalı idi. B.Cumaqulov bu vəzifəyə tanınmış riyaziyyatçı alim, son 14 il ərzində ölkəmizin Təhsil Nazirliyinə böyük səriştə ilə rəhbərlik etmiş görkəmli təşkilatçı Misir Mərdanovu təklif etdi. Təklif səsə qoyularaq yekdilliklə qəbul olundu. Beləliklə, təhsil naziri, professor Misir Mərdanov növbəti 3 ilə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti seçildi.

Sonra vitse-prezident seçkisi keçirildi və Azərbaycandan akademik Fikrət Əliyev, Türkiyədən Etibar Pənahov, Qazaxıstandan Narqozi Danayev, Qırğızıstandan Amanbek Jaynakov bu vəzifəyə seçildilər.

Cəmiyyətin İdarə Heyətinin üzvlərinin seçkisi ilə iclas öz işini yekunlaşdırdı.

Azərbaycandan fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Azad Tağızadə İdarə Heyətinə üzv seçildilər.

Sonda TDRC-nin yeni prezidenti Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov çıxış edərək onu bu vəzifəyə seçdiklərinə görə B.Cumaqulova, iclas iştirakçılarına təşəkkürünü bildirdi. Onların köməyi ilə yeni qurulmuş, çox da böyük yaşı olmayan Cəmiyyətin işçi bir quruma çevrilməsi üçün çalışacağını söylədi. Qarşıda görüləsi işlərin çox olduğunu deyən Misir Mərdanov qurumun işini canlandırmaq üçün ildə bir dəfə İdarə Heyəti və vitse-prezidentlər səviyyəsində yığıncaqların keçirilməsini, elmi konfrans və ya seminarların təşkilini məqsədəuyğun saydı. Cəmiyyətin rəsmi beynəlxalq qeydiyyatdan keçirilməsini, bankda xüsusi hesabın açılmasını, üzvlərə vəsiqələr verilməsini zəruri saydı, bu sahələrdə müvafiq işlər aparılacağını diqqətə çatdırdı.

 Misir Mərdanov çıxışının sonunda konqresin yüksək səviyyədə təşkil olunması üçün böyük əmək sərf etmiş işçi qrupunun üzvlərinə təşəkkür etdi.

***

Konqres ertəsi gün - iyulun 3-də öz işini bölmələrdə davam etdirdi. Üç gün ərzində 10 bölmə üzrə 300-dən çox məruzə dinlənilərək müzakirə olundu. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov