Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - �26

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya

2011-2012-ci tədris ili üçün Azərbaycan bölməsi üzrə I sinfə şagird qəbulu elan edir:

 

Gimnaziyada şagirdlərə tam orta təhsil verilməklə yanaşı, I sinifdən başlayaraq ərəb, ingilis, rus dilləri (V sinifdən əlavə fransız dili) dərinləşdirilmiş proqram üzrə tədris olunur. Məktəbə, əsasən respublikanın kənd rayonlarından gələn, həmçinin Bakı şəhərində yaşayan, bu dilləri öyrənməyə marağı və qabiliyyəti olan, 6 yaşı cari ilin oktyabrın sonunadək tamam olan istedadlı uşaqlar müsahibə yolu ilə qəbul olunurlar. Sənədlər iyulun 25-dən 29-na qədər hər gün saat 10.00-dan 16.00-dək qəbul ediləcəkdir. Müsahibələr valideynlərə bildirilmiş cədvəl üzrə avqustun 3-dən 10-na qədər aparılacaqdır. 

Gimnaziyaya daxil olmaq üçün qəbul komissiyasına

aşağıdakı sənədləri təqdim etmək lazımdır:

1. Valideynin, yaxud onu əvəz edən şəxsin direktorun adına yazdığı vahid formada ərizə;

2. Doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surəti;

3. Tibbi dəyişmə vərəqəsi (sağlamlıq haqqında arayış);

4. Uşağın yaşadığı yerdən arayış (ailə tərkibi göstərilməklə);

5. Valideynlərin iş yerindən arayış (işləmirlərsə, ailə tərkibi haqqında arayışda qeyd olunur);

6. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkillər. 

Müsahibələrdə qəbul komissiyasının üzvləri uşağın tələffüz qaydalarına riayət etməsini, nitqinin aydınlığını, söz ehtiyatına malik olub-olmamasını, cümlə qurmaq, şeir demək bacarığını, müəyyən əşya və hadisə haqqında təsəvvürlərini, hesablama vərdişlərini, riyazi təfəkkürlərini (əşyaları ölçülərinə, rənglərinə, formasına görə müqayisə etmək, ətraf aləmi müşahidə etmək bacarığını), yaddaşlarını yoxlayırlar. Uşaqların testlərlə də yoxlanılması nəzərdə tutulur. Dərs məşğələlərindən sonra şagirdlərin evə buraxılmasına (valideynin ərizəsinə əsasən) icazə verilir.

Gimnaziyada I-V sinif şagirdləri evə yalnız valideynlərin və ya onları əvəz edən şəxslərin müşayiəti ilə buraxılırlar. Ehtiyacı olanlar dövlət hesabına yataqxana və isti yeməklə təmin olunurlar. 

Əlavə məlumat almaq üçün 427-55-09, 427-57-83 nömrəli telefonlara zəng etmək olar. 

Ünvan: Bakı-48, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 1. 

Məktəbə metronun "Neftçilər" stansiyasından 161 nömrəli avtobusla, 81, 161 nömrəli marşrut avtobuslarla gəlmək olar. 

DİREKTORLUQ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov