Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - 27

 

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbi əsaslı təmir və yenidənqurmadan sonra açılıb

 

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1967-ci ildə istifadəyə verilmiş məktəb müxtəlif idman növləri üzrə Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının çoxlu sayda qalib və mükafatçılarını yetişdirmişdir. Son vaxtlar məktəbin bir hissəsi əsaslı şəkildə bərpa olunmuş, digər hissələri isə tamamilə yenidən tikilmişdir. Tikinti və əsaslı təmir işlərinə 2008-ci ildə başlanılmışdır. Məktəbin ümumi ərazisi 3 hektardır. Qapalı tikililərin ərazisi 5500 kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri yeni tikilidir. Kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, müxtəlif təyinatlı otaqlar vardır.

Dövlətimizin başçısı əvvəlcə futbol meydançasında idmançılarla görüşdü, onlarla söhbət etdi. Məktəbin futbol meydançası ən müasir tələblər səviyyəsində qurulmuşdur. Meydançaya Niderland Krallığından gətirilmiş təbii örtük döşənmişdir. Burada məktəbin 136 şagirdi futbolun sirlərinə yiyələnir. Stadionda keçirilən oyunları izləyən tamaşaçılar üçün 670 yerlik tribuna quraşdırılmışdır. İdman qurğusunda müasir drenaj sistemi qurulmuşdur.

Məktəblə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, loja, fitnes və tennis zalları fəaliyyət göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır.

Dövlətimizin başçısı boks zalına baxdı. Burada idmanın bu növü ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır.

Boks trenajor zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada quraşdırılan avadanlıq müasir standartlara cavab verir. Məktəbdə 72 gənc idmanın bu növü ilə məşğul olur.

Ümumi sahəsi 1320 kvadratmetr olan basketbol zalı əsaslı təmir olunmuş və məktəbdə idmanın bu növü ilə məşğul olmaq üçün hər cür imkan yaradılmışdır. Burada 100 gənc idmanın bu növünə cəlb edilmişdir.

Məktəbdə müasir üzgüçülük hovuzu da gənclərin ixtiyarına verilmişdir. Uzunluğu 25 metr, ümumi sahəsi 1320 kvadratmetr olan hovuz yeni tikililər sırasındadır. Burada ümumilikdə 100 nəfər üzgüçülüklə məşğul olur.

Məktəbdəki fitnes zalı da müasir səviyyədə yaradılmışdır. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada ən müasir avadanlıq quraşdırılmışdır.

Tennis zalı ilə tanışlıq zamanı bildirildi ki, hazırda gənclərin idmanın bu növünə də marağı artmaqdadır. Bu amil nəzərə alınaraq tennis zalının imkanları genişləndirilmişdir.

Məktəbdə boks təlim zalı da gənclərin ixtiyarına verilmişdir.

Prezident İlham Əliyev məktəbin trenajor zalına da baxdı. Ümumi ərazisi 134 kvadratmetr olan zalda məşqlərin davamlı keçirilməsi üçün müasir idman qurğuları quraşdırılmışdır.

Tir otağında isə 56 gənc atıcılıq vərdişlərinə yiyələnir. Bütövlükdə məktəbin maddi-texniki bazasının təchizatında dünyanın aparıcı şirkətlərinin idman avadanlıqlarından istifadə edilmişdir.

Dövlətimizin başçısına yeni yaradılmış iki tennis kortu barədə də məlumat verildi.

Yenidənqurma zamanı məktəbin həyəti abadlaşdırılmış, geniş yaşıllıq zolaqları salınmışdır. Binanı elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün yarımstansiya quraşdırılmışdır.

Məktəblə tanış olan Prezident İlham Əliyev müəllim və şagirdlərə uğurlar arzuladı.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov