Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

"British Council" Təhsil Nazirliyinin yüksək əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardandır

 

İyulun 12-də təhsil naziri Misir Mərdanov "British Council" təşkilatının regional direktoru Maykl Börd və bu qurumun Azərbaycan üzrə direktoru Pol Klementsonla görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq, onları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu ifadə edib. "British Council"ın ölkəmizdə həyata keçirdiyi çoxsaylı uğurlu layihələrdən söz açan nazir bu layihələr çərçivəsində əldə olunmuş nəticələri xüsusi qeyd edib. Təhsil naziri Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən danışıb və bu təşəbbüsün növbəti tədris ilində 20 məktəbdə davam etdiriləcəyini önə çəkib. Azərbaycanda ingilis dilinə böyük maraq olduğunu bildirən Misir Mərdanov onu da əlavə edib ki, bu gün "British Council" Təhsil Nazirliyinin yüksək əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardandır.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında sərəncam imzaladığını və bu sərəncama uyğun olaraq təhsil sahəsi üzrə qısa müddət ərzində yeni strategiyanın hazırlanacağını qonağın diqqətinə çatdırıb. Misir Mərdanov bu sənədin hazırlanmasında ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, xüsusilə "British Council"in imkanlarından istifadə olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Nazir həmçinin son illər Azərbaycanda təhsil sahəsi üzrə atılan mühüm addımlar, həyata keçirilən yeniliklər barədə də məlumat verib.

Daha sonra Misir Mərdanov Təhsil Nazirliyi ilə "British Council" təşkilatı arasında yaradılmış əlaqələrin genişləndirilməsi istiqamətlərinə toxunub. Təhsil naziri Azərbaycanda təlim tam ingilis dilində və yaxud hər iki dildə aparılan məktəbin yaradılmasını, ölkəmizdə ingilis dilinin tədrisi vəziyyətinin monitorinqinin keçirilməsini, ümumtəhsil məktəbləri üçün ingilis dili dərslik və dərs vəsaitlərinin birgə hazırlanması təklifini irəli sürüb.

"British Council" təşkilatının regional direktoru Maykl Börd səmimi qəbul və verilən məlumat üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edən qonaq bu tərəfdaşlıqdan razı qaldıqlarını ifadə edib. Maykl Börd "British Council" təşkilatının 16 ölkə üzrə məsul şəxs olduğunu vurğulayıb,  həmin ölkələr içərisində Azərbaycanın xüsusi yerini nəzərə çatdırıb. Birgə layihələrin önəmli nəticələrindən danışan qonaq bu əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib. Qonaq eyni zamanda hazırda Azərbaycanın təhsil sistemi üzrə prioritet sahələrlə maraqlanıb.

Misir Mərdanov, öz növbəsində, müəllim nüfuzunun qaldırılmasının, onların ixtisasının artırılması və yenidən hazırlanmasının, təhsilin idarə olunmasının, dərsliklərin, kurikulumların hazırlanmasının və digər məsələlərin ölkə təhsili üçün prioritet istiqamətlər olduğunu qeyd edib.

Görüşdə Böyük Britaniya universitetləri ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, orta və peşə təhsili sahəsi üzrə əməkdaşlığın yaradılması, azərbaycanlı gənclərin Böyük Britaniya universitetlərində təhsili, məktəblərdə ingilis dilinin tədrisi, müəllim-tələbə mübadiləsinin təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov