Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Təhsil Nazirliyində xarici ölkələrə səfərlərlə bağlı təqdimatlar dinlənildi

 

İyulun 14-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun və təhsil işçilərindən ibarət nümayəndə heyətlərinin son vaxtlar bir sıra xarici ölkələrə etdikləri səfərlərin nəticələrinə həsr olunmuş yığıncaq keçirildi. Təhsil Nazirliyinin  rəhbərliyi və şöbə müdirlərinin, birbaşa Təhsil Nazirliyinə tabe olan lisey və gimnaziyaların direktorlarının iştirak etdikləri yığıncaqda üç səfərlə bağlı təqdimatlar dinlənildi.

Yığıncağı açaraq zala toplaşanları salamlayan təhsil naziri Misir Mərdanov özünün rəhbərlik etdiyi nümayəndə heyətinin bu il iyunun 20-dən 29-dək İsveç Krallığına və Finlandiyaya həyata keçirdikləri təlim səfəri barədə məlumat verdi. Öncə İsveç səfərindən hazırlanan təqdimat diqqətə çatdırıldı. İsveç Krallığının dünyanın ən demokratik və inkişaf etmiş ölkələrdən biri olduğunu deyən nazir bu ölkə haqqında bəzi statistik rəqəmlərlə iclas iştirakçılarını tanış etdikdən sonra İsveçin təhsil sistemi barədə məlumat verdi.

Qeyd olundu ki, İsveç Krallığının maraqlı struktura malik olan təhsil sisteminin ilk pilləsini məktəbəqədər təhsil təşkil edir. Təhsilin bu pilləsi dörd il davam etməklə 1-5 yaşlı uşaqları əhatə edir. Ölkədə 20732 uşaq bağçası fəaliyyət göstərir ki, onlarda da 800000-dən artıq uşaq məktəbəqədər təhsillə əhatə olunub. 6 yaşlı uşaqlar üçün birillik məktəbəqədər hazırlıq sinifləri mövcuddur. Ölkə üzrə 3843 məktəbəqədər hazırlıq sinfi fəaliyyət göstərir. İsveç Krallığında 1-6 yaşlı uşaqların 95 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bundan başqa, ölkədə məktəbəqədər yaşlı uşaqlar üçün bağçalarla yanaşı, gündəlik qayğı və asudə vaxt təşkili mərkəzləri də fəaliyyət göstərir.

Məktəbəqədər təhsildən sonra gələn icbari təhsil pilləsi 7-16 yaşlı uşaqları əhatə edərək 9 il davam edir. Ölkə üzrə icbari təhsil müəssisələrində 960000 şagird oxuyur. İsveçdə tam orta təhsil 3 il davam etməklə 16-19 yaşlı uşaqları əhatə edir. İcbari təhsili başa vuran şagirdlərin demək olar ki, hamısı orta təhsilin yuxarı pilləsində təhsilini davam etdirir. Təhsil naziri diqqəti təhsilin bu pilləsindəki müəssisələrə cəlb edərək İsveçdə iki cür gimnaziyanın - həm tam orta təhsil, həm də peşə təhsili verən gimnaziyaların olduğunu bildirdi. Qeyd etdi ki, İsveçdə tam orta məktəblər bizdəkindən fərqli olaraq ayrı fəaliyyət göstərir və hazırda ölkədə 1015 gimnaziya mövcuddur. Orta təhsilin yuxarı pilləsi 17 milli proqramdan ibarətdir ki, onların da 13 peşə təhsili (xüsusi təyinatlı proqramlar), 4-ü isə ali təhsilə hazırlıq proqramıdır.

Gimnaziyalarda 390 min şagird təhsil alır. Onlarla 38500 nəfərlik pedaqoji heyət məşğuldur. Müəllim-şagird nisbəti 1:10-dur. Bir orta məktəb şagirdinə düşən illik xərc 9-10 min avrodur.

Sonra təhsil naziri İsveç Krallığının ali təhsil sistemi barədə qısa məlumat verərək onun üçillik bakalavr, ikiillik magistr və dörd il PhD pillələrindən ibarət olduğunu söylədi, ali təhsil müəssisələrinin və orada təhsil alan tələbələrin sayı haqqında rəqəmləri diqqətə çatdırdı. Qeyd olundu ki, İsveçdə ali təhsil pulsuzdur. Ölkədə 17 dövlət və 3 özəl universitet, 11 dövlət və 8 özəl universitet kolleci, 6 dövlət, 2 özəl incəsənət kolleci fəaliyyət göstərir. Ali məktəblərdə 433000 tələbə təhsil alır. Doktoranturada təhsil alanların sayı isə 17200 nəfərdir. Ölkənin ali məktəblərində təxminən 37-40 min xarici tələbənin təhsil aldığını, xaricdə oxuyanların isə 24-25 min nəfər təşkil etdiyini deyən nazir həmin göstəricilərin əhalisi bizim ölkənin əhalisinin sayına bərabər olan İsveçdə ölkəmizə nisbətən çox-çox yüksək olduğunu vurğuladı.

Təqdimatda daha sonra İsveç Krallığının təhsil sisteminin idarə olunması, maliyyələşdirilməsi məsələlərindən söz açıldı, Milli Təhsil Agentliyi, peşə sahələri, işə qəbul proqramı, təhsildən sonra işə düzəlmənin vəziyyəti barədə məlumatlar diqqətə çatdırıldı, ölkəmizin təhsil sistemi ilə müqayisələr aparıldı.

Daha sonra təhsil naziri Finlandiyaya səfərləri barədə məlumat verdi. Qeyd etdi ki, təhsil sistemi və təhsilin strukturuna görə təxminən İsveç Krallığı ilə eyni olan Finlandiyada təhsil siyasətini icra edən ali icraedici orqan Finlandiya Mədəniyyət və Təhsil Nazirliyidir. Ölkədə müəllimlik ən nüfuzlu peşədir. Ali məktəblərə qəbulda ən böyük müsabiqə də məhz müəllimlik ixtisaslarında olur. Yeni işə başlayan müəllimlərin əməkhaqqı 2000 avro olur. Sonralar dərəcələr qalxdıqca bu göstərici 4000-4500 avroya çatır. Ölkədə məktəbəqədər yaşlı uşaqların 100 faizi məktəbəqədər təhsillə əhatə olunub.

Səfər zamanı iki məktəbdə və bir bağçada olduqlarını deyən təhsil naziri həmin müəssisələrin yüksək maddi-texniki bazaya malik olduqlarını, məktəblərdə gündə üç dəfə şagirdlərə isti yemək verildiyini, hər iki ölkədə bizim ölkəmizlə əməkdaşlıq etməyə meyil göstərildiyini diqqətə çatdırdı.  Qeyd olundu ki, Finlandiyada da məktəbəqədər hazırlıq sinifləri pulsuzdur, məktəblərdə orta sıxlıq 13 nəfərdir, ölkənin ümumtəhsil məktəblərində 600 minə yaxın şagird təhsil alır.

Təqdimatda Finlandiyanın peşə təhsili, ali təhsil sistemləri barədə ətraflı məlumatlar verildi, bu pillələrdəki təhsil müəssisələrinin, onlarda təhsil alanların sayını göstərən rəqəmlər misal gətirildi. Diqqətə çatdırıldı ki, əhalisi bizim ölkəmizin əhalisindən təxminən iki dəfə az olan Finlandiyada peşə təhsili müəssisələrində bizdəkindən təxminən on dəfə çox - 146 min uşaq təhsil alır.

Təhsil naziri təqdimatının sonunda hər iki ölkə ilə təhsil sahəsində əməkdaşlıq imkanlarının mövcud olduğunu söyləyib, bununla bağlı irəli sürülən təklifləri diqqətə çatdırdı.

***

İclasda növbəti təqdimatla təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova çıxış edərək Böyük Britaniyaya səfəri barədə məlumat verdi. Nazir müavini bildirdi ki, 2011-ci il iyunun 19-dan 21-dək Avropanın ən məşhur elm mərkəzlərindən biri olan Oksford Universitetində (Böyük Britaniya) Avropa "Liderlər sammiti" keçirilib və o, sammitdə Azərbaycanı təmsil edib. Nazir müavini İradə Hüseynova öncə sammitin əhəmiyyətini qeyd edib, onun bizim ölkə üçün çox əhəmiyyətli olduğunu, Azərbaycan Respublikasının həyati əhəmiyyətli bütün sahələrdə öz mötəbərliyi və nüfuzunu, ilk növbədə, intellektual və elmi potensialını bütün dünyaya nümayiş etdirmək imkanı əldə etdiyini bildirdi. Qeyd etdi ki, sammitin keçirilməsi üçün kifayət qədər zəngin, maraqlı və çoxsahəli proqram hazırlanmışdı. İştirakçıların yüksək təmsilçilik səviyyəsini isə xüsusi qeyd etmək lazımdır. Belə ki, sammitdə Oksford şəhərinin meri Ledi Ellis Bencamin, Avropa Parlamentinin üzvü Derek Klark, Avropa Biznes Assambleyasının baş direktoru Con Nettin, Avropa Rektorlar Klubunun prezidenti Vil Qudheyer, Beynəlxalq Liderlər Klubunun prezidenti Pol Briqqs, Samsun (Türkiyə) şəhərinin meri Yusuf Zif Yılmaz, sammitdə iştirak edən ölkələrin Böyük Britaniyadakı diplomatik missiyalarının, eyni zamanda dünyanın 37 ölkəsindən elm-təhsil, biznes elitasının nümayəndələri iştirak edirdilər.

Avropa rektorlarının bir araya gəldiyi görüşdə ilk olaraq ona söz verildiyini deyən nazir müavini elm və təhsildə innovasiya proseslərinin həyata keçirilməsi vacibliyi problemlərinə, Azərbaycan Respublikasında elm və təhsilin inkişafına dair məruzə ilə çıxış etdiyini bildirdi. Qeyd etdi ki, görüşdə daha sonra Böyük Britaniyanın İmmiqrasiya xidmətinin rəhbəri Qevin Cons, Oksforddan olan kollec rektorları Endi Tomson və Salli Diketts, Kipr, Nigeriya, Makedoniya universitetlərinin rektorları və başqaları çıxış ediblər. Liderlər sammitinin keçirilməsi proqramına Oksford Şəhər Şurasında şəhərin meri ledi Ellis Bencamin ilə işgüzar görüş də daxil idi. Görüşdə elmin və ali təhsilin strategiya və siyasəti məsələləri müzakirə olundu, fikir mübadiləsi aparıldı.

Sammitdə 2011-ci il üçün Beynəlxalq Sokrat mükafatının 48-ci təqdimolunma mərasiminin keçirildiyini deyən İ.Hüseynova özünün "Müasir cəmiyyətin intellektual inkişafındakı xidmətlərinə görə" bu mötəbər beynəlxalq mükafata layiq görüldüyünü söylədi və bunu təkcə özünün xidmətlərinə deyil, bütövlükdə Azərbaycan elm və təhsilinə verilən böyük dəyər olduğunu vurğuladı. Sonra mükafatın İ.Hüseynovaya təqdim olunması mərasimindən bəhs edən videoçarx nümayiş olundu.

Təhsil naziri Misir Mərdanov və iclas iştirakçıları yüksək mükafata layiq görülməsi münasibətilə İ.Hüseynovanı təbrik etdilər.

Təqdimatda daha sonra sammit çərçivəsində keçirilən görüşlərdən söz açıldı.

***

2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF Beynəlxalq Müsabiqəsində iştirak etmək üçün ABŞ-da səfərdə olmuş təhsil işçilərindən ibarət nümayəndə heyətinin rəhbəri, Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın da yığıncaqda təqdimatı dinlənildi.

G.Hüseynova təqdimatında öncə müsabiqə haqqında ümumi məlumat verdi. Bildirdi ki, Intel ISEF (Intel International Science and Engineerıng Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir.

60 ildən çoxdur ki, keçirilən müsabiqənin nüfuzundan danışan G.Hüseynova onun 20-dən çox qalibinin sonralar Nobel mükafatı laureatı olduğunu, 3 qalibinin isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı aldığını diqqətə çatdırdı.

G.Hüseynova bildirdi ki, növbəti 62-ci müsabiqə bu il mayın 9-dan 13-dək Kaliforniya ştatının Los-Anceles şəhərində təşkil olunmuşdur. Finalda 65 ölkədə keçirilmiş 443 seçim müsabiqəsinin qalibləri olan 1500-dən çox şagird iştirak edirdi. O, diqqətə çatdırdı ki, bu mötəbər yarışmanın açılış mərasiminə finalçı şagirdlər, Intel-in əməkdaşları, müxtəlif ölkələrdən gəlmiş alimlərlə yanaşı, 7 nəfər Nobel mükafatı laureatı da qatılmışdı.

Sonra G.Hüseynova müsabiqə proqramına uyğun olaraq mayın 12-də "Los Anceles Convention Center"də keçirilən "Açıq qapı" günü haqqında məlumat verdi.

Layihələrin qiymətləndirilməsinin 17 kateqoriya üzrə aparıldığını deyən təqdimatçı bu işə hakim qismində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş 1000-ə yaxın alimin cəlb edildiyini söylədi.

Təqdimatda müsabiqənin şərtləri, mükafatları haqqında da ətraflı söz açıldı. 

Sonra G.Hüseynova təqdimatında hər il müsabiqə zamanı  fəaliyyət göstərən Intel Təlim Akademiyası haqqında danışıb, akademiyaya ilk dəfə dəvət olunan ölkələrin nümayəndələrinə milli müsabiqələrin hazırlanması və keçirilməsinə dair tövsiyələr verildiyini və həmin tövsiyələrə istinad olunaraq Azərbaycan üçün fəaliyyət planının hazırlandığını diqqətə çatdırdı və həmin planın bəzi maddələri ilə yığıncaq iştirakçılarını tanış etdi.  

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov