Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova KİV-in "Xüsusi rəğbət" mükafatı təqdim olunub

 

İyulun 12-də Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmova kütləvi informasiya vasitələri (KİV) ilə səmərəli əlaqələrinə görə "Xüsusi rəğbət" mükafatı təqdim olunmuşdur.

Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə təsis olunmuş mükafat hər il Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnologiyaların tətbiqində, müxtəlif sosial qrupların maraqlarının müdafiə edilməsində və layiqincə təmsil edilməsində, ölkənin müstəqilliyinin möhkəmlənməsində və tanıdılmasında ciddi rolu olan, bütün bunlarla yanaşı, KİV ilə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə veriləcəkdir.

Mükafatın ilk sahibi olan A.Məhərrəmov bu ada Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə, rektor kimi tələbələrin hüquqlarının müdafiəsində və şəraitlərinin yaxşılaşdırılması yönündə ciddi fəaliyyətinə, respublikanın ali məktəblərində innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, Milli Məclisdə elm və təhsil işçilərinin sosial məsələləri müzakirə edilərkən nümayiş etdirdiyi mövqeyə, Azərbaycan ziyalılarının beynəlxalq imicinin möhkəmlənməsindəki roluna və KİV ilə effektiv əlaqələrinə görə layiq görülmüşdür.

Təqdimetmə mərasimində Azərbaycanın görkəmli elm xadimləri və Milli Məclisin deputatları iştirak etmişlər.

BDU-nun rektorunun fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli Abel Məhərrəmova "Xüsusi rəğbət" mükafatını və diplomu təqdim etmişdir.

Mərasimdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları qalibi təbrik etmiş, onun ünvanına xoş sözlər söyləmişlər.

Sonda çıxış edən A.Məhərrəmov onu bu məsuliyyətli mükafata layiq gördükləri üçün bütün media nümayəndələrinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, həm onun, həm də medianın fəaliyyəti bir məqsədə - azərbaycançılığa xidmət edir və bu istiqamətdə sıx əlaqələrin davam edəcəyinə əmindir.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov