Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Naxçıvan Dövlət Universitetində İKT-nin inkişafı ilə bağlı beynəlxalq simpozium keçirilib

 

Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 6: Naxçıvan Dövlət Universiteti və əlaqədar olduğu lokal şəbəkədə İKT-nin vəziyyəti" mövzusunda beynəlxalq simpozium keçirildi.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq ənənəvi "Elektron Naxçıvan" layihəsinin əhəmiyyətindən, beynəlxalq əməkdaşlıq sahəsində virtual əlaqələrinin inkişafından, ötən bir il ərzində müxtəlif videokonfranslar, videodərslər keçirilməsindən, distant təhsil üçün mükəmməl baza yaradılmasından danışdı. Qeyd olundu ki, universitetdə elektron təhsil sisteminin yaradılması, informasiya təminatının təşkil edilməsi məqsədilə elektron kitabxana, İnternet mərkəzləri, CİSKO Akademiyası, Təhsil Qeydiyyat Mərkəzi, İnformasiya texnologiyaları şöbəsi və digər qurumlar uğurla fəaliyyət göstərir. Artıq bir ildir ki, universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazisində "Wi-Fi" kampus İnternet şəbəkə sistemindən istifadə edilir ki, bu da dünya elminə, təhsilinə inteqrasiyaya, beynəlxalq elmi əlaqələrin inkişafına öz əməli bəhrələrini verməkdədir.

AMEA İnformatika Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış edərək informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətindən, ölkədə informasiya cəmiyyətinin formalaşmasından, muxtar respublikada müasir elektron telekommunikasiya şəbəkəsindən istifadə olunmasından, elektron universitet yaradılmasından bəhs etdi.

Rusiya Federasiyasının Novosibirsk vilayətinin  təmsilçisi Aleksey Akimoviç Bespalikov qloballaşan müasir dünyada İKT-nin əvəzsiz rolundan, xüsusilə ali təhsil sahəsindəki əhəmiyyətindən söz açdı.

Simpoziumun videokonfranslar bölməsində Cenevrə şəhəri, qardaş Türkiyə Cümhuriyyətinin Ankara, Almaniyanın Leypsiq şəhərləri ilə canlı bağlantı quruldu. Videokonfransda ənənəvi "Elektron Naxçıvan" layihəsinin əsas təşkilatçılarından olan, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının baş katibi, professor Yasek Gacevskinin "İnternet cəmiyyəti qrantları İnternet sahəsindəki proyektlərin finanslaşma imkanları kimi", Ankara Universitetinin prorektoru, professor, doktor Yasemin Yalımın "Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq", "Univent" TEMPUS layihəsinin grantholderi, Leypsiq Tətbiqi Elmlər Universitetinin informatika, riyaziyyat və təbiət elmləri fakültəsinin əməkdaşı, professor, doktor Klaus Haensgenin "Univent" TEMPUS layihəsi üzrə görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzələri dinlənildi.

Sonra universitetin ayrı-ayrı fakültələrinin əldə etdiyi nailiyyətlər və İKT-nin inkişafı vəziyyəti ilə bağlı müsabiqəyə start verildi. Müsabiqə zamanı universitetin fizika-riyaziyyat, beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünaslıq və kənd təsərrüfatı, memarlıq və mühəndislik, tibb, sosial idarəetmə və hüquq, iqtisad fakültələri, habelə magistratura üzrə dekanlıqla bağlantı yaradıldı. Fakültə dekanları müəyyən olunmuş vaxt müddətində müxtəlif informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə fakültənin tarixi, elm, təhsil, beynəlxalq əməkdaşlıq sahəsində dolğun məlumat  verməli idilər. Müsabiqə zamanı təqdimatlardakı səs, görüntü keyfiyyəti, müasir informasiya texnologiyalarının geniş imkanlarından istifadə səviyyəsi əsas götürülürdü.

AMEA İnformatika Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev rəhbərlik etdiyi münsiflər heyətinin yekun rəyini açıqladı. Müsabiqənin nəticələrinə görə iqtisad fakültəsi I, magistratura bölməsi II, fizika-riyaziyyat fakültəsi III yerə layiq görüldü. Digər fakültələr də müsabiqədə iştiraklarına görə fərqləndirildi. Beynəlxalq simpoziumda İKT-dən istifadə etməklə dərs keçməkdə fərqlənmiş müəllimlərdən Əli Cabbarov, Zərəfşan Babayeva, Seyid Surə, Nazim Bababəyli, Əlövsət Quliyev, Malikəjdər İbrahimov fəxri fərmanla təltif olundular.

Sonda rektor, akademik İsa Həbibbəyli vurğuladı ki, beynəlxalq simpozium bir daha təsdiq etdi ki,  indiyə qədərki "Elektron Naxçıvan" layihələrində həyata keçirilən qlobal şəbəkələr universitetdə lokal şəbəkələrin də inkişaf səviyyəsinə əhəmiyyətli təsir göstərmişdir. Rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov çıxış edərək beynəlxalq simpoziumun fəaliyyətini yüksək dəyərləndirdi, muxtar respublikada, xüsusilə də ali təhsil sistemində ən yeni informasiya texnologiyalarının daha geniş tətbiqi və mənimsənilməsi istiqamətində mühüm rol oynayacağını vurğuladı.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov