Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "məzun günü"

 

 İyulun 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial iş, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, psixologiya və məktəbəqədər tərbiyəçi ixtisasları üzrə institutu bitirən müdavimlərə həsr olunmuş "məzun günü" keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti ilə yanaşı, məzunlar və qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzuladı. Bildirdi ki, "məzun günü" institutun tarixində ilk dəfə keçirilir və bunun ənənəyə çevrilməsi nəzərdə tutulub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının uğurlarından söz açan professor A.Zamanov ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini və bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışdı. 2010-2011-ci tədris ilində Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarına uyğun olaraq institutda 5 ixtisas üzrə (sosial iş, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, psixologiya və məktəbəqədər tərbiyəçi) yenidənhazırlanma təhsilinə müdavimlər qəbul edilmişdi. İnstitut rəhbərliyi və pedaqoqlar tədris prosesində müdavimlərin təhsilinə yüksək tələbkarlıqla yanaşmış, dərsə səthi yanaşan müdavimlər institutdan  kənarlaşdırılmışlar. Bunun məntiqi nəticəsi kimi tədris zamanı  keçirilən monitorinqlər nəticəsində yüksək keyfiyyət nəticələri əldə olunmuşdur. Yeniliklərdən biri də ondan ibarətdir ki, sosial iş ixtisası üzrə təhsil respublika səviyyəsində ilk dəfə məhz bu institutda həyata keçirilib. Belə bir məsuliyyətli işi instituta həvalə etməsinə görə təhsil naziri Misir Mərdanova institutun professor-müəllim heyəti adından minnətdarlığını bildirən rektor A.Zamanov vurğuladı ki,  bu etimadı doğruldacağımıza ümidvaram. Buraxılış imtahanlarında imtahan komissiyası sədrlərinin fəaliyyətlərini yüksək qiymətləndirən A.Zamanov Milli Məclisin üzvləri Hadı Rəcəbli, Bəxtiyar Əliyev başda olmaqla professorlar Sabir Mirzəyev, Fərrux Rüstəmov və Adil Babayevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, yüksək təşkilati səviyyədə keçən buraxılış imtahanlarının nəticələrinə görə 112 müdavim təhsili uğurla başa vurmuş, bir nəfər də "qeyri-kafi" qiymət almamışdır. Məzunlara respublikamızın gələcək həyatında əsl Azərbaycan vətəndaşı kimi xidmət etməyi, təhsilimizi daha da ucalara qaldırmağı tövsiyə edən professor A.Zamanov onların institutun adını şərəflə təmsil edəcəklərinə ümidvar olduğunu bildirdi.

Çıxış edənlər institutun tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Möhsün Alışov, filologiya üzrə fəlsəfə doktoru Aydın Paşayev, dosent Allahverdi Eminov və başqaları məzunlara uğurlar arzuladılar.

Sonda professor A.Zamanov institutu fərqlənmə ilə bitirənlərə diplomlar təqdim etdi. Xatirə şəkilləri çəkildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov