Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

"Təhsil və cəmiyyət" mövzusunda "dəyirmi masa"

 

Təhsil və onun cəmiyyətdə oynadığı rol  Lənkəran Dövlət Universitetinin professor-müəllim, tələbə heyətini, valideynləri və media təmsilçilərini  bir araya gətirib.

"Təhsil və cəmiyyət" mövzusunda keçirilən "dəyirmi masa"da LDU-nun rektoru Asəf İsgəndərov çıxış edərək qloballaşan dünyada hər bir xalqın inkişafının təhsilin inkişafı ilə üst-üstə düşdüyünü bildirib. Fikrini konkret faktlarla əsaslandıran rektor Yaponiya,  Almaniya, İsveç, İsrail dövlətlərinin inkişaf yolundan söz açıb, bu xalqların dünya elmində qazandıqları bütün uğurların təhsilə göstərilən ümumxalq dəstəyindən bəhrələndiyini deyib. Təklikdə  ən güclü müəllim, tələbə, valideyn böyük uğura imza ata bilməz, - deyən professor A.İsgəndərov  bunların tamlıqda uğur mənbəyi olduğunu qeyd edib. Valideynlərin, media təmsilçilərinin görüşə qatılmağından istifadə edən rektor hamını təhsilin inkişafı naminə birgə əməli fəaliyyətə və media təmsilçilərini cəmiyyəti bu işə səfərbər etməyə çağırıb. Tədbirdə yazıçı-publisist Hafiz Mirzə, "Respublika" qəzetinin xüsusi müxbiri Əlisəfa Həsənov bu məsələ ilə əlaqədar fikirlərini bildiriblər. 

Tədbir diskussiya şəraitində davam edib, müzakirəyə qatılan tələbələr də fikirlərini səsləndiriblər. Yekunda bütün iştirakçılara fəallıqlarına görə minnətdarlıq bildirən rektor Asəf İsgəndərov belə müzakirələrin davamlı olacağını deyib. Hər hansı millət  top- tüfəng gücünə yox, elm - savad gücünə inkişaf edir, - yazıçı-dramaturq Nəriman Nərimanovun  bu sözləri ilə tədbiri yekunlaşdıran professor Asəf İsgəndərov bacarıqlı, istedadlı tələbələrin daim diqqətdə saxlanılacağını, Azərbaycan elminin inkişafı naminə onlara hər cür dəstək göstəriləcəyini deyib.  

Ülkər İSMAYILOVA,
LDU-nun Mətbuat və informasiya şöbəsinin əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov