Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - 27

 

Alimlərimizin yeni ixtiraları

 

Kimya Problemləri İnstitutunun elmi nailiyyətləri 

Bu, danılmaz bir həqiqətdir ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycan xalqının çağırışı ilə Bakıya qayıdışı respublikanın inkişafı üçün yeni tarixi şərait yaratdı.

Elmə, alimə həmişə yüksək qiymət verən ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın elm məbədgahı - Elmlər Akademiyası yenidən dirçəliş yoluna qədəm qoydu.

Möhtərəm Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına "Milli Elmlər Akademiyası" statusunun təsis edilməsi bu elm ocağının hərtərəfli inkişafı üçün yüksək səviyyədə hüquqi zəmin yaradıb. Akademiyanın elmi istiqamətləri və elmi- tədqiqat işlərinin planları ekspertizadan keçib, onun strukturunun təkmilləşdirilməsi sahəsində konkret tədbirlər görülüb.

2002-ci ilin may ayında elmi-texniki potensialın istifadəsinin səmərəliliyini artırmaq və prioritet istiqamətlərə yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarlarına əsasən akademik M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri (1965) və Qeyri-üzvi və fiziki kimya (1935) institutlarının bazasında Azərbaycan MEA-nın akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu yaradılıb.

Bu institutun əsas elmi istiqamətləri Azərbaycanın mineral sərvətlərinin kompleks emalı və yerli xammal əsasında mühüm monomerlərin və üzvi birləşmələrin sintezi üçün yeni yüksək effektivliyə malik texnoloji proses və aparatların işlənib hazırlanmasının, müəyyən fiziki-kimyəvi xassələrə malik perspektiv maddələrin sintezinin, effektiv sorbentlərin və katalitik sistemlərin alınmasının, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqinin, metalların korroziyadan mühafizəsinin və elektrokimya üsullarının elmi əsaslarının yaradılmasından ibarətdir.

Hazırda institutda 22 laboratoriya və 1 şöbə fəaliyyət göstərir. Elmi personal AMEA-nın 3 həqiqi, 5 müxbir üzvündən, 38 elmlər və 202 fəlsəfə doktorundan ibarətdir və işçilərin ümumi sayı 545 nəfərdir.

İnstitutda mürəkkəb kimya texnoloji sistemlərinin modelləşdirilməsi və optimallaşdırılması istiqamətində elmi-tədqiqat işləri müvəffəqiyyətlə davam etdirilir.

Bu günlərdə AMEA-nın akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun İnformasiya, patent tədqiqatları və innovasiya şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Manaf Manafovdan aldığımız məlumatlardan - son iki ildə (2010-2011) institut tərəfindən işlənmiş ən perspektivli tədqiqatlar nəticəsində patent almış ixtiralardan nümunə kimi aşağıdakıları göstərmək olar. 

Zənginləşdirilmiş superfosfatın alınma üsulu 

İxtira zənginləşdirilmiş superfosfatın alınması üsuluna aiddir.

Bu ixtiranın məqsədi zənginləşdirilmiş superfosfatın alınması prosesinin intensivləşdirilməsi və sulfat, fosfat turşularının sərfinin azaldılmasıdır.

İxtiranın müəllifləri - A.M.Əliyev, M.Alosmanov və A.Rzayevadır. 

Fojazit tipli Na - Mg seolitin alınma üsulu 

Bu ixtira kimya və neft kimyası sənayesində sorbent və katalizator kimi tətbiq olunan sintetik seolitlərin istehsal sahəsinə aiddir.

İxtiranın müəllifləri - D.M.Qənbərov, S.B.Əliyeva, Q.M.Əliyeva, F.Cəlaləddinov və H.Məmmədovadır. 

İzoyağ aldehidinin alınma üsulu 

İxtira izoyağ aldehidinin alınma üsuluna aiddir və B5 vitamininin (pantoten turşusu), valin və leysin kimi aminturşuların, izobutanolun istehsalında, repellentlərin (məs. 2, 2, 4-trimetilpentan-1,3 diol), kiflənmə inhibitorlarının, insektisidlərin və s. alınmasında istifadə oluna bilər.

Bu ixtiranın müəllifləri - A.M.Əliyev, Z.Əlixanov, Ə.Sarıcanov və  S.Məcidovadır. 

Mürəkkəb efiraminspirtlərin alınma üsulu 

İxtira sənayenin müxtəlif sahələrində, o cümlədən əczaçılıqda istifadə olunan mürəkkəb efiraminspirtlərin alınma üsuluna aiddir.

İxtiranın məqsədi mürəkkəb efiraminspirtlərin sadələşdirilmiş alınma üsulunun yaradılması, məqsədli məhsulun çıxımının artırılması və reaksiyanın temperaturunun aşağı salınmasıdır.

Bu ixtiranın müəllifləri - S.K.Şərifova və S.B.Zeynalovdur. 

Poladın korroziyadan mühafizəsi üçün inhibitor 

İxtira metalların korroziyadan mühafizə sahəsinə aiddir və ikifazalı (karbohidrogen-elektrolit) və turş mühitlərdə poladın qorunmasında istifadə oluna bilər.

İxtiranın məqsədi ikifazalı (karbohidrogen-elektrolit) və turş mühitdə poladın korroziyadan qorunma dərəcəsini artırmaqdır.

Bu ixtiranın müəllifləri isə - İ.F.Məmmədyarova, D.H.Səlixanova, K.C.Şirinov, A.M.Kazımov, D.Ə.Baxışova, H.M.Tahirov, S.H.İbrahimova və T.L.Hüseynzadədir.

Hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov