Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

İxtisasartırma kurslarında "açıq dərs"lər

 

İyun ayında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu orta ümumtəhsil məktəbləri müəllimlərinin kurslarını təşkil etmişdir. Kimya müəllimlərinin 190 nömrəli məktəbdə təşkil olunan kursunda 70 nəfərdən artıq müəllim iştirak etmişdir. 98 saatlıq kursun 76 saatı "kimya və onun tədrisi metodikası" üzrə mühazirə və seminar məşğələlərinə ayrılmışdır.

Məşğələlərdə kimya fənn kurikulumunun mahiyyəti və məzmunu, təlim strategiyaları ilə bağlı daha ətraflı məlumat verilmişdir. Kurs tədbirlərində qabaqcıl kimya müəllimlərinin iş təcrübəsindən, təlim və tədrisin müasir tələblərindən mühazirə və seminar məşğələləri aparılmışdır. Uzun illərin  əldə olunmuş iş təcrübəsinə əsaslanaraq  kursun iştirakçıları ilə "açıq dərs"lərin təşkili və keçirilməsini məqsədəuyğun hesab etdik.

Sabunçu rayonundakı 107 nömrəli məktəbin kimya müəllimi Mayıl Məmmədovun XI siniflərdə tədris olunan "Aminturşular, quruluşu və xassələri" mövzusuna aid dediyi dərs müəllimlərin marağına səbəb oldu. 90 dəqiqəlik məşğələnin 45 dəqiqəsi dərsin gedişinə, qalan 45 dəqiqəsi isə  dərsin müzakirəsinə həsr olundu. Müəllim dərsin əvvəlcədən hazırlanmış planını və gedişinin mərhələlərini elan edir. Qrupda olan müəllimləri yarımqruplara ayırır. Keçən dərslə bağlı olaraq müəllimlərlə frontal sorğu keçirir və yeni mövzunun  mənimsənilməsini təmin edən işçi vərəqlərini müəllimlərə paylayır. 10-15 dəqiqə müddətində tədqiqat aparılır və nəzərdə tutulan təcrübələr yerinə yetirilir. Təcrübələr üçün lazım olan resursları Mayıl müəllim özü ilə gətirmişdi. Müəllim dərsin sonunda yarımqruplarda aparılan tədqiqat prosesinin nəticəsini araşdırmaq məqsədi ilə frontal sorğu apardı. Mövzunun tədrisində nəzərdə tutulan məqsədə necə nail ola bilməsini Mayıl müəllim qeyd etdikdən sonra dərsin gedişi kursun müəllimləri tərəfindən mərhələlərlə  müzakirə  edildi.

Daha bir iş günündə  IX sinfin proqram materialı əsasında "Fosfor, təbiətdə yayılması, allotropik şəkildəyişmələri, alınması və xassələri"nin tədrisinə həsr olunan dərsin gedişi dinlənildi. Nəsimi rayonundakı 111 nömrəli məktəbin kimya müəllimi Aynur Şahvələdova dərsin gedişini MİMİO lövhədən istifadə etməklə təşkil etmişdi. Dinləyicilərin fəallığını təşkil etmək məqsədi ilə Aynur müəllim  müsahibəli şərh və BİBÖ təlim üsullarından  da istifadə edə bilmişdir. Dərsin gedişində İnternetdən götürülən materiallardan istifadə etməklə nümayiş etdirilməsi mümkün olmayan təcrübələrin göstərilməsinə nail olan  Aynur müəllim fosforun allotrop  şəkildəyişmələrini, onların xarakter xassələrini, fosforun sənayedə necə alınmasını göstərdi. Müəllimlərin fəallığının yaradılması  üçün mövzu ilə bağlı olan suallar MİMİO lövhədə verildi, sinifdən müxtəlif cavablar alındıqdan sonra daha düzgün cavablar lövhədə göstərildi. Kimya dərslərində elektron vəsaitlərdən istifadə etmək tədris prosesini daha maraqlı edir və öyrənənlərin bilik və bacarıqlarının inkişaf etməsinə yaxşı təsir göstərir.

X sinifdə "Etilenin quruluşu, alınması və xassələri" mövzusunda olan "açıq  dərs"i Binəqədi rayonundakı 182 nömrəli məktəbin müəllimi Zərövşən Ömərova maddənin fiziki və kimyəvi xassələrinin onun molekulyar quruluşu ilə əlaqələndirilməsinə həsr etmişdi. Qabaqcadan hazırlanmış dərsin planı ilə müəllimlər tanış edildi.

Mövzu: Etilen, onun molekul quruluşu, alınması, xassələri və tətbiqi.

Məqsəd: 1.Etilenin molekulunun sadə və elektron quruluşu, molekulundakı rabitələrin təbiəti.

2.Etilen karbohidrogenlərinin homolojı sırası və izomerliyi.

3.Etilenin alınması, xassələri və tətbiqi.

Strategiya:1.Təlimin forması-qruplarda iş.

2.Təlim üsulları: Müsahibəli şərh, Venn diaqramı ilə müqayisə, BİBÖ, müstəqil işlər.

Resurslar: Sorğu və iş vərəqləri, mil və kürəciklər, sınaq şüşəsi, qazaparan şüşə boru, rezin tıxac, qatı sulfat turşusu, spirt, bromlu su, kaliumpermanqanat məhlulu, xlorid turşusu, lakmus məhlulu, kibrit, spirt lampası.

Dərsin gedişi: 1.Sinfin təşkili. 2.Keçən dərsə aid qiymətləndirmə. 3.Yeni mövzunun motivasiyası və ya problemli şərhi. 4.Sorğu vərəqləri ilə tədqiqatın aparılması və ümumiləşdirilməsi. 5.Əldə olunan bilik və bacarıqların tətbiqi. 6.Qiymətləndirmə.

Müəllimlər yarımqruplarda işçi vərəqləri əsasında tədqiqatlarını aparmaqla bərabər Zərövşən müəllimin etilenin alınmasına və kimyəvi xassələrinə aid apardığı  təcrübələrə də diqqət verirdilər. Venn diaqramı ilə etan və etilenin quruluşları arasında olan oxşar və fərqli cəhətlər müqayisə edilirdi. BİBÖ cədvəlində isə müəllimlər mövzu ilə bağlı nəyi bildiklərini, nəyi bilmək istədiklərini və nəyi öyrəndiklərini qeyd etməklə yeni metodik məlumatlara yiyələndiklərini  öyrəndilər. Dərsin gedişində Zərövşən müəllim etilenin bəzi kimyəvi xassələrinə və tətbiq sahələrinə aid İnternetdən əldə etdiyi materialları da kompüter və proyektorun vasitəsi ilə nümayiş etdirməklə dərsini daha maraqlı qurmağa çalışmışdır. Hər üç dərsin müzakirəsində müəllimlər fəallıq göstərdilər.

Kursların gedişində Yasamal rayonundakı 53 nömrəli məktəbin müəllimi Kəmalə Əfəndiyeva, 286 nömrəli məktəbin   müəllimi Naibə Əhmədova, Nəsimi rayonundakı 54 nömrəli məktəbin müəllimi Fatma Həsənova, Binəqədi rayonundakı 182 nömrəli məktəbin müəllimi Pərviz Mirzəyev və bir çox müəllimlərin fəallığı qeyd olunmalıdır.

Dərslərin müzakirəsində müəllimlər belə bir fikrə gəldilər ki,  təhsil qanununun həyata keçirilməsinin uğurlu nəticələrindən biri də  təlim və tədris prosesində kimya fənn kurikulumunun xarakter xüsusiyyətlərindən və təlim strategiyasının tələblərindən olan dərslərin müasir təlim prinsipləri  əsasında təşkilinə keçilməsidir.

Kurs məşğələləri başa çatdıqdan sonra  kursun rəhbəri, Təbiət elmləri kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Aydın Əhmədzadənin məsləhəti ilə yekun yığıncağı keçirildi. Tədbirdə  kimya dərsliklərinin müəlliflərindən olan pedaqoji elmlər doktoru Mütəllim Abbasov, məşğələlərin fəal aparıcılarından olan  Təhsil Problemləri İnstitutunun əməkdaşlarından pedaqogika üzrə fəlsəfə doktorları Akif Əliyev və Mürşüd Fərəcov  və 70-dən artıq müəllim iştirak etmişdir.

Yığıncaqda fənn müəllimləri kimya dərsliklərində hər bir mövzunun sonunda çalışmaların verilməsinin  xeyli azaldılmasından, kimya proqramında verilən laborator və praktik işlərin yerinə yetirilə bilməməsinin çətinliklərindən, dərsliklərə əlavə olan kimyadan çalışma və məsələlər  vəsaitinin olmamasından, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

Mütəllim  Abbasov müəllimlərin dərsliklərlə bağlı olan fikirlərinə səmimi şəkildə qənaətləndirici cavab verdi. Daha sonra müəllimlər kursun gedişi zamanı onları təmin edən fənn kurikulumlarının mahiyyəti və məzmunundan, kimyanın tədrisində elektron vəsaitlərdən istifadənin formalarından, seminar məşğələlərinin gedişində "açıq dərs"lərin təşkilinə daha çox diqqət verilməsindən danışdılar. Kursun aparılmasında iştirak edən  mühazirəçilərin də fəaliyyətinə münasibət bildirildi. 

Mürşüd FƏRƏCOV,
pedaqogika üzrə  fəlsəfə doktoru, dosent

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov