Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - 27

 

Dünya universitetləri

 

Corciya Texnologiya İnstitutu

 
  Yerləşir:

ABŞ, Corciya ştatı,  Atlanta şəhəri

 
Yaranma tarixi: 1885-ci il
Tipi: Dövlət
Müəllimlərin ümumi sayı: 5000 nəfər
Tələbələrin ümumi sayı: 20291 nəfər
İllik gəlirləri: 794254000 ABŞ dolları
İllik xərcləri: 1023922000 ABŞ dolları 
Rəsmi saytı: www.gatech.edu
 

 

Corciya Texnologiya İnstitutu (Georgia Institute of Technology) ABŞ-da Corciya ştatının Atlanta şəhərində yerləşir və texnologiya sahəsinin inkişafına görə ölkənin ən güclü ali məktəblərindən biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Corciya Texnologiya İnstitutu 100 ən yaxşı ali məktəb arasında 86-cı yerdə olub. Corciya Texnologiya İnstitutu 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 27-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 106-cı yerdə qərarlaşıb. 

Tarixi 

Corciya ştatında Texnologiya Məktəbi yaradılması ideyası 1865-ci ildə ABŞ-da Yenidənqurma dövrünə təsadüf edir. ABŞ-ın 11 quldar cənub ştatından ibarət konfederasiyasının iki sabiq üzvü - sənaye sahəsində çalışan Con Fletçer Henson və siyasətçi, Corciya ştatının qubernatoru Nataniel Edvin Harris Vətəndaş müharibəsindən sonra Cənubda texnologiyanı təkmilləşdirməyin vacib olduğunu önə çəkirlər. Bunun əsas səbəbi isə Şimalda gedən sənaye inqilabı ilə rəqabət aparmaq olur. Həmin dövrdə cənub ştatlarda əhalinin əsas hissəsini kənd təsərrüfatı işçiləri təşkil etdiyindən Texnologiya Məktəbinin yaradılmasına böyük ehtiyac duyulurdu.

1882-ci ildə Edvin Harrisin rəhbərlik etdiyi Corciya ştatı Qanunvericilik Hökumətinin nümayəndə heyəti ölkənin şimal-şərq bölgələrinə səfər edərək, texnologiya məktəbləri ilə yaxından tanış olur. Nümayəndə heyəti Massaçusets Texnologiya və Vuster Kaunti Fri (hazırda Vuster Politexnik İnstitutu) institutlarına baş çəkdikdən sonra buradakı təhsil modelindən heyrətlənir və həmin təcrübədən bəhrələnməyi qərara alır.

1885-ci il oktyabrın 13-də Corciya ştatının qubernatoru Henri MakDeniel yeni fond və məktəb yaradılması haqqında qanunu imzalayır. 1887-ci ildə Atlanta şəhərinin xeyriyyəçisi Riçard Piters malik olduğu geniş torpaq sahəsindən 1,6 hektar ərazini yeni yaradılacaq məktəbə bağışlayır. 1888-ci ildə iki binadan ibarət Corciya Texnologiya Məktəbi qapılarını tələbələrinin üzünə açır. Binaların birində (hazırda bu bina Texnologiya Qülləsi adlanır) tələbələrə dərs keçilir, digər binada isə onların çalışmaları üçün tökmə, dəmirçi, maşınqayırma sexləri, qazanxana fəaliyyət göstərir. Təhsil və təcrübənin eyni əhəmiyyətə malik olmasını vurğulamaq məqsədilə hər iki bina bərabər hündürlükdə inşa edilir.

1905-ci il oktyabrın 20-də ABŞ prezidenti Teodor Ruzvelt Corciya Texnologiya Məktəbini ziyarət edir. T.Ruzvelt Texnologiya Qülləsi binasının qarşısında texniki təhsilin önəmliliyi haqqında çıxış edir, daha sonra məktəbin hər bir tələbəsinin əlini sıxaraq onlara uğurlar arzulayır. 1912-ci ildə ali təhsil müəssisəsinin Axşam Məktəbi açılır. 1917-ci ildən qızların Axşam Məktəbində keçilən dərslərdə iştirakına baxmayaraq, onların məktəbə rəsmi qəbuluna 1920-ci ildən icazə verilir. 1934-cü ildə Corciya Texnologiya Məktəbinin Mühəndislik Eksperimenti Stansiyası (sonradan Corciya Texnologiya Elmi-Tədqiqat İnstitutu) açılır.

1948-ci ildə Corciya Texnologiya Məktəbinin adı dəyişdirilərək Corciya Texnologiya İnstitutu adlandırılır. Bir çox eyni statuslu (Massaçusets, Kaliforniya Texnologiya institutları) ali məktəblərdən fərqli olaraq, Corciya Texnologiya İnstitutu dövlət institutu adını alır. İlk qız tələbələr instituta 1952-ci ildən qəbul edilir.

1988-ci ildə Con Patrik Krisinin instituta rəhbərliyi dövründə ali məktəbdə struktur dəyişiklikləri aparılır. Həmin dövrədək institut Mühəndislik, İdarəetmə, Dəqiq və Humanitar Elmlər kolleclərindən ibarət olduğu halda, Krisinin instituta rəhbərliyi dövründə Hesablama, Dəqiq Elmlər, İvan Allen İdarəetmə, Siyasət və Beynəlxalq Münasibətlər kollecləri yaradılır. Həmçinin 1966-cı ildə yay Olimpiya oyunlarının Atlanta şəhərində keçirilməsində də Con Patrik Krisinin böyük rolu olur.

1994-cü ildə institutun məzunu olmuş Ueyn Klaf Corciya Texnologiya İnstitutunun prezidenti seçilir.  O, 1998-ci ildə İvan Allen İdarəetmə, Siyasət və Beynəlxalq Münasibətlər Kollecini İvan Allen Humanitar Elmlər İnstitutuna və İdarəetmə Kollecinə bölür. Onun fəaliyyəti dövründə institutun inkişaf etdirilməsi, burada aparılan tədqiqatların genişlənməsi üzrə mühüm işlər həyata keçirilir.            

2008-ci il iyulun 1-dən Heri Şuster Corciya Texnologiya İnstitutunun prorektoru təyin olunur. 2009-cu il aprelin 1-dən Bud Peterson Corciya Texnologiya İnstitutunun 11-ci prezidenti olur. 2010-cu il aprelin 20-dən Corciya Texnologiya İnstitutu Amerika Universitetləri Assosiasiyasına üzv seçilir.  

Büdcəsi və təhsil haqqı 

2010-cu ildə Corciya Texnologiya İnstitutunun illik gəlirləri 794254000 ABŞ dolları olub. Bu məbləğin 180037000-ni təhsil haqqı və digər yığımlardan, 517828000-ni qrant və sazişlərdən, 15584000-ni satış və xidmətlərdən, 91814000-ni köməkçi müəssisələrdən əldə olunan vəsaitlər, qalanlarını isə digər gəlirlər təşkil edib. 

Həmin tədris ilində universitetin xərcləri 1023922000 ABŞ dolları olub. Vəsaitin 548201000-ni əməkdaşların əməkhaqqı, 12353000-ni tələbələrə verilən təqaüdlər, 228131000-ni müxtəlif avadanlıq və materiallar, 69585000-ni qiymətdən düşmə və amortizasiya, 39051000-ni kommunal xərclər, qalanlarını isə digər məsrəflər təşkil edib.

Corciya Texnologiya İnstitutunun kolleclərində təhsil haqqı bir-birindən fərqlənir. 2010-2011-ci tədris ilində bakalavr səviyyəsində təhsil alan yerli tələbələrin təhsil haqqı 19755, əcnəbi tələbələrin təhsil haqqı isə 25280 ABŞ dolları olub. Magistratura və doktorantura səviyyələrində isə təhsil haqqı həmin tədris ilində 26204 ABŞ dolları təşkil edib.  

Universitet bu gün 

Corciya Texnologiya İnstitutunun kampusu Atlanta şəhərinin mərkəzindədir. İnstitutun kampusu AT&T qərargahı, "Coca-Cola" şirkəti, "Bank of America" göydələnlərinin arasında yerləşir, bir neçə binadan, eləcə də yaşıllıqdan ibarətdir. Corciya Texnologiya İnstitutunun tələbə şəhərciyi Atlantada yerləşən digər kampuslardan, xüsusilə Corciya Ştatı Universitetindən fərqlənir və 4 əsas hissəyə (Qərbi, Şərqi, Mərkəzi və Texnologiya meydanı kampusları) bölünür. Qərbi və Şərqi kampuslar tələbə yataqxanalarından ibarət olduğu halda, Mərkəzi kampusda, ilk növbədə, tədris və tədqiqat müəssisələri cəmlənib. Mərkəzi kampusda Houey Fizika, Boqqs Kimya, Hesablama, Memarlıq kollecləri, Hesablama Klaus, Skayl Klass binaları, Dövlət Siyasəti Məktəbi, institutun rəmzi olan Texnologiya Qülləsi, kitabxana, Bayraq binası, Tələbə Mərkəzi, Eşşəkarısı parkı yerləşir.

Texnologiya meydanı kampusu şəhərin mərkəzindən Şimali kampusa doğru uzanır və 2003-cü ildə açılıb. Kampusun bir hissəsində İdarəetmə Kollecinin binaları, institutun otelləri, Konfrans və Qlobal Öyrənmə mərkəzləri, digər hissəsində isə Hesablama Kolleci, Elektrotexnika və Hesablama Texnikası Məktəbinin binası yerləşir.

Corciya ştatının Savanna şəhərində Corciya Texnologiya İnstitutunun kampusu mövcuddur. Kampus 2003-cü ildə istifadəyə verilib. Burada tələbələrə mühəndislik proqramları təklif olunur. Fransanın şimal-şərqindəki Mets şəhərində institutun Corciya Texnologiya İnstitutu Lotaringiyası adlı kampusu fəaliyyət göstərir. 1990-cı ildə açılmış bu kampus elektrik, kompüter mühəndisliyi, kompüter elmləri, maşınqayırma sahələri üzrə magistr və doktorluq proqramları təklif edir. İnstitutun əlavə olaraq İrlandiyada (Atlon), Çində (Şanxay), Sinqapurda, Hindistanda müxtəlif proqramlar təklif edən müəssisələri mövcuddur.

Corciya Texnologiya İnstitutu yaxın gələcəkdə Sinqapur Milli Universiteti ilə əməkdaşlıq çərçivəsində Sinqapurda Asiya-Sakit okean Regionu Logistika İnstitutunun açılmasını nəzərdə tutur.

Corciya Texnologiya İnstitutunda 6 kollec, 1 institut fəaliyyət göstərir.

Memarlıq Kolleci Memarlıq, Tikinti konstruksiyası, Şəhər və regional planlaşdırma, Sənaye dizaynı, Musiqi departamentlərindən ibarətdir.

Hesablama Kollecinə Hesablama elmləri və mühəndisliyi, İnformatika, İnteraktiv hesablama departamentləri daxildir.

Mühəndislik Kollecinə Aerokosmik sənaye, Biotibbi mühəndislik, Kimya və biomolekulyar mühəndislik, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrik və hesablama texnikası, Sənaye və sistem mühəndisliyi, Materialşünaslıq elmləri və mühəndislik, Maşınqayırma departamentləri aiddir.

İdarəetmə Kolleci bakalavr, MBA, Texnoloji idarəetmə üzrə MBA, PhD proqamları təklif edən bir neçə departamentdən ibarətdir.

Dəqiq Elmlər Kollecinə Tətbiqi fiziologiya, Biologiya, Kimya və biokimya, Yer və atmosfer elmləri, Riyaziyyat, Fizika, Psixologiya departamentləri daxildir.

İvan Allen Humanitar Elmlər İnstitutunda İqtisadiyyat, Tarix, texnologiya və cəmiyyət, Beynəlxalq münasibətlər, Ədəbiyyat, kommunikasiya və mədəniyyət, Müasir dillər, Dövlət siyasəti departamentləri fəaliyyət göstərir.

Corciya Texnologiya İnstitutu zəngin k

itabxana sisteminə malikdir. Kitabxana kolleksiyasına 1 milyon cild kitab, ABŞ patentlərinin bütöv toplusu, 2 milyondan çox texniki hesabat, dövlət sənədləri daxildir. Elmi sıçrayış, texniki informasiyanın inkişafı, kompüterin, şəbəkə və multimedia texnologiyalarının yaranması kitabxananın tarixində təkamül rolu oynayıb. Belə ki, Corciya Texnologiya İnstitutunun kitabxana sistemi bu istiqamətdə ən sürətli inkişaf edən kitabxanalardandır. İnstitutun kitabxanası Əsas, Memarlıq, Arxiv və kargüzarlıq bölmələrindən ibarətdir.

Corciya Texnologiya İnstitutunun hazırkı rəhbəri professor Corc Bud Peterson, prorektoru isə Rafel Brasdır.  İnstitutun tələbələrin işləri üzrə vitse-prezidenti Con Steyndir. İnstitutda 5000 nəfərdən çox professor-müəllim heyəti çalışır.

2010-2011-ci tədris ilində Corciya Texnologiya İnstitutunda təhsil alan tələbələrin sayı 20291 nəfər təşkil edib. Tələbələrin 13515 nəfərini bakalavr, 6776 nəfəri isə magistrant və doktorant təşkil edib.

Corciya Texnologiya İnstitutunun yataqxana kompleksləri əsasən institutun Qərbi və Şərqi kampuslarında cəmləşib. İnstitutun kampuslarında tələbələrin təhlükəsiz yaşaması üçün xüsusi tədbirlər görülüb. Şərqi kampusda birinci kurslar məskunlaşıb və onlara Britten Holl yeməkxanası xidmət göstərir. Qərbi kampusda yuxarı kurs tələbələri qalır və onlara Vudraff Holl yeməkxanası tərəfindən xidmət göstərilir. Magistr, doktorant və digər tədqiqatçılar kampusdan kənarda, xüsusilə Houm Parkda qalmağa üstünlük verirlər. Əcnəbi tələbələr 4-cü Şərqi və Heys küçələri arasında yerləşən Beynəlxalq Evdə yerləşdirilir. İnstitutun qız tələbələri üçün Qoldin və Steyn yataqxanaları mövcuddur. Son zamanlar institutun yataqxanalarında sıxlıq yaşanır. Belə ki, buradakı iki nəfərlik nömrələrdə üç nəfər tələbə qalmaq məcburiyyətindədir.

Hazırda institutun yataqxanalarında 9000-nə qədər tələbə məskunlaşıb.  Kampus ərazisində son zamanlar açılan yataqxana komplekslərindən 2007-ci ildə istifadəyə verilmiş Şimal Avenyu yataqxanasını qeyd etmək olar.

Corciya Texnologiya İnstitutunda 350-dən çox tələbə təşkilatı fəaliyyət göstərir. İnstitutun əsas təşkilatlarından biri Tələbə Hökuməti Assosiasiyasıdır. Assosiasiyanın xüsusi icra, qanunverici və məhkəmə xidmətləri fəaliyyət göstərir. Assosiasiyanın bakalavr, eləcə də magistr və doktorantlar üçün bölmələri mövcuddur. Tələbə Hökuməti Assosiasiyasının əsas vəzifəsi maliyyə yardımına ehtiyacı olan tələbə təşkilatlarına dəstək göstərməkdir.

Corciya Texnologiya İnstitutunun idman komandaları "Eşşəkarıları", "Wrek Ramblin" ("Ford" modelindən olan ikiyerli avtomobil), "Mühəndislər" adları ilə tanınsalar da,  onların ümumilikdə rəsmi adı "Eşşəkarıları"dır. İnstitutun futbol üzrə əsas rəqibi Corciya Universitetidir. İnstitutun güclü futbol, qadın və kişi basketbolu, beysbol, softbol, voleybol, qolf, kişi və qadın tennisi, üzgüçülük, dayvinq və s. komandaları mövcuddur. İnstitutun 4 futbol komandası sorğular nəticəsində milli çempion seçilib. Eyni zamanda institut kriket, velosiped, at yarışları, qılıncoynatma, otüstü xokkey, lakross, peyntboll, rolokli xokkey, yelkənli qayıq idmanı, triatlon, su polosu, su xizəyi, güləş, sualtı üzgüçülük üzrə yüksək nəticələrə malikdir. 

Corciya Texnologiya İnstitutu ölkənin və dünyanın ən yaxşı mühəndislik məktəbi kimi tanınır. İnstitut mükəmməl akademik proqram, məktəbdənkənar tədbirlər, novator tədqiqatlar həyata keçirir. İnstitutun strateji planında aşağıdakı sözlər qeyd olunub: "Biz qəbul edəcəyik, inkişaf etdirəcəyik, qoruyacağıq, tələbələrin, müəllim və əməkdaşların kadr müxtəlifliyinə diqqət yetirəcəyik, geniş perspektivlər, maraqlar yaradacağıq. Biz intellektual səviyyəmiz, fikir müxtəlifliyimiz, şəxsi bütövlüyümüz, toxunulmazlığımız, üstünlüyümüz hesabına əvəzolunmaz universitet cəmiyyəti qururuq və uğurla gələcəyə addımlayırıq".

Corciya Texnologiya İnstitutunun əsas məqsədi XXI əsrin ən mühüm kəşflərinə imza atmaq, ideal texnologiya universiteti modelini yaratmaq və həyat səviyyəsinin yüksəldilməsi üçün son texnoloji nailiyyətləri insanlara təqdim etməkdir.

İnstitutun məşhur məzunları

  Cimmi Karter  ABŞ-ın 39-cu prezidenti, sülh üzrə Nobel mükafatı laureatı  
  Xuan Karlos Varela Panamanın vitse-prezidenti  
  Uilyam Ball  ABŞ Hərbi-Dəniz Qüvvələrinin 67-ci naziri  
  Pit Geren ABŞ Silahlı Qüvvələri üzrə 20-ci dövlət katibi  
  Ceyms Ellis 4 ulduzlu ABŞ admiralı  
  Karolin Meyers ABŞ-ın Cekson Dövlət Universitetinin prezidenti  
  İvan Allen ABŞ-ın Corciya ştatının  Atlanta şəhərinin sabiq meri   
  Keri Mallis kimya üzrə Nobel mükafatı laureatı  
  Ronald Kolle nüvə və radiasiya kimyası üzrə ABŞ mütəxəssisi  
  Uilyam MakArtur  NACA-nın astronavtı  
  Sandra Maqnus NACA-nın qadın astronavtı  
  Ceyson Morqan geofizik, ABŞ-ın Prinston Universitetinin professoru  

              

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov