Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Xarici mətbuat səhifələrində

 

Həmyerlimiz Rusiyada "İlin rektoru" seçilib 

Rusiyada keçirilmiş "Rusiya Federasiyasında ali təhsil və elmin inkişaf perspektivləri və problemlər" V Ümumrusiya konfransında həmyerlimiz, sosial elmlər doktoru, Moskva Dövlət Sosial-Humanitar Universitetinin rektoru Vaqif Bayramovun rəhbərlik etdiyi ali məktəb "Rusiyanın 100 ən yaxşı ali məktəbi" müsabiqəsində "Ən yaxşı sosialyönümlü ali məktəb" nominasiyası üzrə qızıl medala layiq görülüb. Rektor Vaqif Bayramova isə "İlin rektoru - 2011" qızıl medalı təqdim olunub. 

Qeyd edək ki, adıçəkilən müsabiqə 2004-cü ildən keçirilir. Bu tədbir Rusiyanın elmi-tədqiqat institutlarının, ali məktəblərinin rəhbərləri, elm və təhsil mütəxəssisləri arasında ilin əlamətdar hadisəsi  kimi qiymətləndirilir. 2010-cu ildən başlayaraq konfransa  və qiymətləndirmə komissiyasına Nobel mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının  vitse-prezidenti,  akademik J.Alferov rəhbərlik edir. Komissiyanın tərkibinə Rusiya Federasiya Şurasının elm və təhsil komitəsinin, Dövlət Dumasının təhsil komitəsinin üzvləri daxildirlər. Bundan əlavə, Rusiya Federasiyası təhsil və elm naziri A.Fursenkonun əmrinə müvafiq olaraq Vaqif Bayramov ikinci müddətə 2011-ci il iyulun 1-dən 2016-cı il  iyunun 30-a kimi Sosial-Humanitar Universitetinin rektoru vəzifəsinə təsdiq olunub.

 

Ukraynada yeni təhsil qanununun mahiyyəti açıqlanıb 

Ukraynada yeni təhsil qanununun qəbulu gözlənilir. Ölkənin Təhsil Nazirliyindən verilən məlumata görə, yeni qanun layihəsi üzərində işlər başa çatdırılıb və artıq ictimaiyyətin müzakirəsinə təqdim olunub. Ölkənin təhsil naziri Dmitri Tabaçnik yeni qanunun mahiyyəti barədə danışıb. Yeni qanun tələbə müavinətlərinin həcmini yaşayış minimumuna qədər artırmağa, dövlət ali məktəblərinə əldə olunmuş vəsaitləri müstəqil surətdə sərf etməyə imkan verəcək. 

Tələbələri gözləyən əsas dəyişikliklərdən biri  ixtisas dərəcəsidir. Əgər qanun qəbul olunsa, onda Ukraynada kiçik mütəxəssis, bakalavr, magistr, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olacaq. "Bütün mütəxəssislər avtomatik olaraq magistr olacaq, bu, ali məktəbi bitirənlərə və hələ oxuyanlara aid olacaq",-deyə D.Tabaçnik bildirib.  

Yeni qanuna müvafiq olaraq təhsilin müddəti də dəyişəcək. Məsələn, aspiranturada təhsil müddəti 3 ildən 4 ilə qədər artacaq. "Hazırda aspirantların yalnız 24 faizi 3 ildən sonra müdafiə edə bilir. Belə olan halda niyə özümüzü aldadaq?", - deyə Dmitri Tabaçnik yeni qanuna mövqeyini açıqlayıb. 

Dəyişikliklərin böyük qismi ali məktəblərin təşkili ilə bağlıdır. Ali təhsil məktəblərinə digər ali təhsil müəssisələri və hətta orta təhsil müəssisələri, eləcə də xarici təhsil qurumları ilə  konsorsium yaratmağa icazə veriləcək. Hər bir dövlət ali məktəbi gələcək abituriyentlər üçün profil kolleclər aça biləcək. Bundan əlavə, universitetlər fənlərarası kurslar tətbiq etmək hüququ qazanacaq ki, bu isə D.Tabaçnikin fikrincə, Ukrayna ali təhsilini Qərb təhsil nümunəsinə yaxınlaşdıracaq. 

Yeni qanun bir sıra maliyyə məsələlərini də əhatə edir. Nazirin sözlərinə görə, bu, maliyyə sahəsində başlıca təkliflərdən biri dövlət ali məktəblərinə qazandıqları vəsaitləri öz sərəncamlarına uyğun olaraq xərcləmələri və  eləcə də müstəqil  təsərrüfat fəaliyyəti ilə məşğul olmaları ilə bağlıdır.  Yeni qanun ali məktəblərə hər il təhsil haqlarını yenidən gözdən keçirməyi qadağan edir - müqavilə əsasında təhsil haqları müqavilənin qüvvədə olduğu bütün müddət ərzində dəyişməz qalmalıdı 

Almaniyada orta təhsil sistemi dəyişir 

Almaniya Federativ Respublikasında orta təhsil sistemində ciddi dəyişikliklər gözlənilir. Ölkənin Xristian Demokrat Birliyi Almaniyada orta məktəb sisteminin sadələşdirilməsini təklif edib. Almaniya mətbuatının yazdığına görə, 30 səhifəlik təkliflər paketi ictimaiyyətin müzakirəsinə verilib. Təşəbbüsün müəllifləri hesab edirlər ki, hazırda Almaniyada orta təhsil məktəblərinin həddən çox mərhələləri və tipləri mövcuddur. Bu isə həm şagirdlər, həm də valideynlərdə  çaşqınlıq yaradır. Bu mənada orta təhsil verən məktəb tiplərinin sayının 2-yə qədər azaldılması təklif olunur. Hazırda almaniyalı uşaqlar 4-cü sinifdən sonra təhsillərini gimnaziyada, real və ya birləşmiş məktəblərdə davam etdirə bilərlər. Orta təhsil müəssisəsinin seçimi uşağın qabiliyyətindən, həm də perspektivdə onun universitetdə oxumaq istəyib-istəməməsindən asılıdır.   Almaniyanın bir sıra regionlarında eksperiment kimi artıq sadələşdirilmiş orta təhsil sistemi tətbiq olunur. Ənənəvi təhsilin tərəfdarları hesab edirlər ki, yeniliklər uşaqları fərdi yanaşmalardan məhrum edir, bu isə təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. 

 

ABŞ-da müəllimlər şagirdlərə yazı yazmağı öyrətməyəcəklər 

Amerikada müəllimlər artıq şagirdlərə yazı yazmağı öyrətməyəcək. Amerikada nəşr olunan "Tayms" jurnalının yazdığına görə, İndiana ştatının bir çox məktəblərində yazı qələmlərini noutbuklar əvəz edəcək. Müasir texnologiyaların  sürətli inkişafı pedaqoqları təhsil vasitələri prioritetlərinin dəyişdirilməsi məsələsi üzərində fikirləşməyə vadar edib. Bir çox amerikalı məmur üçün qələmlə yazmaq mənasız vərdişə çevrilib. Artıq cari ilin sentyabrından başlayaraq bütün tədris müəssisələrində noutbuklara keçilməsi nəzərdə tutulub.

İndiana ştatının Təhsil Departamenti məktəb rəhbərliklərinə bu məsələdə müstəqil qərar qəbul etməyi təklif edib. Bundan əlavə, yalnız 4-cü və daha yuxarı sinif şagirdləri klaviaturadan istifadəyə keçə bilərlər.  Bəzi valideynlər yeniliyə etiraz edirlər. Onlar yenilik sayəsində uşaqlarının işə qəbul zamanı imza qoya bilməmələrindən narazılıq edirlər.  Artıq bütün dünyada əllə yazanların  sayının azalması, klaviaturadan istifadə edənlərin isə sayının  artması bir  tendensiya halını alıb. Cəmiyyətdə əllə yazının rolunun azalması ona gətirib çıxarıb ki, artıq bir çox insanların yazı xətti də korlanıb.

  

Rusiyalılar Avropa təhsilinə üstünlük verirlər 

Rusiyalılar Avropa təhsilinə daha artıq üstünlük verməyə başlayıblar. Xaricdə təhsil almaq üçün sınaqlardan çıxmış və Harvard, Oksford kimi məşhur universitetlərdə təhsil almaq şansı qazanmış gənclər  gələn ildən başlayaraq seçdikləri ixtisaslar üzrə artıq pulsuz - dövlət hesabına  təhsil ala biləcəklər.  İlkin mərhələdə 2000 gənc bu imkandan yararlana biləcək, gələcəkdə onların sayı 10 minə qədər artırılacaq. Lakin bu da son hədd deyil.  RF Prezidenti  Dmitri Medvedev rusiyalı gənclərin xaricdə təhsil alması məsələsini ən aktual vəzifə hesab edir.  "Yaxın on ildə ümid edirəm ki, bizim on minlərlə vətəndaşımız - gənc alimlərimiz, mühəndislərimiz, məmurlarımız  və digər sahələr üzrə  peşəkarlarımız dünyanın aparıcı universitetlərində müxtəlif sahələr üzrə magistr və doktorluq dərəcələri müdafiə edəcəklər. Ümid edirəm ki, onlar sonradan Rusiya biznesində və dövlət idarəçiliyində, elm və təhsilində başlıca mövqe əldə edəcəklər", - deyə cari ilin qışında Davos forumunda çıxış edən D.Medvedev bildirib.

İlkin mərhələdə Rusiya  gənclərin xaricdə təhsili üçün 60 milyon  dollar sərf etməyə hazırdır. 

 

Böyük Britaniyada məktəblilərin yay tətili ləğv olunacaq  

Böyük Britaniya məktəblilərin yay  tətilini ləğv etmək niyyətindədir.  Ölkənin  Təhsil Nazirliyinin qərarına əsasən, uzun sürən yay tətilləri artıq məktəblilər üçün tarixə çevrilə bilər. Şagirdlər daha çox məktəblərdə vaxt keçirəcəklər.  Hökumət tərəfindən azad məktəblər üçün nəzərdə tutulan radikal dəyişikliklər  planında bu cür yeniliyin tətbiqi gözlənilir. Təhsil Nazirliyinin mətbuat katibi Maykl Qov qeyd edib ki, sentyabrda Noric şəhərində azad məktəbin açılması gözlənilir. Bu məktəb praktik olaraq ilboyu  fasiləsiz fəaliyyət göstərəcək.   Sözügedən məktəblər bütün il ərzində uşaqlara qayğı göstərəcək və onlara yüksək keyfiyyətli təhsil verəcək.  Məktəb Noric şəhərinin mərkəzində yerləşəcək və  işləyən valideynlər uşaqları uzun müddətə məktəbə verə bilərlər, bu isə həftədə 6 gün, il ərzində isə 51 həftə təşkil edir. Londonda nəşr olunan "Express" qəzetinin yazdığına görə, azad məktəb valideynlərin hesabına uşaqlara dərsdən əvvəl və dərsdən sonra əlavə xidmətlər göstərəcək. Məktəblər yalnız birhəftəlik Milad bayramı və bank tətili günlərində bağlanacaq. Təlim il ərzində 6 dövrü əhatə edəcək ki, bunların da arasında 2 həftəlik tətillər olacaq. Avqustda ən uzun - 4 həftəlik tətil nəzərdə tutulub. Bu fasilələr ərzində məktəblər  bir sıra əlavə məşğələlər üçün şagirdlərin üzünə açıq olacaq. 

Azad məktəblər  Böyük Britaniyada valideynlər, şirkətlər və ya xeyriyyə təşkilatları tərəfindən təşkil olunan məktəblərdir.  Azad məktəblər və akademiyalar bütün il ərzində açıq ola bilərlər. Onlar hətta öz istəklərinə uyğun olaraq tədris semestrinin müddətini və dərs gününü dəyişə bilərlər. 

 

Cənubi Koreya rəqəmsal dərsliklərə keçir 

Cənubi Koreyanın Təhsil Nazirliyi ölkənin təhsil sistemində elan etdiyi inqilabi   dəyişiklikləri davam etdirir. Ən son məlumata görə, Cənubi Koreya məktəblərində hazırda istifadə olunan bütün dərsliklər rəqəmsal olacaq. Məqsəd 2015-ci ilə kimi ölkədə çap məhsullarından istifadəyə son qoymaqdır. Bu dəyişiklik kompüterlər, noutbuklar,  masaüstü kompüterlər və smartfonlar istehsal edən şirkətlər üçün böyük bazar açır. Təhsil Nazirliyi bütün lazımi avadanlıqların alınması və təhsil kontingentinin rəqəmsal sistemə keçidi üçün 2.4 milyard ABŞ dolları xərcləməyə hazırdır.  Layihə hesablama şəbəkələrinin yaradılmasını nəzərdə tutur və bu, tələbələrə rəqəmsal ədəbiyyatları  əldə etməyə və ev tapşırıqlarını kompüterə yükləməyə imkan verir. Nəticədə tələbələr istənilən qurğunun köməyi ilə İnternetə bağlanmaqla ədəbiyyat əldə edə bilərlər.    Bundan əlavə, nazirlik 2013-cü ildən başlayaraq onlayn-siniflərin sayını artırmaq niyyətindədir. Bununla da bir sıra müxtəlif səbəblərə görə məktəblərə gələ bilməyən tələbələr virtual məşğələlərdə iştirak edə bilərlər. 2014-cü ilə kimi bütün ibtidai məktəblər rəqəmsal dərsliklərlə təmin olunacaq,  2015-ci ildə isə bütün dərsliklər bu sistemə keçəcək. 2015-ci ilə kimi bütün məktəblər simsiz İnternet bağlantısına malik olacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, Cənubi Koreya yeniyetmələri dünyada kompüter savadına görə birinci yerdədirlər. 

 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov