Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - 27

 

Təlim kursları yüksək səviyyədə təşkil olunur

 

İbtidai təhsilin keyfiyyətini yüksəltmək üçün, ilk növbədə, fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərin pedaqoji-metodik bacarıqlarını və fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır. Bu məqsədlə ibtidai sinif müəllimlərinin yeni fənn kurikulumunun tətbiqi üzrə təlim kurslarından keçirilməsi sahəsində son üç il ərzində müəyyən təcrübə əldə edilmiş, 2008-ci ildən başlayaraq yay aylarında Azərbaycanın bütün rayonları əhatə olunmaqla, minlərlə ibtidai sinif müəllimi təlim kurslarından keçmişdir.

2010-2011-ci tədris ilində isə I siniflərdə dərs deyəcək 8 minə yaxın ibtidai sinif müəllimi üçün yeni fənn kurikulumları üzrə təlimlər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində tender yolu ilə, yeni ixtisasartırma modeli əsasında həyata keçirilmişdir.

2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1-ci sinifdə dərs deyəcək, həmçinin son 3 ildə təlim kurslarından keçməyən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığının təmin edilməsi nəzərdə tutulmuş və bu istiqamətdə müvafiq təşkilati işlər aparılmış, müəllimlərin ixtisasartırma təhsili üzrə xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılmasına səy göstərilmişdir. Ötən müddət ərzində həmin vəzifənin icrası ilə əlaqədar bir sıra tədbirlər yerinə yetirilmişdir. Müəllimlərin ixtisasartırma təhsilinin yeni model, modul-kredit sistemi ilə həyata keçirilməsini nəzərdə tutan sənəd - "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" hazırlanmış və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir.

Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarını təşkil edəcək qurumları müəyyənləşdirmək məqsədilə cari ilin yanvar-fevral aylarında tender elan etmişdir. Qaydaya əsasən, bu tenderdə yalnız qeyri-hökümət təşkilatları iştirak edə bilər. Tender sənədlərində təlim xidmətlərinin respublikanın bütün rayon və şəhərləri əhatə olunmaqla 9 iqtisadi zona üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tender komissiyasına 7 təşkilatdan müraciətlər olmuş, təqdim olunmuş sənədlərin araşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra 5 təşkilat təlim kurslarını keçirmək hüququ qazanmışdır. Həmin qurumlardan biri  də Müasir Təhsil və Tədrisə Yardım Mərkəzidir.

Bu təşkilata Abşeron (3 təlim mərkəzində 580 nəfər müəllim, 8 nəfər təlimçi), Aran (19 təlim mərkəzində 2280 nəfər müəllim, 36 nəfər təlimçi), Dağlıq Şirvan (4 təlim mərkəzində 340 nəfər müəllim, 8 nəfər təlimçi) və Yuxarı Qarabağ (5 təlim mərkəzində 490 nəfər müəllim, 9 nəfər təlimçi) iqtitsadi zonaları üzrə təlim kurslarını təşkil etmək həvalə olunub. İyun-avqust aylarında adıçəkilən 4 iqtisadi zona üzrə 31 təlim mərkəzində cəmi 3690 nəfər ibtidai sinif müəllimi təlim kurslarından keçiriləcək. Onlarla 61 nəfər təlimçi məşğul olacaq.

Artıq yayın ilk ayı başa çatıb. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzindən aldığımız məlumata görə, bu ay ərzində təşkil edilən təlim kurslarında cəmi 779 müdavim iştirak edib. Onlardan 164 nəfəri Abşeron iqtisadi zonası, 151 nəfəri Yuxarı Qarabağ iqtisadi zonası (Füzuli-67 nəfər, Ağdam - 84 nəfər), 132 nəfəri Dağlıq Şirvan iqtisadi zonası (Qobustan - 50 nəfər, Şamaxı - 82 nəfər), 496 nəfər ibtidai sinif müəllimi isə Aran iqtisadi zonası (İmişli - 122 nəfər, Beyləqan - 96 nəfər, Şirvan - 81 nəfər, Salyan - 197 nəfər) üzrə təşkil olunan təlim mərkəzlərində kursdan keçirilib. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov