Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - 27

 

Sumqayıt Dövlət Universitetinin idman uğurları

 

Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldıqdan sonra, bütün sahələrdə olduğu kimi, ali məktəbin idman həyatında da əsaslı dəyişikliklər baş verdi. SDU-da tələbələrin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilməsi, fiziki sağlamlığa qayğı göstərilməsi ənənə şəkli aldı.

Tələbələrin futbol, voleybol, atletika, atıcılıq, stolüstu tennis və digər idman növləri ilə məşğul olmaları təmin edildi. Nəticə budur: bu gün tələbələr Azərbaycan birinciliyində, Avropa və dünya miqyaslı yarışlarda, universiadalarda yüksək nailiyyətlər əldə etməyə çalışırlar.

Sumqayıt Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında tədris, elmi-metodik və idman istiqamətində işlər aparılır. Kafedranın müəllimləri tərəfindən bu istiqamətlərdə lazımi metodiki vəsaitlər hazırlanıb, çap olunub.

Yeni idman nailiyyətlərinin qazanılmasında kafedranın müdiri, əməkdar məşqçi, dosent Z.Məmmədov, baş müəllimlər - M.Vəliyev, P.Əliyev, İ.Şamilova, X.Şahverdiyeva, M.Kərimova və C.Soltanovun əməyi böyükdür. Səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə onlar respublika Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Universitetin idman bazasında əsaslı təmirdən sonra idman zalı tələbələrin istifadəsinə verilib. Burada trenajor zalı, açıq havada gimnastika kompleksi, tir, iki voleybol meydançası və stadion fəaliyyət göstərir. Süni örtüklü mini-futbol meydançası inşa edilərək tələbələrin, əməkdaşların və Sumqayıt Futbol Federasiyasının yeniyetmə komandalarının istifadəsinə verilib.

Universitetdə idman bazasının yeni və müasir avadanlıqlarla təchiz olunması, aparılan əsaslı bərpa və yenidənqurma işləri yalnız bir məqsədə xidmət edir: müstəqil dövlətimizə sədaqətlə xidmət etmək üçün sağlam bədənli, sağlam ruhlu gənclər yetişdirmək.

SDU-da ayda bir dəfə keçirilən böyük Elmi Şurada universitet idmançılarının hər birinin qazandığı nailiyyətlər ayrıca qeyd olunur. Belə idmançılara universitetin fəxri fərmanları, xüsusi mükafatları təqdim edilir.

Respublika  ali məktəb tələbələri arasında futbol üzrə yarışlarda SDU-nun komandası hər il aktiv iştirak edir. 2010-cu ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında 6 növ (şahmat, dama, nərd, futbol, stolüstü tennis və voleybol) üzrə spartakiada keçirildi. Yarışlarda SDU-nun komandası uğurla çıxış edərək ümumi hesabda II yeri tutdu.

Gərgin zəhmət, keçirilən məşqlər ildən-ilə öz bəhrəsini verir. Tələbə-idmançılardan Elçin Mayılov, İlham Məmmədov, Firudin Musayev (sambo), Şimşəd Bəhrəmov, Tural İbrahimov (cüdo), Ramil Nadirov (kikboksinq), Emin Kərimov (karate-budo), Əhliman Səfərov (qolgücü), Məhəmməd Əkbərov (velosiped), Tomris Həsənova (uşu-sando), Şaiq Muradlı (qaydasız döyüş), Pərvanə Qasımova (dama) və b. müxtəlif yarışlarda yüksək nailiyyətlər qazanmış, mükafat, fəxri fərman və diplomlarla təltif olunmuşlar.

2009-cu ildə Türkiyənin Ankara şəhərində keçirilmiş karate-budo üzrə dünya çempionatında Emin Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Sankt-Peterburq şəhərində 50 ölkənin 7000 idmançısının iştirakı ilə bütün döyüş növləri üzrə keçirilmiş olimpiadada SDU-nun tələbələri - İmral Tağızadə və Hüseyn Qurbanzadə öz çəkilərində I yerə, universal döyüş üzrə Rumıniyanın Buxarest şəhərində keçirilmiş dünya çempionatında və Moldova Respublikasının Kişinyov şəhərində qaydasız döyüş üzrə keçirilmiş Qran-Pri üzrə dünya turnirində I kurs tələbəsi Şaiq Muradlı qızıl medala, Yunanıstanın Afina şəhərində sərbəst döyüş üzrə keçirilmiş dünya çempionatında Azərbaycan yığma komandasının üzvü, tarix fakültəsinin tələbəsi Orxan Seyfullayev III yerə, Bakı şəhərində keçirilmiş dünya çempionatında Azərbaycan yığma komandasının üzvü, tarix fakültəsinin tələbəsi Orxan Seyfullayev III yerə, Bakı şəhərində keçirilmiş respublika yarışlarında dama üzrə I kurs tələbəsi Pərvanə Qasımova I yerə layiq görülmüşlər.

Son on il ərzində tələbələr dünya Qran-Pri çempionatında 1 qızıl medal; dünya çempionatında 7 medal, o cümlədən 4 qızıl medal; Avropa çempionatında 3 medal - 2 ikinci yer, 1 üçüncü yer; Asiya çempionatında 2 medal, o cümlədən 1 birinci yer; beynəlxalq turnirlərdə 21 medal, o cümlədən 9 birinci yer qazanmışlar. 

T.HÜSEYNOVA,
SDU-nun Bədən tərbiyəsi və
idman kafedrasının əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov