Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

"Elektron təlimləndirən sistemlər" layihəsi xüsusi qayğıya ehtiyacı olan uşaqların  köməyinə gəlir

 

"Elektron təlimləndirən sistemlər" layihəsi "Nobel-T" təşkilatı tərəfindən reallaşdırılır. Məsafələri qısaldan bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yaşıdları arasında təmas imkanı yaratmaqla yanaşı, bir çox üstünlükləri ilə də seçilir.

"Nobel-T" MMC-nin direktoru Salam Əliyev bildirdi ki,  xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların təhsilini əhatə edən layihə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Layihə xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların təhsilə maraqlarının daha da artırılması, onların valideynlərinin öz övladlarının təhsilində rolunun müəyyən edilməsi, uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır: "Layihənin həyata keçirilməsi üçün Bakı şəhəri Səbail rayonu 219 nömrəli evdə məktəbi, bu məktəbin 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdlərdən təşkil olunmuş 8-ci sinfi və sinifdə dərs deyəcək yüksək elmi-pedaqoji təcrübəyə malik müəllim heyəti cəlb olunmuşdur.  Rəhbəri olduğum "Nobel-T" müəssisəsinin əməkdaşları və psixoloqları layihədə iştirak edən 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdin hər biri ilə fərdi qaydada görüşüb, onların fiziki-psixoloji vəziyyəti, ev və təhsilalma şəraiti ilə yaxından tanış olublar. Şagirdlərin anketləri və onların xəstəlikləri haqqında elektron baza da yaradılıb". Layihə çərçivəsində "Müasir məktəb" adlı İnternet portalının yaradılması, uşaqlar arasında xüsusi istedada malik olanların müəyyən edilməsi,  təhsilin bu səviyyəsi üzrə yüksək ixtisaslı müəllimlərin hazırlanması da nəzərdə tutulur.

S.Əliyev "Nobel-T" MMC-nin tərkibində "Məsafədən tədris" mərkəzinin yaradıldığını da deyir: "Bu mərkəzdə 3 bölmə - metodoloji tədris bölməsi, psixoloji-pedaqoji təhsilin fəaliyyəti bölməsi və məsafədən təhsilin elmi-texniki bölməsi fəaliyyət göstərir". Direktor xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların evdə təhsilində lazımı və onların xəstəliklərinə uyğun avadanlıqlardan istifadəyə diqqətin artırılmasını da vacib sayır. Belə ki, bu qəbildən olan uşaqların sağlamlıq vəziyyətlərindən asılı olaraq istifadə ediləcək kompüter və avadanlıqlara xüsusi texniki və proqram tələbləri qoyulmalıdır.

Layihənin İnternet portalından da danışan  S.Əliyev onu da qeyd etdi ki, portal "Elektron təlimləndirən sistemlər"in davamlı və uğurlu inkişafı üçün nəzərdə tutulub: "Burada mütəmadi olaraq müəllim və şagirdlərin interaktiv təlim metodlarına əsaslanan elektron dərs vəsaitləri, hazırladıqları təqdimatlar, əl işləri yerləşdiriləcək ki, ən yaxşı işlər və fəal müəllim və şagirdlər qiymətləndirilsin. Bu İnternet portalı müəllimlər, şagirdlər və məktəblər arasında  rəqabət mühitinin, eləcə də bu qəbildən olan şagirdlər üçün elektron resurslar mərkəzinin yaradılmasına səbəb olacaq. Portal müxtəlif xəstəlikləri üzündən evdə təhsil alan şagirdləri, onlara dərs deyən müəllimləri, şagirdlərin valideynlərini və Təhsil Nazirliyinin əməkdaşlarını əhatə edir". Təlim prosesinin "Elektron təlimləndirən sistemlər"dən istifadə etmə əsasında aparılmasının üstünlüklərinə də toxunan təşkilat rəhbəri deyir ki, bu qəbildən olan uşaqlar dövlətin və cəmiyyətin diqqətindən kənarda qalmadıqlarını bir daha hiss edəcəklər. Layihənin köməyi ilə şagirdlərin sağlamlığında, psixoloji durumunda ciddi dəyişikliklərin əldə edilməsi də mümkündür. Uşaqların diqqətinə biliyin yeganə meyar olduğu da çatdırılır. Layihənin bir üstünlüyü də fərdi inkişafa və özünütəkmilləşdirməyə nail olma imkanlarını artırmaqdır.

219 nömrəli evdə məktəbin direktoru Sədaqət Məmmədova  da layihənin gerçəkləşməsinin xüsusi qayğıya ehtiyacı olan şagirdlərin beynəlxalq İnternet şəbəkəsi vasitəsi ilə cəmiyyətə inteqrasiya etməsinə səbəb olacağını deyir. Bundan başqa, əgər şagird məlum səbəbdən dərsi mənimsəməzsə, onu təkrar dinləmək imkanı da qazanır: "Beləliklə, şagirdlərin imkanı olacaq ki, bütün fənlərdən bilik əldə etsin. Bu layihədə müəllimlərə də bilik və bacarıqlarını nümayiş etdirmək üçün daha geniş və yüksək şərait yaradılıb. Layihədə iştirak edən 26 müəllim kifayət qədər bilik və bacarığa, yüksək potensiala malikdir. Düşünürəm ki, layihədən irəli gələn təlim-tədris prosesi  müəllimlərimizin təkmilləşdirilməsində böyük rol oynayacaq və əldə edilən nailiyyətlərdən şagirdlərimiz lazımınca yararlanacaqlar". 

Şakir  CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov