Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - 28

 

Qanunun elan edilməsi və icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununu elan edirəm:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən

QƏRARA ALIR: 

Azərbaycan Respublikası Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

"Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi

10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir  müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir".

2. 70-ci maddənin "d" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda "e" bəndi əlavə edilsin:

"e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.". 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.
127-İVQD"
 

 

Qanunun icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu rəhbərlik və icra üçün  qəbul edilsin.

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil sektoru (N.Alnağıyeva), Hüquq sektoru (E.Həsənov) ilə birlikdə:

2.1.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq Təhsil Nazirliyinin nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.

3. Əmək Məcəlləsinin 10-1.3-cü maddəsinə uyğun olaraq təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflərini hazırlayıb rəhbərliyə təqdim etsinlər.

4. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alsınlar:

-son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;

-elmi dərəcə və ya elmi adının olması;

-dövlət təltifi ilə təltif edilməsi;

-attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;

-müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda;

-səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;

-işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

5. Təhsilin İdarəolunmasının Məlumat Sistemləri Şöbəsi (İ.Sadıqov) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil sektoru (N.Alnağıyeva) ilə birlikdə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə məlumat bazasının formalaşdırılmasını təmin etsin.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

6.1.Əmək Məcəlləsinin 10-1.2, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə əsasən müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil Nazirliyinə məlumat təqdim etsinlər.

6.2.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlasınlar, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər, nəticəsi barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat versinlər.

6.3.Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsini təmin etsinlər.

6.4.Qanunun icrası ilə bağlı yerlərdə maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər.

7. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov) təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparsın, ehtiyac olan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9. Ümumi şöbənin müdiri (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov