Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - �28

 

"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı
Dövlət Komissiyasının iclasları keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli sərəncamına əsasən yaradılmış "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısının sərəncamından irəli gələn əsas məqsəd və hədəflərdən bəhs etdi. Təhsilin bütün sektorlarında məktəbəqədər təhsil, ümumi orta məktəb təhsili, ilk və orta peşə-ixtisas təhsili, ali təhsil və onun bütün pillələrində əsaslı islahatların zəruriliyini vurğulayan sədr bildirdi ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir neçə mərhələdən ibarət bu iş ilk növbədə düzgün qurulmalıdır. O, eyni zamanda təhsilin yerli və beynəlxalq ekspertlər tərəfindən aparılan monitorinqinin nəticələrindən dolğun istifadə, beynəlxalq təcrübədən yararlanma və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə cavab verən kadrların hazırlanması məsələlərinə toxundu.

Komissiya sədrinin təklifi ilə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun rəhbərliyi altında əlaqədar dövlət qurumlarının təmsilçilərinin və tanınmış ekspertlərin daxil olacağı işçi qrupu yaradıldı.

İclasda çıxış edən komissiya üzvləri ölkədə təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasına dair qərarı yüksək qiymətləndirdilər və ümumən təhsilin inkişafı, habelə komissiyanın işi ilə bağlı fikirlərini söylədilər. YUNİSEF, Dünya Bankı və digər beynəlxalq təşkilatların köməyi ilə Azərbaycanda məktəbəqədər təhsil və ümumi orta məktəb təhsili sektorlarında başa çatan pilot layihələr barədə məlumat verildi, Milli Strategiyanın hazırlanmasında xarici ölkələrin təcrübəsindən bəhrələnməyin, Azərbaycan təhsilinin vəziyyətinə bələd olan beynəlxalq ekspertlərin bu işə cəlb edilməsinin faydalı olacağı vurğulandı.

İclasda Azərbaycan təhsilində müasir menecment və maliyyələşmə mexanizmlərinin və innovasiyaların tətbiqinin, Milli Strategiyada elm, təhsil və praktikanın vəhdət şəklində öz əksini tapmasının, sənəd hazırlanarkən orta məktəb məzunlarının uzunmüddətli monitorinqinin nəticələrindən istifadə olunmasının vacibliyi barədə fikirlər səsləndi.

İclasa yekun vuran komissiyanın sədri Ramiz Mehdiyev işçi qrupu qarşısında dayanan məqsədlərə nail olmaq üçün təşkilati və informasiya təminatı ilə bağlı çoxsaylı problemlərin həlli məsələlərinə toxundu.

Komissiyanın iclaslarının hər həftə keçirilməsi qərara alındı. 

***

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə iyulun 20-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ikinci iclası keçirilmişdir.

Əvvəlcə İşçi qrupunun tərkibi müzakirəyə çıxarıldı və müəyyən dəyişikliklərlə namizədlər təsdiq olundu.

İclasın gündəliyinə "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanmasını təmin etmək üçün müvafiq tədbirlərin müzakirəsi, Milli Strategiyanın hazırlanması metodologiyasının və "yol xəritəsi"nin təsdiq olunması, habelə müxtəlif təhsil sistemlərində aparılan islahatlara dair beynəlxalq tədqiqatın nəticələrinin təqdimatı məsələləri daxil edilmişdi.

Azərbaycanda təhsilin inkişaf strategiyasının hazırlanması metodologiyasına dair təqdim edilmiş təkliflərə baxıldı və geniş fikir mübadiləsindən sonra metodologiya qəbul edildi. Metodologiyaya əsasən, beynəlxalq təcrübəyə uyğun olaraq müasir təhsil standartları müəyyən edilməklə təhsilin cari vəziyyəti təhlil olunacaq və bunun əsasında Milli Strategiyanın əsas istiqamətlərini əks etdirən konsepsiya hazırlanacaqdır. Konsepsiya təhsilin inkişafı üzrə strateji fəaliyyət hədəflərini, müvafiq alt proqramları və layihələri özündə birləşdirən 2012-2021-ci illərdə Təhsil sahəsində islahatlar proqramının hazırlanmasını, illik tədbirlərin və bunların reallaşdırılmasına məsul olan dövlət qurumlarının müəyyənləşdirilməsini, eləcə də alt proqramların və konkret layihələrin təsdiq edilməsini nəzərdə tutur.

İclasda Komissiya tərəfindən müxtəlif təhsil sistemlərində islahatlar üzrə beynəlxalq tədqiqatın nəticələrinin təqdimatı da dinlənildi və müzakirələr aparıldı.

Komissiya beynəlxalq ekspertlərin layihəyə cəlbolunma qrafiklərinə də baxdı və İşçi qrupuna strategiya layihəsinin hazırlanması ilə bağlı tapşırıqlar verdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov