Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - �28

 

Xarici mətbuat səhifələrində

 

Litva təhsil sahəsində ciddi niyyətlərini ortaya qoyur 

Litva təhsil sahəsində ciddi niyyətlərinin olduğunu bildirir. Ölkənin təhsil naziri Gintaras Stepanaviçyus hesab edir ki, ölkədə ali təhsil sistemi ilə bağlı qərarların həyata  keçirilməsi nəticəsində Litva regionun bir neçə ölkəsini geridə qoyacaq. Onun sözlərinə görə, Litvanın təhsil sahəsində hədəfi 2020-ci ilə qədər Mərkəzi Avropada lider olmaqdır.  �Yaxın onillikdə Litvanın rəqabət qabiliyyətliliyi strategiyası� forumunda çıxış edən nazir qeyd edib ki, hazırda məsələ təkcə təhsilə ayrılan vəsaitlərdən getmir, həm də bu vəsaitlər necə xərclənir. Vəsaitlərin təhsil uğurlarına, nəticələrə görə ayrıldığını deyən nazir Litvada təhsil sisteminin ən yüksək standartlara meyilli olduğunu bildirib.  Avropa ali təhsilinin keyfiyyət böhranı yaşadığını deyən nazir əlavə edib ki, böhran kontinentin bütün ölkələrini əhatə edib. Litvanın İqtisadiyyat və İdarəetmə Universitetinin rektoru Neriyus Paçe isə hesab edir ki, ölkənin təhsil sistemində islahatların həyata keçirilməsi qaçılmazdır. Onun sözlərinə görə, ölkənin rəqabət qabiliyyəti təhsil və elmdən keçir. Xarici investorları ən çox təhsilli insanlar maraqlandırır. Buna görə də Litvanın gələcəyi təhsil və elmin inkişafındadır. 

İnvestisiya Çin təhsilinin keyfiyyətini artıran mühüm faktordur 

Çin təhsili bütün ölkələrdən olan tələbələrə bir çox imkanlar və üstünlüklər verməklə ildən-ilə daha sürətlə inkişaf edir. Çinin Təhsil Nazirliyi  ölkənin təhsil sisteminin daha da yaxşılaşdırılması vacibliyini əsas götürərək özünün ən yaxşı universitetlərinin elmi-tədqiqat potensialının gücləndirilməsi üçün qəti addımlar atır. Dünya iqtisadi böhranı və son illər iqtisadiyyatda baş verən hadisələrə baxmayaraq, təhsil sisteminin keyfiyyətinin artırılması üçün ciddi maliyyə vəsaitləri ayrılır. Hazırda Çin təhsilində yeniləşmə 2 istiqamətdə aparılır. İlk növbədə,  Çin universitetlərinin elmi-texniki bazası yaxşılaşdırılır, bu isə digər ölkələrdən alim və tələbələrin təhsilə cəlb olunmasına, elmi fəaliyyəti gücləndirməyə, bu sahədə digər ölkələrin ali məktəblərini geridə qoymağa imkan verir.  Hazırda Avropa və Amerikanın bir sıra alimləri ilə danışıqlar aparılır, onların Çin ali məktəblərində tədrisə cəlb olunması nəzərdə tutulur. Bu, tədrisin  səviyyəsini artırmağa və inkişaf etdirməyə imkan verir, digər tərəfdən, ali məktəblərin rəhbərləri bununla milli alimləri maraqlandırmağa çalışırlar. Bu cür yanaşma Çin alimlərinin özlərinin də inkişafına təkan verməlidir. 

İkinci istiqamət xarici investisiyaların Çin təhsilinə cəlb olunmasıdır. Hazırda investisiyaların əsas hissəsi daha perspektiv və daha müasir sahələrdə işləyən yeni tədqiqatçılar sinfinin  yaradılmasına və inkişaf etdirilməsi məqsədinə xidmət edir. Ali təhsilin inkişafı milli proqramına müvafiq olaraq yaxın 5 il ərzində yeni proqramların maliyyələşdirilməsi nazirlik və universitetlər tərəfindən birgə aparılmalıdır. Proqramlar tam həyata keçirildikdən və ilk nəticələr əldə olunduqdan sonra yeni dəyişikliklərin maliyyələşdirilməsini tam həcmdə universitetlər öz üzərilərinə götürəcəklər.

İnvestisiyaların daha bir istiqaməti ən yaxşı çinli aspirantları ABŞ və Avropa təhsilinə həvəsləndirməkdir. Bu gün 200-dən artıq elitar universitetdən olan 4 min aspirant xarici ölkələrin qabaqcıl ali məktəblərində oxuyurlar. Nazirlik onların hər birinin oxuması üçün ildə 20 min dollar xərcləyir. Aspirantların bilik və təcrübə qazanmaq üçün yollandıqları xarici universitetlərin siyahısı Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

Tacikistanda axşam məktəblərinin fəaliyyəti bərpa olunur 

Sentyabrın 1-dən başlayaraq Tacikistanda axşam məktəbləri yenidən fəaliyyətə başlayacaq. 20 illik fasilədən  sonra ilk dəfə eyni zamanda oxumaq və işləmək mümkün olacaq.  Tacikistanın təhsil nazirinin birinci müavini Fərhod Rəhimovun sözlərinə görə, Düşənbə meri paytaxtın 4 rayonunun hər birində 1 axşam məktəbinin açılması  təşəbbüsü ilə çıxış edib. Nazir müavini əlavə edib ki, artıq  axşam məktəbləri üçün tədris proqramları da hazırlanıb.    Xatırladaq ki, SSRİ-nin dağılması və Tacikistanda vətəndaş müharibəsinin başlanmasından sonra ölkədə təhlükəsizlik problemləri üzündən axşam məktəbləri bağlanıb. Sonralar isə Tacikistan hakimiyyəti, ümumiyyətlə, gəncləri axşam təhsilindən imtina etməyə qərar verib. Eyni zamanda ali məktəblərin də axşam və qiyabi təhsil formalarından imtina olunub. Lakin tacik gəncləri arasında savadsızlığın səviyyəsinin artması hakimiyyət orqanlarını  təhsil metodlarının alternativ variantlarını axtarmağa məcbur edir. Beynəlxalq təşkilatların məlumatlarına görə, hazırda məktəbyaşlı qızların 17 faizi təhsil prosesi ilə əhatə olunmayıb. Bu il ümumtəhsil məktəblərini 87 min məzun bitirib. Ali məktəblərə 29 min tələbənin qəbulu gözlənilir. Nazir müavini qeyd edib ki, 20 min yer �müqavilə� əsasında qəbul olunanlar üçündür. Bu yerlər üzrə təhsil ödənişlidir. Bəzi ali məktəblərdə tələbələr üçün illik ödəniş haqqı 3 min ABŞ dollarına çatır.  Ölkədə minimal əməkhaqqı 17 dollara bərabərdir. Tacikistan vətəndaşlarının 50 faizi isə yoxsulluq həddində yaşayır. 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov