Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - �28

 

"Əlvida, bağça, salam, məktəb"

 

Bakıdakı  69 nömrəli  körpələr evi - uşaq bağçasında "Əlvida, bağça, salam, məktəb" adlı  musiqili-əyləncəli  tədbir keçirildi. Həmin gün  bağçanın geniş və işıqlı musiqi zalı balacalar üçün  bayramsayağı bəzədilmişdi. Foyedə isə balacaların əl işlərindən ibarət müxtəlif boyalarla işlənmiş  rəsmlər göz oxşayırdı. Uşaqlar rəsmlərdə öz bacarıqlarını, istedadlarını, nəyə qadir olduqlarını göstərməyə çalışırdılar.

Balacalar çox sərbəst idilər. Rza, Elnur, Ümid, Elmira, Fəridə, Nihad və başqaları Azərbaycan, ana, müəllim, vətənpərvərlik  mövzularında,  Azərbaycanın  milli  qəhrəmanları haqqında çoxlu şeirlər söylədilər, dünya xalqlarının milli rəqslərini ifa etdilər, səhnəciklər göstərdilər. Onlar çoxlu  sayda riyazi düsturlar həll etdilər. Yusif və Nigarın dostluq, əmək və s. haqqında   söylədikləri  atalar sözləri  tamaşaçıları heyran  etdi.

Bağçanın müdiri Solmaz Quliyeva ömrümüzün bəzəyi, sevinci və fərəhi olan  körpələrə diqqət və qayğıdan danışaraq onların firavan yaşaması və sağlam böyüməsi üçün hər cür şəraitin olduğunu bildirdi. Qeyd etdi ki, bu  il Bakı şəhərində  məktəbəqədər yaşlı uşaqlar arasında  keçirilən "Bilik, bacarıq və qabiliyyət" müsabiqəsində  bağçanın  3 uşağı  müxtəlif nominasiyalar üzrə  qalib olub. Yasəmən Səfərova  "Bu dünya hamıya beşikdir" mövzusunda, Əminə Allahverdiyeva  rəsm üzrə, Nicat Babayev isə riyaziyyat fənni  üzrə  qalib adını qazanıblar. Bu il 25 uşaq  məktəbə yola salınır. Onların hamısı məktəb təliminə hazırdır. Balacaların bağçada yiyələndikləri bilikləri təhsil alacaqları orta məktəbdə də həvəslə davam etdirəcəklərinə ümid bəslədiyini bildirən Solmaz xanım  balaca məzunlarla daim əlaqə  saxladıqlarını da qeyd etdi. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov