Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - �28

 

İdmanın pedaqoji-metodik problemlərinin yorulmaz araşdırıcısı

 

Respublikamızda son qırx-əlli il ərzində fiziki tərbiyə və idmanın elmi-nəzəri və pedaqoji məsələlərinin araşdırılmasında, proqram-metodik bazasının yaradılması və inkişafında xüsusi xidmətləri olan, bu istiqamətlərdə təhsilimizə və pedaqogika elmimizə dəyərli töhfələr vermiş alim-mütəxəssislərdən söz düşəndə adı ilk çəkilənlərdən biri Baloğlan Quliyev olur. Bütün həyatını təhsilimizə xidmətə həsr edən, balalarımızın fiziki kamilliyi yolunda fədakarlıqla çalışan, pedaqoji ictimaiyyətimiz arasında fiziki tərbiyə və idmanın pedaqoji-metodik məsələlərini dərindən bilən mütəxəssis, pedaqoq alim kimi tanınan Baloğlan Sarı oğlu Quliyevin anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 50 ili tamam olur.

50 illik elmi-pedaqoji fəaliyyəti dövründə fiziki tərbiyənin tədrisinin aktual məsələləri ilə bağlı apardığı elmi-tədqiqat işləri, bu işlərin nəticəsi olaraq yazılıb çap olunmuş onlarla məqaləsi, kitabı, metodik tövsiyəsi, tərtib etdiyi proqramlar,  pedaqoji  kadrların hazırlanmasında uzun illər yaxından iştirakı xüsusi yer tutur.

Baloğlan Sarı oğlu Quliyev 1937-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı  kəndində anadan olub, orta məktəbi doğma kəndlərində bitirib. Bütün çevik, zəhmətkeş kənd uşaqları kimi onda da  uşaqlıqdan idmana böyük həvəs olub. Milli idmanımızın ən populyar növü olan güləşi  sevib və onunla müntəzəm məşğul olmağa başlayıb. Kənd uşaqları arasında başlayan güləş yarışları getdikcə öz miqyasını və dairəsini genişləndirərək rayon, zona, ölkə birincilikləri ilə əvəz olunub. Baloğlan bu turnirlərin çoxundan qələbə ilə qayıdıb,  çempion olub, yunan-Roma güləşi üzrə SSRİ idman ustası normasını ödəyib. Lakin idmana həvəs çoxları kimi onda keçici olmayıb, o, çox sevdiyi güləşi xalqımızın balalarına öyrətmək, onların fiziki tərbiyəsi ilə məşğul olmaq arzusuna düşüb və bu arzusunu gerçəkləşdirmək, fiziki tərbiyə müəllimi olmaq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  ali təhsil alıb. 1961-ci ildə akademiyanı bitirdikdən sonra 10 il texniki peşə məktəbində, orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.

B.Quliyevin fiziki tərbiyə müəllimi işlədiyi illərdə ölkəmizdə bədən tərbiyəsi və idmanın aktual elmi-nəzəri, pedaqoji məsələlərinin araşdırılması, əldə olunan nəticələrin ümumiləşdirilərək öz işlərində sırf təcrübəyə əsaslanan fiziki tərbiyə müəllimlərinə çatdırılması, beləliklə də fiziki tərbiyənin tədrisi keyfiyyətinin yüksəldilməsinə böyük ehtiyac duyulurdu. Bu zərurət, habelə Baloğlan müəllimdə elmi-tədqiqatlara həvəs 1971-ci ildə onu Azərbaycan Dövlət Elmi-Tədqiqait Pedaqoji Elmlər İnstitutuna gətirib. Müvəffəqiyyətlə imtahan verərək institutun aspiranturasına daxil olub. B.Quliyev həm aspiranturada oxuduğu illərdə, həm də sonralar ETPEİ-də kiçik elmi işçi, böyük elmi işçi, "Bədən tərbiyəsi və hərbi hazırlıq" şöbəsinin müdiri vəzifələrində işləyərkən fiziki tərbiyənin elmi-nəzəri və metodik məsələləri sahəsində geniş araşdırma və tədqiqat işləri aparmış, 1979-cu ildə "Fiziki tərbiyə üzrə nəzəri məlumatları mənimsəməyin şagird şəxsiyyətinə təsiri" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Elmi-Tədqiqat İnstitutunda çalışdığı dövrdə fiziki tərbiyə ilə bağlı  respublika və ümumittifaq miqyaslı elmi-praktik konfransların, pedaqoji mühazirələrin fəal iştirakçısı olmuş, həmin tədbirlərdə bu sahədə çalışan mütəxəssislərin diqqətini cəlb edən maraqlı məruzələrlə çıxış etmişdir. Ötən əsrin 80-ci illərinin əvvəllərində orta məktəb üçün bədən tərbiyəsi proqramının Azərbaycan dilinə səlis tərcümə edilməsində fəal və aparıcı mütəxəssis olmuş, 1981-ci ildə nəşr edilmiş proqrama, ilk dəfə 23 milli mütəhərrik oyunu, qızlar və oğlanlar üçün rəqs hərəkəti elementlərini daxil etmişdir.

Ömrünün elmi-pedaqoji fəaliyyətinin son 30 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlamış B.Quliyev 1983-cü ildən 1996-cı ilədək universitetin İdman fənləri kafedrasına rəhbərlik etmişdir. 1983-cü ildən ADPU-nun dosenti olan B.Quliyevin fiziki tərbiyə üzrə yüksək ixtisaslı mütəxəssis-müəllimlərin hazırlanmasında, respublika və beynəlxalq dərəcəli idmançıların yetişdirilməsində böyük zəhmət payı vardır.

Fiziki tərbiyənin tədrisinin səmərəliliyinin, gələcək müəllimlərin peşə hazırlığı  və idman ustalığının artırılması sahəsində fəal iş və elmi axtarışlar aparan B.Quliyev indiyədək 156 adda elmi-metodiki əsər və qəzet məqaləsi yazıb çap etdirmişdir ki, bunların da 38-i tədris proqramı və dərs vəsaitidir. Bunlardan 18 əsər xarici dildə nəşr olunmuşdur.

B.Quliyev SSRİ dövründə olduğu kimi, ölkəmiz müstəqillik əldə etdikdən sonra da beynəlxalq səviyyədə və ölkə miqyasında keçirilən elmi-metodik tədbirlərdə - konfrans və seminarlarda fəal iştirak etmiş və indi də etməkdədir. O, müdafiə şuralarında opponent və rəyçi kimi fəaliyyət göstərir, dissertantlarla, ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri ilə sıx əlaqə saxlayaraq onlara zəruri tövsiyələr verir, ixtisasartırma və yenidənhazırlanma kurslarında mühazirələr oxuyur, seminar və praktik məşğələlər aparır.

B.Quliyevin 50 illik elmi-pedaqoji fəaliyyətində 1976-cı ildə "Azərbaycan məktəbi" jurnalına əlavə kimi nəşrə başlamış "Məktəbdə bədən tərbiyəsi" məcmuəsindəki çalışmaları xüsusi bir dövr təşkil edir. O, təxminən 10 ildən artıq müddətdə bu məcmuənin ixtisas redaktoru və fəal müəlliflərindən olmuş, sözügedən nəşrin araya-ərsəyə gəlməsində, burada fiziki tərbiyənin nəzəri və təcrübi məsələləri üzrə müəllimlərə və tədqiqatçılara zəruri istiqamət verən yüksək səviyyəli elmi-nəzəri və metodik materialların dərcində mühüm rol oynamışdır. B.Quliyev 45 ildir ki, qəzetimizin fəal müəlliflərindən biri və oxucusudur. Onun indiyədək qəzetimizdə 30-a yaxın elmi-metodik yazısı dərc olunmuşdur.

B.Quliyevin idmançı və pedaqoq-alim kimi çoxillik və səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsi sahəsindəki xidmətləri diqqətsiz qalmamış, o, fəxri fərmanlar, təşəkkürlər almış, "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülmüşdür.

Zəngin və mənalı həyatı, elmi-pedaqoji fəaliyyəti müasir gənclərimizə nümunə olan Baloğlan müəllim bu gün də gənclik həvəsi və qüvvəsilə elmi-pedaqoji fəaliyyətini davam etdirir, çalışdığı universitetin ictimai işlərində fəallıq göstərir. Veteran pedaqoqu, alimi 75 yaşı və 50 illik pedaqoji fəaliyyəti münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV,
əməkdar jurnalist

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov