Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

İmişli rayonunda təşkil olunan təlim kurslarına yekun vurulub

 

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq İmişli rayon ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri təlim kurslarından keçmişlər. Kurslar 2011-2012-ci dərs ilində I siniflərdə dərs deyəcək, həmçinin son 3 ildə təlim kursundan keçməyən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədi ilə keçirilmişdir.

İmişli rayonu üzrə treninqlər Nizami Gəncəvi adına şəhər 2 nömrəli tam orta məktəbində təşkil olunmuşdur. İmişli Rayon Təhsil Şöbəsi təlimlərə cəlb olunacaq ibtidai sinif müəllimlərinin siyahısını dəqiqləşdirmiş, görüləcək bütün işləri təlim kurslarını təşkil edən Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi koordinasiya etmişdir. Hər bir təlim otağı zəruri texniki vasitələrlə (noutbuk, proyektor, ağ lövhə və s.) təchiz edilmişdir. İyunun 20-də keçirilmiş açılış mərasimində İmişli Rayon Təhsil Şöbəsinin müdiri R.Əmirov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru S.Tağıyeva çıxışlarında kurikulum tətbiqi üzrə təlim kurslarının müdavimlərə müsbət fayda verəcəyini bildirdilər.

Təlimlərə 5 qrup olmaqla 123 nəfər müəllim cəlb olunmuşdu. İştirakçılar kurikulumun mahiyyəti, yeni təlim metodları ilə iş üsulları, dərslik komplektlərinin xüsusiyyətləri ilə tanış edilmişlər. Bütövlükdə təlimlər iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanmışdır.

İmişli rayonunda məskunlaşmış Füzuli rayon məktəblərinin 3 müəllimi də kursda iştirak edib. Birinci siniflərdə dərs deyəcək müəllimlərə kurikulumla bağlı sənədlər toplusu təqdim olunmuşdur. Kursun sonunda əldə edilmiş biliklərin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilmişdir. Kursu bitirmiş müəllimlərə vahid formada sertifikatlar təqdim olunmuşdur.  

Sevdimalı HÜSEYNOV,
İmişli RTŞ metodik kabinetinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov