Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

"Gənc istedadlar" liseyində cari təmir başa çatıb

 

Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildə yaradılmış "Gənc istedadlar" liseyinin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar yetirməkdən ibarətdir.

Təlim Azərbaycan və rus dillərində aparılan liseydə ötən dörd il ərzində müvafiq maddi-texniki baza yaradılıb, müxtəlif ixtisaslar üzrə pedaqoji kollektiv formalaşmışdır.

2010-2011-ci dərs ilini də uğurla başa vuran pedaqoji kollektiv nailiyyətləri daha da dərinləşdirmək naminə yeni dərs ilinə ciddi hazırlıq görür.

Artıq liseyin bütün sinif otaqları rənglənib, qapı və pəncərələr təmir olunub. İlboyu saz işləyən istilik sistemi, elektrik xətləri bir daha nəzərdən keçirilib, yoxlanılıb.

25 sinif otağı ilə yanaşı, tədris ocağındakı kimya laboratoriyası, biologiya və fizika kabinetləri də cari təmir olunub, bir sıra avadanlıq və əyani vəsaitlərlə zənginləşdirilib.

Lisey rəhbərliyi yeni tədris ilində təlim göstəricilərini daha da yaxşılaşdırmaq, istedadlarla daha səmərəli məşğul olmaq, müəllimlərin innovasiyalarla yaxından tanış olub, təcrübədə tətbiqinə nail olmaq məqsədilə elmi-metodik işi canlandırmaq, tədris prosesinə demokratik zəmində nəzarət və köməyi yaxşılaşdırmaq istiqamətində illik fəaliyyət planı hazırlayır. 

Aytən MƏMMƏDOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov