Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

Xarici mətbuat səhifələrində

 

Türkiyənin  təhsil sistemində köklü islahatlar başlayacaq 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibinin formalaşmasından sonra verdiyi ilk bəyanatda ölkənin milli təhsil sistemində köklü islahatların həyata keçiriləcəyini bəyan edib. Türkiyə Böyük Millət Məclisində yeni hökumət proqramı  ilə çıxış edən R.T.Ərdoğan ölkənin təhsil sisteminin bütünlüklə yenidən gözdən keçiriləcəyini deyib. Baş nazir təhsil islahatının bəzi məqamlarını açıqlayıb. Onun sözlərinə görə, təhsildə bərabər imkanlar prinsipi dərinləşdiriləcək, uşaqların gələcəyə daha yaxşı hazırlıqlı olmaları üçün şərait yaradılacaq: 

 "2023-cü ildə dünyanın ilk 10 iqtisadi cəhətdən ən güclü ölkəsi arasında olmaq üçün məktəbəqədər təhsildən başlayaraq zənginliyimiz və ən önəmli rəqabət üstünlüyümüz olan uşaqlarımızın və gənclərimizin beynəlxalq arenada söz sahibi olacaq şəkildə yetişdirilməsi zərurəti var. Uşaq bağçasından tutmuş universitetə qədər bütün təhsil pillələri, milli dəyərlərimiz və beynəlxalq standartlar əsas götürülməklə təhsil sistemimiz tamamilə gözdən keçiriləcək və keyfiyyəti əsas tutan təhsil proqramı həyata keçiriləcəkdir". 

Baş nazirin sözlərinə görə, islahatlar  təhsil sisteminin  keyfiyyətini yüksəldən, məktəbin önəmli rolunu artıran, sınaq  imtahanları prosesini sadələşdirən, şagirdləri və onların valideynlərini razı salan kriteriyalar əsasında həyata keçiriləcək. Bu müstəvidə təhsili idarəetmə, müəllimlərin hazırlanması prosesi, təhsil mühiti və təlim vasitələri islahatların həyata keçirilməsini dəstəkləcəyək şəkildə gücləndiriləcəkdir.   

R.Ərdoğan qeyd edib ki, ilk növbədə, təhsilin keyfiyyəti artırılacaq, bir çox ölkələrlə müqayisədə daha gənc yaş səviyyəsinə malik olan müəllimlərimiz və uşaqlarımız üçün məktəblərimizdə innovativ dərsliklərin tətbiq olunmasına nail olacaq, bir çox köməkçi  vasitə və alətdən istifadə etməklə təhsilin keyfiyyətini yüksəldəcəyik. Uşaqlara elektron kitablar pulsuz paylanılacaq. Yeni ixtira və kəşflərə yol açacaq, gələcəyə istiqamət verən daha qabiliyyətli uşaqların aşkar edilməsinə və onların təhsilinə daha artıq önəm verəcəyik. 

R.Ərdoğan bəyan edib ki, ölkənin Yüksək Öyrətim Kurulu (Ali Təhsil Qurumu) də dərin islahata məruz qalacaq. Bunun nəticəsində universitetlərimiz daha artıq müstəqillik qazanacaq və onların öz aralarında yarışa biləcəyi rəqabət mühiti yaradılacaq. Təhsil Qurumunu  sadəcə universitetlər arasında koordinasiyaedici, akkreditasiyanı təmin və keyfiyyət standartlarını müəyyən edən bir quruma çevirəcəyik.  

 

Rusiyada məktəblilər İnternetdəki zərərli materiallardan qorunacaqlar 

Rusiyanın Federasiya Şurası uşaqlar üçün zərərli olan çap məhsullarının, audio- və videomaterialların yayılmasını qadağan edən qanun layihəsini qəbul edib. Sənəd "Reklam haqqında" qanun layihəsinə dəyişikliklər edilməsini  nəzərdə tutur.  Qanun dərslik və digər tədris vəsaitlərində reklamların yerləşdirilməsini qadağan edir.  Qanun layihəsi ilə yaşı 18-ə qədər olanlara hansı informasiyanın zərərli ola bilməsi müəyyən olunur. Eləcə də bu cür materialların yayılmasına görə məsuliyyət dərəcəsini müəyyən edir. Qanunun pozulmasına görə fiziki şəxslərin 2 min, hüquqi şəxslərin isə 50 min rubl cərimələnmələri nəzərdə tutulub. Qanuna əsasən  uşaqlar üçün zərərli materialların İnternetdə yerləşdirilməsinin qarşısı ciddi şəkildə alınacaq.  Bu cür hüquq pozuntularına görə 2 mindən 30 min rubla qədər cərimə tətbiq olunacaq.  Qanun layihəsi 2012-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.  

 

Tələbələr  300 saat fasiləsiz kitab oxuyublar 

Dominikan Respublikasından olan tələbələr  Ginnesin Rekordlar kitabına düşüblər. Onlar fasiləsiz olaraq uzunsürən kitab oxumağa görə dünya rekordu müəyyən ediblər.  Santo-Dominodan olan gənclər 300 saat fasiləsiz olaraq kitab oxuyublar. Bir-birini əvəz etməklə onlar 13 gün ərzində ölkənin keçmiş prezidenti, boş vaxtlarında ədəbiyyatla məşğul olmuş  Xuan Boşanın kitabını ucadan oxuyublar.  Tələbələrin kitab oxumaları prosesini izləmiş ictimai nəzarətçi onlara faktın Ginnesin Rekordlar kitabında qeydiyyata alınmasını təmin edən sertifikat verib.  5 nəfər tələbə əldə etdikləri nəticə ilə kifayətlənməyərək öz rekordlarını 365 saata qədər artırmağa qərar verib. Bu cür qeyri-adi davranışla  tələbələr öz həmvətənlərini gün ərzində heç olmasa bir saat kitab oxumağa vaxt ayırmağa çağırıblar.  Qeyd edək ki, əvvəlki rekord ABŞ-ın Florida ştatında olan kollecin  6 tələbəsinə məxsusdur. Onlar 10 gün ərzində 240 saat fasiləsiz kitab oxuyublar.     

 

Qazaxıstanda ali məktəblər tədqiqat universitetlərinə çevriləcək 

Son illər Qazaxıstanda təhsil sisteminin məzmunu keyfiyyətcə yaxşılaşıb. Qəbul olunmuş 2011 - 2020-ci illərdə təhsilin inkişafına dair Dövlət Proqramı bütün təhsil sisteminin - məktəbəqədər səviyyədən başlamış ali məktəbdənsonrakı mərhələyə qədər modernləşdirilməsini nəzərdə tutur. Proqramın həyata keçirilməsi aşağıdakı nəticələri təmin etməlidir: təhsil sahəsində rəqabət mühiti formalaşmalı,  elmi-tədqiqat ali məktəbləri yaradılmalı, maliyyələşmə sisteminin şəffaflığı və səmərəliliyi təmin olunmalı, təhsil kreditləri əlçatan olmalı, müəllimin nüfuzu yüksəldilməlidir.  Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalım Mutanovun sözlərinə görə, bu vəzifələrin həyata keçirilməsi üçün böyük və mürəkkəb işlər görmək tələb olunur.

Beynəlxalq reytinqlərə müvafiq olaraq Qazaxıstan ali təhsilin səviyyəsinə görə dünyada 51-ci yerdədir, innovasiya aktivliyinə görə isə Qazaxıstan 70-ci yerdədir. İqtisadi uğurlar əldə etmək üçün isə innovasiya aktivliyinin reytinq dərəcəsi ali təhsilin səviyyəsinə çatdırılmalıdır.  Xarici ölkələrin təcrübəsi göstərir ki, məhz tədqiqat universitetləri innovativ iqtisadiyyatın başlıca subyektidir. Buna görə də prezident Nursultan Nazarbayev  milli ali məktəblərin tədqiqat universitetlərinə çevrilməsi vəzifəsini qarşıya məqsəd qoyub. Bu proqrama görə universitetlər innovativ tədqiqatlar fəaliyyətinin həyata keçirilməsi istiqamətində daha güclü və müasir elmi infrastruktura malik olmalıdır. 

Latviya: 11 illiyə keçid 

Latviyada yeni təhsil modelinin tətbiqinə başlanılacaq. Ölkənin yeni seçilmiş  prezidenti Andris Berznış 12 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçilməsini təklif edir. Əgər dövlət başçısının təklifi həyata keçsə, onda Latviya 11 illik təhsil sisteminə malik yeganə Avropa Birliyi ölkəsi olacaq.  Hazırda 11 illik təhsil sistemi Rusiya, Belarus və Ukraynada mövcuddur. Avropa ölkələrinin əksəriyyətində təhsil 12 ildə aparılır, Böyük Britaniya, Norveç, Çexiya və Almaniyanın bir sıra federal ərazilərində məktəb təhsili 13 il davam edir.  Bu o demək deyildir ki, Avropa ölkələrində məzunlar məktəbi  20 yaşda bitirəcək, sadəcə bu ölkələrdə məktəb təhsili Latviyada olduğu kimi daha  erkən yaş dövründən başlayacaq. Latviyanın ali məktəblərinin müəllimləri prezidentin təklifini təəccüblə qarşılayıblar. Onlar qeyd ediblər ki,  yeni təklifin reallaşması əlavə vəsait və qüvvə tələb edir,  çünki tələbələrə onların orta məktəblərdə öyrənməli olduqları bilikləri mənimsətmək lazım gəlir.  

Facebook və Twitter Avstraliyada tədris olunacaq  

Avstraliya məktəblərində şagirdlər Facebook və Twitter-i xüsusi fənlər kimi öyrənməyə başlayacaqlar. Məktəblilərə sosial şəbəkələrdə virtual dostlarını təhqir etməmələri, şəbəkədə təhqiredici informasiyaların və ifşaedici materialların yerləşdirilməsindən qaçmaq, dostlarla ünsiyyət qurmaq öyrədiləcək.  Yeni fənnin tədris olunması təşəbbüsü ilə Avstraliya Valideynlər Assosiasiyası  çıxış edib. 2200 məktəbdə oxuyan şagirdlərin valideynlərini bir araya gətirən qurum bildirib ki, virtual ünsiyyət zamanı yeniyetmələr insanı necə incitdikləri  və ya onu təhqirə məruz qoyduqları barədə özlərinə hesabat verə bilmirlər. Şəbəkə etiketinin mərkəzləşdirilmiş qaydada öyrənilməsi barədə düşuncələrə əsas kimi İnternetdə bəzi gənclərin təhqir və alçaldıcı ünsiyyətdən sonra intihar etmələridir.  

 

İsraildə yeni qanun layihəsi hazırlanıb 

İsrail təhsil sistemində əsaslı islahatlar gözlənilir. Parlamentin (Knesset) təhsil, mədəniyyət və idman komitəsi  ölkənin təhsil sistemində ciddi islahatların aparılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Komitənin sədri Aleks Miller orduda xidmət etməmiş tələbələrin büdcədən maliyyələşdirilməsinin ləğv olunmasını təklif edir. Bu qanun səhhətinə görə hərbi xidmət keçməmiş və yaşı 17 tamam olduqdan sonra İsrailə gələn vətəndaşlara şamil olunmur. Orta məktəbdə oxuyarkən akademik təhsilə başlamış xüsusi istedadlı tələbələrə də bu qanun tətbiq olunmayacaq.   İsrail mətbuatı yazır ki, hazırda hökumət dövlət universitetlərində oxuyan hər bir tələbəyə ildə ən azı 10 min şekel (pul vahidi) ödəyir. Qanun müəllifləri hesab edirlər ki,  hərbi xidmət və ya alternativ xidmətdə olmamış və 18 yaşdan dövlət universitetinə gələn gənclərin təhsil haqlarının onların özləri tərəfindən ödənilməsi daha ədalətli olardı. İslahat tərəfdarları qeyd edirlər ki, bununla ölkə  vətəndaşlarının təhsil almaları üçün hansısa maneə yaratmırlar. Onlar sadəcə, tələbələrin bir qisminin öz hesablarına oxumalarını təklif edirlər.   

Xarici mətbuat materialları əsasında hazırladı:  Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov