Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

Vətənpərvərlik hissi aşılamaq başlıcaməqsədimizdir

 

Xalqımızın dahi oğlu, böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev təhsilin, müəllimlərin ən mühüm vəzifələrindən birini böyüməkdə olan nəslin vətənpərvər ruhda yetişdirilməsində görürdü. Böyük öndər hələ müstəqil Azərbaycanımızda hakimiyyətə gəldiyi ilk illərdə paytaxtın təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməyi təhsil işçilərinə, müəllimlərə tövsiyə edirdi. 

Biz müəllimlər ulu öndərimizin tövsiyəsini, tələbini daim diqqət mərkəzində saxlayır, gənclərə vətəndaşlıq şüurunun aşılanması, onların Vətənə sədaqət ruhunda tərbiyəsi üçün istər dərslərin, istərsə də dərsdənkənar tədbirlərin bütün imkanlarından istifadə edirik.

Bu gün gənclərin vətənpərvərlik tərbiyəsi xüsusilə aktuallıq kəsb edir. Çünki iyirmi ilə yaxındır əzəli düşmənimiz olan ermənilər torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş, bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşmüşdür. Hazırda da nankor düşmənlə üz-üzəyik. Buna görə də şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi biz müəllimlərin başlıca vəzifəsinə çevrilmişdir.

Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda inam hissini gücləndirir, onu qələbəyə ruhlandırır. Xalqımızın qədim və çağdaş tarixi güclü vətənpərvərlik hissinin doğurduğu qəhrəmanlıq nümunələri ilə zəngindir. Biz Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi igid və cəsur sərkərdələrimizlə həmişə fəxr etmişik və edirik. Onların şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır.

Mənfur düşmənlə ölüm-dirim savaşında Vətən uğrunda qəhrəmancasına həlak olmuş Çingiz Mustafayev, Eldar Tağızadə, Əlif Hacıyev, Salatın Əsgərova, Mübariz, Fərid, Rövşən, Ramil kimi yüzlərlə qəhrəman oğul və qızlarımızın ibrətamiz həyatı bugünkü nəslə örnəkdir.

Bütün bunları nəzərə alaraq biz məktəbimizdə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirir, bununla bağlı müxtəlif mövzuda çoxlu tədbirlər keçiririk. Yaxşı düşünülmüş, məzmunlu, Vətən eşqi ilə aşıb-daşan tədbirlərdən gənclərimiz böyük mənəvi fayda götürürlər.

Yola saldığımız dərs ili bu baxımdan xüsusilə zəngin olmuşdur. Dərs ili boyu keçirdiyimiz tədbirlər, xüsusən də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə "Haydı vətən oğulları", 20 Yanvarla əlaqədar "Qalx ayağa Azərbaycan", əsrin ən dəhşətli terroru Xocalı faciəsi ilə bağlı "Haray çəkən ellər", 31 mart qırğını ilə əlaqədar "Dur ayağa, məmləkətim", alman faşizmi üzərində qələbə ilə bağlı "İgid, cəsur sərkərdələrin nəvələriyik biz" mövzularında ədəbi-bədii kompozisiyalar, şairlərlə görüşlər şagirdlərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır.

Məktəbimizdə fəaliyyət göstərən "Kimlik" studiyası da tez-tez vətənpərvərlik ruhlu tədbirlər hazırlayıb keçirir. Studiyanın son vaxtlar keçirdiyi "Mən Azərbaycan türküyəm", "And içirik", "Xatun", "Elmin açarını bəxş edən məkan", "El oğlu, hay ver!"E mövzularında tədbirlər şagirdlərin böyük marağına səbəb olmuş, onlarda güclü vətənpərvərlik hissi doğurmuşdur. Məktəbimizin ədəbiyyat müəllimləri tərəfindən M.Müşfiqin doğum günü ilə əlaqədar olaraq keçirilən yubiley gecəsi, "Vətən mənim, vətən sənin, bizlər isə bu vətənin", "Repressiya qurbanları", "Qadın və bahar", "Novruz adətləri", "Narkomaniyaya yox" kimi tədbirlər akt zalımızın bəzəyinə çevrilmişdir. Bundan başqa, Moldova, Polşa və Belarus səfirlikləri ilə görüş keçirilmişdir. Bütün bu və ya digər tədbirlər müəllim və şagirdlərdə, həm də qonaqlarımızda xoş hisslərin, vətənpərvərlik duyğularının yaranmasına səbəb olmuşdur. 

Həcər BƏŞİROVA,
Bakıdakı 164 nömrəli  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov