Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

Azərbaycanın təhsil nazirləri

Məmməd İsmayıl oğlu Cuvarlinski

 

Məmməd İsmayıl oğlu Cuvarlinski 1902-ci ildə Qaryagin qəzasının (indiki Füzuli rayonunun) Cuvarlı kəndində anadan olub.

Həyatın ağrı-acısını çox tez dadıb. 1911-ci ildə ikisinifli kənd məktəbinə daxil olan Məmməd maddi çətinliklərlə bağlı təhsilini yarımçıq qoyaraq atası kimi fərdi təsərrüfat sahələrində çalışıb, ailəsinə kömək edib. Qəlbində oxuyub-öyrənməyə böyük həvəs və istəklə 1916-cı ildə Gəncə əmək məktəbinə gedib. Peşə qazanmaq arzusu da baş tutmayıb. Əvvəl şəhər idarəsində, sonra isə quberniya komissarlığında gözətçi işləyib.

Məmməd Cuvarlinski sosial-demokratların bolşevik fraksiyasına meyil edib, inqilabi təbliğat və təşviqatla məşğul olub, əhali arasında intibahnamələr yayıb. Bolşeviklərin ideyalarını öyrənən Cuvarlinski siyasi dünyagörüşünü genişləndirib.

Böyük Oktyabr sosialist inqilabı, Bakıda baş verən tarixi hadisələr onun ictimai şüuruna güclü təsir göstərir. Gəncə yerli hökuməti onu bolşevik olduğuna görə işdən çıxarır. Məmməd Cuvarlinski 9 aya qədər fəhləlik etdikdən sonra doğma kəndinə qayıdıb, Qaryagin qəzasındakı kəndlərdə kəndliləri yadelli istismarçılara, yerli zülmkarlara qarşı mübarizəyə çağıran təbliğat işi aparıb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Məmməd Cuvarlinski komsomol təşkilatçısı kimi fəallığına görə 1920-ci ilin sentyabrında bolşevik partiyasına qəbul edilib. Qaryagin Qəza İnqilab Komitəsinin təlimatçısı təyin edilən Cuvarlinski bir il sonra Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin sovet-partiya məktəbinə göndərilib, oranı bitirdikdən sonra Azərbaycan K(b)P Qaryagin Qəza İnqilab Komitəsinin təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib.

Moskvada ÜİK(b)P MK yanındakı partiya işçiləri hazırlayan kurslarda hazırlıq keçib, 1926-1929-cu illərdə Gəncə, sonra Quba dairə komitəsində təşkilat şöbələrində müdir işləyib, 1930-cu ildə Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin məsul katibi kimi fəaliyyət göstərib.

Sonralar Sabirabad Rayon Partiya Komitəsində katib, Dövlət Plan Komitəsində bölmə rəisi, Azərbaycan K(b)P MK-nın sovet ticarət şöbəsi müdirinin müavini, "Partiya işçisi" jurnalının məsul redaktoru kimi çalışıb. O, eyni zamanda pedaqoji işlə məşğul olub, 1932-1934-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun sosialist təsərrüfatı nəzəriyyəsi kafedrasına rəhbərlik edib. Sosialist təsərrüfatı və partiya quruculuğu məsələlərindən dərs deyən Məmməd Cuvarlinski 1933-cü ildə dosent elmi adına layiq görülüb.

Məmməd Cuvarlinski həyatı boyu Azərbaycanda maarifin inkişafına layiqli töhfələr verib. Belə ki, xalq maarifi komissarının müavini kimi o, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradılmasına böyük əmək sərf edib.

Azərbaycanda ictimai mövzuda məqalələrlə dövri mətbuatda mütəmadi çıxış edib, məktəb və maarif haqqında bir kitabça, iyirmiyə qədər məqalə yazıb. 1934-1935-ci illərdə Azərbaycanın xalq maarifi komissarı işlədiyi zaman Məmməd Cuvarlinski ümumtəhsil məktəb şəbəkəsinin yaradılması, pedaqoji kadr hazırlığının yaxşılaşdırılması və s. istiqamətlərdə tədbirlərin həyata keçirilməsində biliyini, bacarığını, qüvvə və əməyini əsirgəməyib.

Mədəniyyət və maarifin inkişafında xalq maarifi komissarı kimi özünəməxsus xidmətləri olan Məmməd Cuvarlinski "Bakinski raboçi" qəzetinin 15 yanvar 1931-ci il tarixli nömrəsində dərc edilən məqaləsində kənddə mədəni-maarif işlərinin təşkilində, inkişafında kənd müəllimlərinin rolunu ayrıca qiymətləndirib. O yazırdı ki, kənd müəllimi təbliğatçıdır, mühazirəçidir, maliyyə işçisidir, sözün geniş mənasında, kənd ictimaiyyətçisidir. Kənd müəllimi - bizim sovet müəllimi - kənddə partiya və sovet hökumətinin fəal bələdçisidir.

Xalq maarifi komissarı işləyərkən o, musiqi sənətinin inkişafı ilə də yaxından maraqlanıb. Bir faktı qeyd etmək yerinə düşərdi ki, böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayev xalq maarifi komissarı Məmməd Cuvarlinskiyə yazdığı məktubunda özünün yeni operası haqqında məlumat verib: "İndi yeni türk (Azərbaycan - red.) operası üzərində işləyirəm". Məmməd Cuvarlinski cavab olaraq bəstəkarın fikrini alqışlayıb, ona uğurlar diləyib.

Fövqəladə enerjili, narahat təbiətli, prinsipial şəxsiyyət Məmməd Cuvarlinski qısa ömrünü maarif və mədəniyyətimizin inkişafına sərf edib.

Onun təşəbbüskarlığı, xalqına bağlılığı ağır repressiya illərində acı nəticələrini verib. Mir Cəfər Bağırov tərəfindən millətçi adlandırılan Məmməd Cuvarlinski 1937-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın bürosundan və partiya işindən xaric olunub. Bu haqsızlığa etiraz edən Məmməd Cuvarlinski Moskvaya şikayətə getsə də, onu qabaqlayan Mir Cəfər Bağırovun göstərişi ilə həbs edilərək Bakıya qaytarılıb.

Məmməd Cuvarlinski repressiyaya məruz qalıb, 1937-ci ildə dünyasını dəyişib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov