Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

Beynəlxalq müsabiqələrin qalibi

 

Beynəlxalq müsabiqələr qalibi, gənc skripkaçı, qeyri-adi istedad sahibi  Mayılov Kənan Eldəniz oğlu 1995-ci ildə Bakıda  anadan olub.  Bakıdakı  81 nömrəli orta məktəbin X sinfində  təhsil alır. Musiqi duyumu  ilə fərqlənən Kənan  8 yaşında olarkən R.Hacıyev adına  15 nömrəli  Uşaq Musiqi  Məktəbinin   skripka şöbəsinə daxil olub. Öz istedadı və bacarığı ilə  yaşıdlarından  seçilən  yeniyetmə  hələ  II sinifdə oxuyarkən  Azad  Əliyevin  rəhbərliyi,  Azərbaycan Dövlət Simfonik  Orkestrinin müşayiəti   ilə  2 hissəli  konsert ifa edib. 2004-cü ildə  Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi xor kollektivlərinin respublika  müsabiqəsinə qatılan Kənanın   adı   birincilər sırasında  çəkilib.

K.Mayılov  bir çox konsert salonlarında,  Rəşid Behbudov adına  Mahnı Teatrında,  Üzeyir Hacıbəyli  adına  Azərbaycan Dövlət  Simfonik Orkestri və  Qara Qarayev adına  Kamera Orkestrinin müşayiəti ilə  Azərbaycan Dövlət Filarmoniyasının  səhnəsində əsərlər ifa edib. Onun repertuarında  H.Venyavski, Q.Qarayev, Niyazi,  P.İ.Çaykovski,  İ.S. Bax,  De Falya,  K.Sen-Sans, N.Paqanini, O.Sarasate, S.Raxmaninov, C.Tartini, Mendelson, O.Navacye,  B.A.Motsart, Aleksandrov və s. kimi  dünya klassiklərinin əsərləri mühüm yer tutur.

Kənanın  qeyri-adi istedada malik  olduğunu  görən valideynləri  onu   Leopold  və Mstislav Rostropoviçlər  adına 21 nömrəli Uşaq Musiqi  Məktəbinə  gətirərək, təcrübəli və qabaqcıl musiqi  müəllimi   İlhamə Ağayevanın sinfinə yazdırırlar.  Həmin ildən də Kənan bütün varlığı ilə  bu sənətə bağlanır, skripkanın  sirlərinə yiyələnməyə  başlayır.  Heç şübhəsiz, sonrakı nailiyyətlərin  əldə olunmasına  gərgin əmək, mətin  iradə  və ən başlıcası, musiqi duyumu, musiqi zövqü səbəb olub.

K.Mayılov   Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaranan Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin solistidir. Orkestrin tərkibində  müxtəlif dövlət tədbirlərində, Bakıda  keçirilən Beynəlxalq  M.Rostropoviç festivallarında  çıxış edib. Moskvada, Kazanda  və  başqa yerlərdə keçirilən Azərbaycan  mədəniyyəti günlərində  respublikamızı uğurla  təmsil edən Kənan M.O.Qostiner və M.Venqerov  kimi dahi musiqiçilərdən ustad dərsləri alıb.

O, 2009-cu ildə  L.M.Rostropoviçlər  adına  Gənc ifaçıların  II Bakı müsabiqəsinin  I dərəcəli diplomuna  sahib olub.  Həmin il məktəblilər arasında keçirilən  "Azərbaycan dünyam mənim" yaradıcılıq müsabiqəsinin rayon və şəhər turlarında I yerə,  eləcə də 2010-cu ilin aprelində Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Nazim Əliverdibəyov adına  Gənc ifaçıların  V ümumşəhər  müsabiqəsində  I yerə, həmin ilin  mayında  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  uşaq musiqi və incəsənət məktəbləri arasında  keçirdiyi  simli alətlər üzrə  II respublika müsabiqəsində  I dərəcəli diploma layiq görülüb. Ümumiyyətlə, 2010-cu il  Kənan üçün çox uğurlu olub.  O, müsabiqə yolu ilə  I və II turları müvəffəqiyyətlə keçərək  musiqi məktəbləri  içərisindən yeganə olaraq   Cənubi Koreyada  Beynəlxalq  Orkestrlə Azərbaycanı təmsil  edib.  

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  17 sentyabr  2010-cu il tarixdə imzaladığı  "Gənc istedadların  xüsusi təqaüdə  layiq görülməsi haqqında"  sərəncamı ilə bir qrup istedadlı gənclə birlikdə   Kənan Mayılovun da adı   Azərbaycanın gənc istedadlarının "Qızıl  kitabı"na yazılmaqla  Prezidentin  xüsusi aylıq   təqaüdünə layiq görülüb.

2011-ci ilin martında  Rusiyanın Omsk  şəhərində  keçirilən  Yuri     Yankeleviç adına beynəlxalq  müsabiqədə də  Kənan  vətənimizi layiqincə təmsil edib.  O, Omskın  orqan və kamera  musiqi zalında  5  böyük əsərlə çıxış edib. Müsabiqənin prezidenti,  dünya şöhrətli musiqiçi  Vladimir   Spivakov,   münsiflər heyətinin sədri  A.Brusilovski (Fransa), münsiflər  İ.Boçkova  (Rusiya),   E.Qaretti (İtaliya),  Ham Yun Kim (Koreya),  A.Muravyov   (Rusiya),   E.Cukerman  (Rusiya)  və digərləri   Kənanın  ifasını çox bəyəniblər.    A.Brusilovski    Kənanın çox perspektivli  və yüksək texnikalı  gənc olduğunu da vurğulayıb. Yenidən səhnəyə qaytarılan skripkaçı    Raxmaninovun  romansını  ifa edərkən  tamaşaçılar  çox  təsirlənərək   onu alqışlayıblar. Gənc və istedadlı   skripkaçı  Kənan bu  müsabiqədən də   xüsusi diplom və fəxri   fərmanla  vətənə qayıdıb.

Sevindirici haldır ki, K.Mayılov 2011-ci ilin  iyununda  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Rusiya  Federasiyasının ölkəmizdəki  səfirliyinin,    rus cəmiyyətinin keçirdiyi  Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş müsabiqədə də  öz məharətini  göstərərək  I dərəcəli diploma layiq görülüb.

Kənan  ona göstərilən  qayğıdan söz düşəndə, ilk növbədə, ölkə Prezidenti  cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı,  millət  vəkili  Mehriban  Əliyevaya   minnətdarlığını    bildirir və ona verilmiş  Prezident  təqaüdçüsü  adını doğruldacağına  söz verir. Kənanın ən böyük arzusu    gələcəkdə xaricdə təhsilini davam etdirmək, adının dünya şöhrətli musiqiçilərinin sırasında  çəkilməsinə nail olmaq  və Azərbaycana layiqli bir vətəndaş kimi öz borcunu yerinə yetirməkdir. Bunun üçün də o, var qüvvəsi ilə, əzmlə çalışır.  Əlbəttə ki, bu arzuların gerçəkləşməsində təhsil aldığı məktəbin pedaqoji kollektivinin də böyük əməyi vardır.

Arzular isə zəhmət olan yerdə hökmən  gerçəkləşir.  

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov