Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına daxil olmuş tələbələrlə görüş keçirilib

 

Avqustun 2-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bu nüfuzlu ali məktəbə daxil olmuş tələbələr və onların valideynləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, bu il MDU-nun Bakı filialının tətbiqi riyaziyyat, kimya, filologiya və psixologiya fakültələrinə 290-dan çox abituriyent imtahan vermiş, tələbə adına isə 100 nəfər layiq görülmüşdür.

Görüşdə qəbul komissiyasının üzvləri, MDU-nun tanınmış alimləri və professorları da iştirak etmişlər.

Tədbirdə çıxış edən rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək vurğulamışdır ki, bu gün onların həyatında çox əlamətdar günlərdən biridir. Tələbə adına layiq görülmüş gənclərin elmin çətin və şərəfli yoluna qədəm qoyduğunu söyləyən N.Paşayeva qəbul imtahanlarının yüksək səviyyədə keçirilməsinə görə qəbul komissiyasının üzvlərinə təşəkkür etmişdir. Rektor demişdir: "Qəbul komissiyasının bütün üzvləri imtahanların obyektiv və vicdanla keçirilməsi, məhz ən yaxşı abituriyentlərin seçilməsi üçün səy göstərmişlər. Həqiqətən ən yaxşı abituriyentlər seçilmişlər".

MDU-nun Bakı filialının tələbəsi adının şərəfli və eyni zamanda məsuliyyətli ad olmasını vurğulayan N.Paşayeva təhsil dövrünü bu tədris müəssisəsinə qəbul edilmiş gənclərin həyatında ən mühüm mərhələ adlandırmışdır. Rektor demişdir: "Biz sizə sadəcə universiteti bitirmək haqqında sənəd vermirik, biz sizə bilik veririk və siz bu bilikləri qəbul etməlisiniz".

"Universitet böyük sosial təsisatdır, burada təkcə mütəxəssislər deyil, həm də şəxsiyyətlər formalaşır", - deyən Nərgiz Paşayeva vurğulamışdır: "Bizim başlıca vəzifəmiz sizi müdrikliyə, biliklərə yaxınlaşdırmaqdır. Bizim məqsədimiz mükəmməl insan yetişdirməkdir. Bu uzun və çətin prosesdir, lakin biz buna çalışacağıq".

N.Paşayeva görüş iştirakçılarının nəzərinə çatdırmışdır ki, tələbələrə M.V.Lomonosov adına MDU-nun yüksək ixtisaslı pedaqoqları dərs deyəcəklər.

Mərasimdə MDU-nun rus dili kafedrasının böyük müəllimi, pedaqoji fəaliyyətinə görə Lomonosov mükafatı laureatı Valeriya Baqryantseva, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi, psixologiya elmləri namizədi Andrey Kiselnikov, qəbul komissiyasının məsul katibi, kimya elmləri doktoru Sergey Karlov çıxış etmişlər. Onlar qeyd etmişlər ki, bu ali məktəbə daxil olmuş bütün abituriyentlər yüksək bilik, qabiliyyət və əzmkarlıq nümayiş etdirmişlər. Vurğulanmışdır ki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetində və MDU-nun Bakı filialında tələbələr eyni tədris proqramları üzrə təhsil alırlar.

Müəllimlər tələbələri MDU-nun Bakı filialında yaradılmış geniş imkanlardan maksimum səmərə ilə istifadə etməyə çağırmışlar. Ali məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkil olunmasında, onun maddi-texniki bazasının möhkəmlənməsində rektor Nərgiz Paşayevanın xidmətləri yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, filiala daim diqqət göstərilməsi Azərbaycanda humanitar sahənin inkişafı üçün yaxşı zəmin yaradır.

Çıxış edənlər Azərbaycanda rus dilinə marağın yüksək olmasından razı qaldıqlarını da bildirmişlər. Bu il MDU-nun Bakı filialında ən böyük müsabiqə filologiya fakültəsində olmuşdur. Filialın ən gənc fakültəsi olan psixologiya fakültəsinə də diqqət ilbəil artır.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov