Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

Vakant yerlərə işə qəbul olunmaq istəyən müəllimlər imtahan verirlər

 

Xəbər verdiyimiz kimi, bu il Təhsil Nazirliyi sistemindəki bütün tipdən və növdən olan ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçiriləcək.

3 mərhələdən ibarət olan müsabiqənin I mərhələsində müsabiqədə iştirak etmək istəyənlərdən elektron ərizələr qəbul olunur. Onların təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsi ilə qiymətləndirilir və qiymətləndirmə nəticəsində də hər bir müəllimə bal verilir.

II mərhələdə namizədlər test imtahanında iştirak edirlər. Bu mərhələdə onlar kompüter arxasında əyləşərək  elektron imtahan verir, yəni elektron formasında təqdim olunan sualları 1 saat ərzində cavablandırır və elə imtahan otağını tərk etməmiş nə qədər bal topladıqlarını bilirlər. Bundan sonra onların elektron ərizələrində göstərdikləri məktəblər üzrə yerləşdirmə aparılır və hər bir müəllimə bu haqda elektron məlumat göndərilir.

III mərhələdə isə müsahibə keçirilir, yəni işə qəbul olunanlar dəvət olunaraq onlarla söhbət aparılır. Bu il ilk dəfə tətbiq olunan bu mərhələdə əsas məqsəd işə qəbul olunan müəllimlərlə tanışlıq, onlarla ünsiyyət yaradılması, onların şəxsi işlərinin elektron ərizədə göstərilən məlumatlarla tutuşdurulmasıdır.

Artıq müsabiqənin I mərhələsi arxada qalmışdır. Təhsil Nazirliyindən aldığımız məlumata görə, iyulun 1-dən 15-dək davam edən bu mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə vermişdir. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsi ilə aparılmış qiymətləndirməsi nəticəsində 8700 iddiaçının ərizəsi təsdiq edilmiş və onlar müsabiqənin II mərhələsinə buraxılmışlar.

İbtidai sinif müəllimliyi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olmuşdur. Belə ki, bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə vermişdir. Ona görə də bu ixtisas üzrə ən yüksək müsabiqə vəziyyəti yaranmışdır.

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də çox ərizə verilmişdir.

Müsabiqənin II mərhələsinə - namizədlərin test imtahanını vermələrinə iyulun 26-da başlanıb və o, hazırda davam edir: namizədlər Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ixtisaslar üzrə elektron imtahan verirlər.

Təhsil Nazirliyi Strateji  təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri F.Qədirovdan aldığımız məlumata görə, artıq ibtidai sinif müəllimliyi ixtisası üzrə imtahanlar başa çatıb. İyulun 26-dan 30-dək davam edən imtahanlarda 1244  iddiaçı iştirak edib. İmtahanların nəticələrinə əsasən 98 nəfər işə qəbul olunub, 12 vakant yer qalıb. F.Qədirov bildirdi ki, vakant yerlər bütün imtahanlar başa çatdıqdan sonra keçid balını toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif olunacaq, razılaşsalar, biz onları həmin yerlərə göndərəcəyik.

Biz Təlim Mərkəzində olanda burada ingilis dili müəllimliyi ixtisası üzrə imtahan gedirdi. Onların imtahanı avqustun 1-də başlamışdı və 5-dək davam edəcəkdi. Öyrəndik ki, ingilis dili üzrə 241 vakant yerə qarşı (onların 68-i Bakı şəhərindədir) 1529 nəfər imtahana buraxılıb.

Növbəti həftə Azərbaycan dili və ədəbiyyat, ondan sonra isə kimya, tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, GÇH, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək və beləliklə, avqustun sonuna müsabiqənin II mərhələsi başa çatacaq.

İmtahanlar üçün dəqiq qrafik tutulub. Gün ərzində saat 9.00-dan başlayaraq hər birinə saat yarım vaxt ayrılmaqla 6 imtahan keçirilir. Hər dəfə 60 nəfər olmaqla gün ərzində 360  nəfər imtahan verir. İmtahanların normal keçirilməsi üçün Təlim Mərkəzində hər cür şərait yaradılıb. İmtahanlar şəffaf aparılır. Onlarda insan amilinin iştirakı sıfıra endirilib.

F.Qədirovdan onu da öyrəndik ki, indiyədək 3 min nəfərə qədər müəllimdən imtahan götürülüb. Hələ heç kəs bir dəfə də olsun imtahanların təşkili və aparılmasından narazı qalmayıb. Əksinə, hamı, hətta imtahandan az bal toplayanlar belə, onun təşkili və gedişindən razılıq edirlər.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov