Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində istehsalat təcrübəsində olublar

 

Naxçıvan Dövlət Universitetinin dünya elminə uğurlu inteqrasiyasında bu ali məktəbin dünyanın məşhur ali təhsil ocaqları ilə  çoxşaxəli beynəlxalq əlaqələri mühüm rol oynayır. Təməli 1999-cu ildə Təbiətşünaslıq fakültəsinin nəzdindəki pediatriya ixtisası ilə qoyulan, 2003-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərən Tibb fakültəsi isə bu əlaqələrin önündə gedir. Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafına, yerli tibbi kadrların yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğının təzahürüdür ki, fakültənin müəllim və tələbələri Türkiyə Respublikasının Elazığdakı Fırat, İzmitdəki Kocaeli, Kayseridəki Erciyez, Ərzurumdakı Atatürk, Van 100-cü il, Qars, Ankara universitetlərində istehsalat təcrübələri, ixtisasartırma kursları keçirlər.

NDU-nun rektoru, akademik İsa Həbibbəyli ilə Türkiyənin Kayseri şəhərindəki Erciyez Universitetinin rektoru, professor, doktor Fəxrəddin Keleştetmur arasında bağlanan müqavilə əsasında bu yaxınlarda Tibb fakültəsinin 20 nəfər müxtəlif kurs tələbəsi adıçəkilən universitetdə istehsalat təcrübəsində oldu. Fakültənin dekanı, dosent Bəhruz Məmmədov, Naxçıvan MR-in əməkdar həkimi, fakültənin baş müəllimi, tibb elmləri namizədi İsa Abdullayev, Azərbaycan Respublikasının əməkdar müəllimi Kubra Cəfərova, universitetin kliniki xəstəxanasının baş həkimi Yaşar Rzayev də heyətə qatılmışdılar.

Erciyez Universitetinin rektoru, professor, doktor Fəxrəddin Keleştetmur, Tibb fakültəsinin dekanı, professor, doktor Məhəmməd Güvən, Tibb fakültəsinin xəstəxanalarının baş həkimi Qudrət Doğru başda olmaqla kollektiv Naxçıvandan gələn heyəti yüksək qonaqpərvərliklə, hərarətlə qarşıladı.

Universitetin Tibb fakültəsinin 1500 çarpayılıq 5 xəstəxanası - Hematologiya-onkologiya, Orqan köçürülməsi və dializ, Ürək və damar xəstəlikləri, Uşaq xəstəxanaları, Sümük iliyi köçürülməsi mərkəzi var.  Bu xəstəxanalar Kayseri şəhəri ilə yanaşı, Aksaray, Nevşehir, Yozqat, Kahramanmaraş və digər ətraf bölgələrin də əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərərək xalqın sağlamlığı keşiyində durur. Bu səhiyyə ocaqları eyni zamanda fakültə üçün fundamental təcrübə və elmi-tədqiqat mərkəzi rolunu oynayır.

Fakültə dekanı, professor, doktor Məhəmməd Güvən və baş həkim Qudrət Doğrunun təşkilatçılığı və qayğısı ilə Uşaq xəstəxanasında, Cərrahiyyə, Daxili xəstəliklər, Endokrinologiya, Ağciyər xəstəlikləri, Hemotologiya, Onkologiya, Təcili tibbi yardım, Doğum şöbələrində müxtəlif xəstəliklərin müayinəsində fəal iştirak edən gələcək həkimlərimiz müasir müalicə üsullarını, ən yeni tibbi texnologiyadan istifadəni öyrəndilər.

Yerli həkimlər tələbələrimizdən Əfsun Ənnağıyev, Elvin Əliyev, Şəfa İsgəndərova, Fəxriyyə Məmmədova, Çinarə Ağahəsənova və Aydan Hüseynlinin nəzəri bilik səviyyələrindən və praktik məlumatlarından razılıqla söz açdılar.

Səfər çərçivəsində Kayseridə 2006-cı ildən fəaliyyət göstərən, 60 üzvü olan Türk Dünyası Qadınları Dayanışma Mərkəzində də olduq. Dəmət Ərkılıçın rəhbərliyi, Fəzilət Keleştetmurun təşkilatçılığı ilə türkdilli xanım tələbələri öz ətrafında sıx birləşdirən dərnək onların sosial məişətləri ilə maraqlanır, problemlərinin həllində dəstək olur.

Səfər zamanı naxçıvanlı qonaqlar üçün şəhərin 15 km cənub-qərbində, 3917 m yüksəklikdə yerləşən Erciyez dağına, qədim insan məskənlərinin yerləşdiyi Kapadokya muzey-şəhərinə ekskursiya təşkil olunmuşdur.

İstehsalat təcrübəsinin sonunda uni

versitet rəhbərliyi tərəfindən yaddaqalan vida mərasimi hazırlandı. Rektor, professor Fəxrəddin Keleştetmurun, fakültə dekanı və xəstəxanaların baş həkimlərinin  iştirakı ilə keçirilən tədbirdə universitetimizin Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov yüksək qonaqpərvərlik və səmimi münasibət üçün kollektivimizin minnətdarlığını çatdırdı. Sonda müəllim və tələbələrimizə sertifikatlar təqdim olundu.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov