Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

Peşə təhsili sahəsində əlaqələr genişlənir

 

Ölkə Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"na müvafiq olaraq peşə təhsili sahəsində qabaqcıl təhsil texnologiyalarının öyrənilməsi, tətbiqi, yeni texnika və mütərəqqi texnologiyaları bilən kadr hazırlığı istiqamətində əməli tədbirlər görülməkdədir. Həyata keçirilən çoxsaylı tədbirlərdən biri də ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji işçilərin ixtisaslarının artırılmasına dair Türkiyə Respublikası Təhsil Nazirliyi ilə əldə edilmiş razılıq olmuşdur. Türkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) maliyyə dəstəyilə həyata keçirilən bu layihəyə uyğun olaraq, Azərbaycanın peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji işçilər hər il 10 nəfər olmaqla 3 il ərzində Türkiyənin İzmir Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə Liseyindəki  sənayenin avtomatlaşdırma texnologiyaları üzrə Müəllimlərin Təlim Mərkəzində biraylıq təlim kursu keçmişlər.

Məlumat üçün qeyd edək ki, 2003-cü ildə adıçəkilən liseydə pilot layihə kimi Yaponiya dövlətinin dəstəyi ilə özündə elektronika, elektrik, kompüter və mexanika sahələrinə aid ixtisasları birləşdirən sənayenin avtomatlaşdırma texnologiyaları peşəsi üzrə kadr hazırlığına başlanmışdı. Layihənin böyük uğurla həyata keçirilməsi nəticəsində hazırda Türkiyədə 20 peşə liseyində bu cür çoxşaxəli kadr hazırlığı təşkil edilmişdir.Həmin ixtisasa uyğun müəllim hazırlığını təmin etmək üçün İzmir Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə Liseyinin bazasında ilboyu fəaliyyət göstərən Müəllimlərin Təlim Mərkəzi yaradılmışdır.

2011-ci il mayın 2-də başlayan sonuncu təlim kursunda 7 nömrəli Bakı peşə liseyinin müəllimi Aynur Atakişiyeva,  12 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi ustası Ülviyyə Nadirova,  13 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi ustaları  Elmira Namazova və Lamiyyə Orucova,  18 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi ustası Aygün Musayeva,  Şamaxı peşə liseyinin müəllimi Fuad Soltanov, Tovuz peşə liseyinin müəllimi Rəxşan Sultanov, Lerik peşə məktəbinin müəllimi Hicran İbrahimov və  Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin müəllimi Rəşad Şahverdiyev iştirak etmişlər.

Azərbaycandan olan nümayəndə heyətinin gəlişi ilə bağlı təşkil edilmiş rəsmi mərasimdə İzmir Şəhər Təhsil İdarəsinin müdiri Nuru Çakıral və digər rəsmi şəxslər iştirak etmişdir. Rəsmi görüşdən sonra həmyerlilərimiz liseylə yaxından tanış olmuşlar.

Lisey tədris, idarə, emalatxana və müəllim hazırlığı binası olmaqla 4 müstəqil korpus, eləcə də  yeməkxana və bufet korpusuna malikdir.

Bütün kabinetlər, laboratoriya və emalatxanalar kompüter və proyektorlarla təchiz edilmiş, müəllimlərin iş otaqları kompüter dəsti və istirahət üçün lazımi məişət avadanlıqları ilə təmin edilmişdir.

Liseyin büdcəsi əsasən üç mənbədən gələn vəsait hesabına maliyyələşir: dövlət tərəfindən hər şagird üçün ayrılan vəsait, valideynlər tərəfindən liseyə könüllü edilən yardımlar və büdcədənkənar gəlir.

Sənayedə tənzimlənən texnoloji proseslərin idarə olunmasında, xüsusilə robot texnikasında geniş istifadə olunan xüsusi mikroidarəedici vasitələr və PLC elementləri ilə tanışlıqla başlayan təlim prosesi onların təsnifatı və proqramlaşdırılması üçün lazım olan alqoritmik dillər haqqında məlumatların verilməsi, praktik olaraq onlardan istifadə etməklə müəyyən sadə proseslərin idarə olunması ilə davam etdirilmişdir.

Xüsusi kompüter proqramlarının köməyilə virtual olaraq kompüterdə  müxtəlif elektrik dövriyyəsinin, elektro-pnevmatik sistemlərin və elektromexaniki və ya sırf mexaniki intiqalların qurulması prosesi  xüsusi maraq kəsb etmişdir. Bu proqramların əsas üstün cəhəti ondan ibarətdir ki, avadanlıqlar olmadan belə cızılmış elektrik dövriyyəsinin və intiqalların düzgün yığılıb-yığılmadığını, habelə dövriyyənin və işçi alətlərin işləməsini vizual olaraq monitorda görmək olur.

Virtual olaraq qurulmuş sxem və intiqalları laboratoriyadakı stendlərdə və ya verilən avadanlıqların köməyilə mexaniki olaraq yığmaqla real həyatda onların iş prinsipini izləmək mümkün olmuşdur.

Həftəsonu azərbaycanlı müdavimlər ücün Kuşadasına, Məryəmana ziyarətgahına, Səlcuq şəhərciyinin yaxınlığındakı qoruq olan Şirincə kəndinə, eramızdan 4000 il əvvəl salınmış qədim Efes şəhərinə, Egey bölğəsinin Çeşmə və İlica şəhərləri kimi tarixi və görməli yerlərinə gəzintilər təşkil olunmuşdur.

Mayın 27-də kursun və eyni zamanda 3 il davam edən layihənin müvəffəqiyyətlə başa çatması ilə bağlı Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin Texniki və Peşə Təhsilinin dairə müdiri Yüsel Yüksel, İzmir Şəhər Təhsil İdarəsinin müdiri Nuru Çakıral,  Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə Liseyinin direktoru Hamit Doğan, İzmir şəhərinin peşə təhsili şöbəsinin müdiri və İzmirin bir çox peşə liseylərinin rəhbərlərinin iştirakı ilə təntənəli mərasim təşkil edilmiş və tədbir sertifikatların verilməsilə başa çatmışdır.

Görüşdə qardaşlaşmış peşə təhsili müəssisələri, qarşılıqlı müəllim və şagird mübadiləsi və s. haqqında maraqlı fikirlər səslənmişdir.  Qeyd olunmuşdur  ki, belə layihələrin həyata keçirilməsi ölkəmizdə peşə-ixtisas təhsili sahəsini yeni inkişaf səviyyəsinə qaldırmağa əlverişli şərait yaradacaq, eyni zamanda dost və qardaş Türkiyə Respublikası ilə əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov