Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

Paytaxtın Səbail rayonundan yeniyetmələr Qubaya istirahətə yola düşüblər

 

Avqustun 1-də Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində  tərbiyə alan  ümumilikdə 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Quba Azərbaycan-Türkiyə Özəl Liseyinin bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilmişdir.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmışdır.

Səbail rayonunun rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti cənab İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Qeyd olunmuşdur ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır.  

Qeyd etmək lazımdır ki, Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun H.B.Zərdabi adına Xüsusi İnternat-məktəbin şagirdləri də qoşulacaqlar. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər görülmüş, bir neçə gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirilərək düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim formaları və lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları,  səhra yeməkxanası qurulmuş, Daxili Qoşunların vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminat barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə  həsr olunmuş stendlər quraşdırılmışdır.

Düşərgə Daxili Qoşunlar Komandanlığı və Quba ATÖL tərəfindən bütün lazımi ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil ediləcəkdir.

Bu il düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan fiziki tərbiyə müəllimləri və GÇH rəhbərləri məşğul olacaqlar. Həmçinin düşərgəyə  təhkim olunmuş Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup burada aparılacaq hərbi hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin maraqlı və yaddaqalan olması üçün məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcəkdir. 

İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, tarixi guşələrinə, meşələrə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.

Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən, ordu həyatından bəhs edən  müxtəlif mövzularda məşğələlərin keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimlərinin təşkil olunması da planlaşdırılıb. 

Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşmüşlər.

Yola düşməzdən əvvəl gənc "şahinlər" ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.  

"Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov